İradə İbrahimova: "Kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir"

İradə İbrahimova: "Kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir"Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Oxu.Az xəbər verir ki, proqramın qonağı müğənni İradə İbrahimova olub.

Sənətdən uzaqlaşdığı üçün peşman olmadığını deyən müğənninin sözlərinə görə, bu addımı onu daha da müdrikləşdirib:

"Azərbaycanda qalsaydım belə, sənətdən uzaqlaşacaqdım. Çünki sosial media dövrünün başlaması ilə çox şey dəyişdi, buradakı "kloun"ların yolu açıldı. Səhnə artıq yad insanlarla doldu, özümü burada ifadə edə bilmədim. Lakin sənətdən uzaqlaşdığım üçün peşman deyiləm, çünki bu addımım məni daha da müdrikləşdirdi, həyatımda yeni səhifə açdım".

Müğənni həmçinin kişi-qadın münasibətlərindən də bəhs edib. Onun sözlərinə görə, xanımlar həmişə kişilərin yanında durmalı, onlara dəstək olmalıdırlar:

"Amma bəzi məqamlarda qadın kişidən arxada dayanmağı da bilməlidir. Həmin anlarda kişi səhv də olsa, sözünün üstünə söz deyilməməlidir. Qadın hər mənada kişinin yanında olmağı bacarmalıdır. Qırmızı xətti isə keçmək olmaz, orada durmağı bilmək lazımdır. Bir damın altında yaşamaq üçün bu önəmlidir".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1863   Tarix: 26 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Niyə elə düşünürlər ki, şou-biznesdə olmaq pisdir?"

"Bəzi sənət adamları düşünür ki, şou-biznesdə olmaq yaxşı deyil. Başa düşmürəm, niyə? Biz səhnəyə çıxırıq, bacardığımız şounu göstərir, mahnı oxuyur, klip çəkirik. Kiminsə əhvalı yaxşı da ola bilər, pis də. Amma şou davam edir. Bu, gözəl bir addımdır, əgər bacarırsansa". Axşam.az xəbər veri

02.05.2026 210
.

"Yeraltı"nda gözlənilməz ayrılıq - Foto

"Yeraltı" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, "Ceylan" obrazına həyat verən aktrisa Devrim Özkan mövsüm sonunda ekran işi ilə vidalaşacaq. Qeyd edək ki, serialda baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır

26.04.2026 509
.

"Arıqlamaq üçün acından ağlayırdım"

Türkiyəli aktrisa Bərgüzar Gülər haqqında yayılan iddialara cavab verirb. Axşam.az xəbər verir ki, aktrisa iynə vasitəsi ilə arıqlaması haqqında gəzən şayiələri yalanlayıb. "İdmanla çox məşğul oldum. Acından ağladığım vaxtlar da oldu. 15:00-da günün son yeməyini yeyirdim" deyə, o, bildirib

26.04.2026 471
.

Gülay Zeynallı paylaşımı ilə DİQQƏT ÇƏKDİ - FOTO

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını paylaşıb. Fotoda Gülayın gözəlliyi və təbii görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:

03.05.2026 598
.

Türkiyənin 10 məşhur aktrisası onlardır - Siyahı

"Adba TV"nin apardığı sorğuya əsasən, Türkiyədə ötən həftənin ən populyar 10 aktrisasının adı açıqlanıb. Axşam.az xəbər verir ki, siyahıda Demet Özdemir, Deniz Baysal, Ava Yaman, Afra Saraçoğlu və Devrim Özkan ilk beşliyi tamamlayıb. Siyahının ikinci hissində Biran Damla Yılmaz, Miray Daner

30.04.2026 489
.

Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq

Uzun müddət monitor qarşısında işləmək, zəif işıqlandırma və ekrana düzgün məsafənin qorunmaması göz sağlamlığına mənfi təsir göstərir. xəbər verir ki, mütəxəssislər bildirib ki, bu cür vərdişlər göz quruluğu, görmə zəifləməsi və fokuslanma problemlərinin yaranma riskini artırır. Bununla yanaşı, yuxusuzluq

03.05.2026 205
.

Melike Şahin ana olacaq

Türkiyəli müğənni Melike Şahin ana olacaq. Axşam.az xəbər verir ki, ötən gün tədbirlərdən birinə qatılan ifaçının hamilə olduğu görünüb. Qeyd edək ki, Melike 2023-cü ildə Sedat Arpalıkla ailə qurub

29.04.2026 431
.

Kanye Uest konserti üçün stadion tikəcək

Amerikalı reper Kanye Uest Albaniyada öz konserti üçün stadion tikəcək. Axşam.az xəbər verir ki, bu barədə "Vice" məlumat yayıb. Konsert 11 iyulda Tirana şəhərində keçiriləcək. İlk olaraq tədbirin Albaniya milli futbol komandasının ev stadionu olan "Eagle" stadionunda keçirilməs

03.05.2026 289
.

Məşhur meyxanaçının ailəsindən PİS XƏBƏR - SƏHHƏTİ AĞIRLAŞDI

"Əməliyyata getməklə həyatımın ən böyük səhvini etdim". Bu sözləri Əməkdar artist Ələkbər Əliyev "Günə uğurla" verilişində deyib. Aktyor səhhətində olan problemlərdən danışıb. O bildirib ki, insult keçirib, şəkərli diabet, yüksək təzyiq və onurğa problemlərindən əziyyət çəkir:. "İnsul

02.05.2026 594
.

TOP MP3