Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb
Medellin kokain kartelinin keçmiş liderlərindən biri, ABŞ-da 33 il həbsdə yatmış Karlos Leder Frankfurtdan Kolumbiyaya qayıdarkən həbs edilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin miqrasiya xidməti məlumat yayıb.
Qeyd olunub ki, barəsində aktiv həbs orderi olan Karlos Enrike Leder Rivas Kolumbiya polisinə təhvil verilib.
O, hazırda öz ölkəsində silah alverində ittiham edilir və buna əsasən, Pablo Eskobarın keçmiş şəriki 24 il həbsdə yatmalıdır. Lederin vəkili Sondra Makkollins iddia edib ki, müvəkkili Kolumbiyaya uçmazdan əvvəl ölkənin Baş Prokurorluğu onun heç bir cinayət işində müttəhim olmadığı barədə sorğusuna cavab verib.
Leder Medellin kartelinin yaradıcılarından biri olub. 1987-ci ildə o, ABŞ-yə ekstradisiya edilib və orada narkotik alverinə görə 135 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Amerika səlahiyyətliləri ilə razılaşmaya görə cəza 55 ilə endirilib.
ABŞ məhkəməsi hazırda 75 yaşlı keçmiş narkobaronun səhhətində problemlər olduğu və cəzasının üçdə ikisini çəkdiyi üçün onun vəsatətini təsdiqləyib. 2020-ci ildə Leder azad edilib və atası alman olduğu üçün ona sənədləri təqdim edən Almaniyaya deportasiya olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 685 Tarix: 30 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
12 illik həyat yoldaşından boşanır?
Aktrisa Kira Naytlinin boşanma ərəfəsində olduğu iddia edilib. Axşam.az xəbər verir ki, aktrisa musiqiçi Ceyms Raytonla 12 illik evliliyini bitirir. "Page Six"in məlumatına görə, bu yaxınlarda paparatsilər 42 yaşlı Raytonu Londonda velosiped sürərkən nikah üzüyü olmadan görüntüləyiblər. Fevrald
21.04.2026 266 Uşağa zor tətbiq edən valideyn və müəllimlər 200 manatadək cərimələnəcək
Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, valideynlə
21.04.2026 274 Hamısı bağlandı, Azərtaş qaldı: Şuranın "görmədiyi" efir rəzaləti
Azərbaycanın audiovizual məkanında başlanan "mənəvi təmizlik" hərəkatı, təəssüf ki, ilk addımlarındaca ikili standartların və qeyri-şəffaf qərarların qurbanına çevrildi. Audiovizual Şuranın bir neçə tanınmış aparıcını efirdən uzaqlaşdırması cəmiyyətdə müsbət bir canlanma yaratsa da, Lalə Azərtaşı
21.04.2026 336 Pişiyinizi incidə biləcək 3 gözlənilməz davranış
Bütün pişik sahibləri bilməlidir ki, bu heyvanlar olduqca həssasdır və çox vaxt kin saxlaya bilirlər. Pişiklər bəzən özünü müstəqil və emosional baxımdan soyuq kimi göstərsə də, əslində bu belə deyil. Onlar hisslərini açıq göstərməsələr də, sahibinə çox bağlı olur və emosional olaraq ondan asılıdırlar
21.04.2026 256 Şəhidin atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib. Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonr
21.04.2026 293 14 yaşlı yeniyetmə də cinayət məsuliyyətinə cəlb oluna bilər
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, cinayət məsuliyyətinə cəlb olunma yaşı ümumilikdə 16-dır. Lakin bəzi ağır və xüsusilə ağır cinayətlər üzrə bu yaş həddi 14-ə qədər endirilə bilər". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Ramil Süleymanov bildirib. O
21.04.2026 372 Bir uşağı qəddar edən sistem: məktəblərdə nə baş verir?
"Məktəblərin hər keçən gün daha təhlükəli məkana çevrilməsi illərlə buraxılmış sistemli səhvlərin məntiqi nəticəsidir. Ədəbiyyata olan biganəlik insanın mənəvi dünyasının kasadlaşmasına, empatiya hissinin zəifləməsinə səbəb olduğu kimi, digər sahələrdə yaranan boşluqlar da aqressiv və cinayətka
21.04.2026 295 Xəbər saytlarında istinad problemi: etibarlılıq sual altındadır - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə xəbər saytlarında yayımlanan materiallarda istinad mənbələrinin göstərilməməsi diqqət çəkən problemlərdən birinə çevrilib. Bu hal oxucular arasında məlumatın etibarlılığı ilə bağlı suallar doğurur və jurnalistikanın əsas prinsiplərindən olan şəffaflıq məsələsini yenidən gündəmə gətirir
21.04.2026 316 Alkoqolun ürəyə müsbət təsirləri
Alimlər alkoqolun orta miqdarda qəbulunun ürək, immun sistemi və idrak funksiyalarına mümkün müsbət təsirlərindən bəhs ediblər. xarici mediaya istinadən xəbər verir ki, alkoqolun ölçülü şəkildə qəbulu müəyyən müsbət təsirlərə malik ola bilər. Lakin mütəxəssislər vurğulayırlar ki, söhbət yalnız kiçi
21.04.2026 280