15 yaşlı oğullarını öldürüb, bayramlaşmağa getmişdilər - Valideynlərə ömürlük CƏZA
Türkiyənin Adana şəhərində 15 yaşlı oğullarını öldürməkdə təqsirli bilinən ata və ana ömürlük həbs cəzasına məhkum ediliblər.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə 2024-cü il dekabrın 31-də Adananın Yüreğir rayonunun Geçitli Cumhuriyet məhəlləsində qeydə alınıb.
Həmin gün 15 yaşlı Rafet Dinçin meyiti yol kənarında güllələnmiş vəziyyətdə tapılıb. Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində uşağın anası Sevinç Dinç və atası Mehmet Dinç saxlanılıblar. Onlar 2025-ci il yanvarın 3-də həbs ediliblər.
Adana 5-ci Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 66 yaşlı Mehmet Dinç və onun 44 yaşlı həyat yoldaşı Sevinç Dinç, həmçinin vəkilləri iştirak ediblər.
Prokuror məhkəmədə bildirib ki, valideynlər naməlum səbəbdən oğullarına qarşı düşmən münasibət bəsləyiblər.
İttiham tərəfinin versiyasına görə, ər-arvad əvvəlcədən razılaşaraq uşağın yuxuya getməsini gözləyiblər. Rafet yatdıqdan sonra atası qanunsuz əldə etdiyi tapança ilə onu güllələyərək öldürüb.
Bundan sonra valideynlər oğullarının meyitini avtomobilə qoyaraq sitrus bağı yaxınlığındakı yol kənarına aparıblar.
Prokuror hər iki təqsirləndirilən şəxsə ağırlaşdırılmış ömürlük həbs cəzası, ataya isə qanunsuz silah saxlamağa görə əlavə 1 ildən 3 ilədək həbs cəzası verilməsini istəyib.
Məhkəmədə ifadə verən Mehmet Dinç oğlunun ona və həyat yoldaşına qarşı dəfələrlə zorakılıq etdiyini iddia edib:
"Oğlum məni daim döyürdü, anasına da hücum edirdi. Hadisə günü işdən evə gələndə yenə üstümə hücum çəkdi. Məni ağır söyüşlərlə söyüb, evdən çıxmağımı tələb etdi. Buna çox əsəbiləşdim və onu vurdum. Digər uşaqlarıma verdiyim cib xərcliyini də zorla əllərindən alırdı. Onun qarşısını ala bilmirdik. Gecə həyat yoldaşımla birlikdə meyiti avtomobilə qoyub yol kənarına apardıq".
O, məhkəmədən azadlığa buraxılmasını və bəraət verilməsini istəyib.
44 yaşlı Sevinç Dinç isə hadisə baş verən zaman yatdığını deyib:
"Qəbul etdiyim dərmanlara görə çox ağır yatıram. Ərim məni oyadanda əlində tapança var idi. Rafeti öldürdüm dedi. İşıqları yandırmamağımı tapşırdı. Əgər ona kömək etməsəm, məni və digər iki uşağımı da öldürəcəyini söylədi".
Onun sözlərinə görə, əri oğlunun meyitini sürüyərək avtomobilə yerləşdirib:
"Şok içində idim. Tanımadığım yollarla getdik. Sonra Rafetin meyitini yol kənarındakı ağaclıq əraziyə qoyduq. Ərim mənə heç nə soruşmağa imkan vermədi. Digər uşaqlar səsə oyanmadılar. Əvvəlcədən planlaşdırdığımız üçün Yeni ili qeyd etmək məqsədilə bacımın evinə getdik".
Qadın həmçinin Rafetin spirtli içki qəbul etdiyini, bəzən valideynlərinə və bacı-qardaşlarına qarşı zorakılıq göstərdiyini iddia edib.
O da məhkəmədən bəraət istəyib.
Tərəflərin ifadələrini və vəkillərin çıxışlarını dinləyən məhkəmə heyəti hökmünü elan edib.
Mehmet Dinç övladını qəsdən və əvvəlcədən planlaşdıraraq öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib. Bundan başqa, qanunsuz odlu silah və sursat əldə etmə, daşıma və saxlama ittihamı ilə ona əlavə 1 il 8 ay həbs və 8300 Türkiyə lirəsi məbləğində cərimə təyin olunub.
Sevinç Dinç də oğlunun qəsdən öldürülməsində təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Məhkəmə hər iki şəxsin həbsdə saxlanılmasının davam etdirilməsinə qərar verib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 143 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFransada Renuar muzeyindən oğurlanmış rəsm əsərləri tapıldı
Fransanın cənubunda yerləşən Kany-sür-Mer kommunasındakı Pyer-Ogüst Renuar muzeyindən sentyabrın əvvəlində oğurlanan iki rəsm əsəri hüquq-mühafizə orqanları tərəfindən tapılıb. xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb. Söhbət rəssamın "Madam Kolonna Romano" və "Quyunu
13:20 159 Rusiyada miqrantların deportasiya xərcləri özlərindən tutula bilər
Rusiyada əmək miqrantlarının ölkəyə daxil olarkən deportasiya xərclərini qarşılamaq üçün depozit ödəməsi təklif edilib. -ya istinadən xəbər verir ki, bu təşəbbüslə "Ədalətli Rusiya" partiyasının sədri Sergey Mironov çıxış edib. Deputatın fikrincə, belə bir mexanizmin tətbiqi vergi ödəyicilərini
15:30 149 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
17:30 128 Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73, Azərbaycanda 77 ili ötüb
Qlobal olaraq orta ömür uzunluğu son illərdə dünyada 73 ili, Azərbaycanda isə 2025-ci ilin sonuna 77-ni ötüb. "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev Nazirliyin və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun təşkilatçılığı ilə Düny
11:45 163 Sabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiy
14:46 171 Kobaxidze: Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarının düzgün olduğu üzə çıxıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulmamaq qərarını ABŞ-nin Rusiya dizelinin tədarükü ilə bağlı siyasətindəki dəyişiklik fonunda şərh edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərin ABŞ tərəfindən Rusiya dizelin
12:40 167 Aİ Ermənistana iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək
Avropa İttifaqı (Aİ) oktyabrın 10-dan etibarən Ermənistanın kənd təsərrüfatı və alkoqollu məhsullarının ixracına iki il müddətinə ticarət güzəştləri tətbiq edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında dərc olunan məlumatda bildirilib. Qeyd olunub ki, güzəştlər müəyyən şərtlərl
17:20 126 Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır
Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək
12:50 149 İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
19:50 0