"Ana, yalan yazıb bizi incitmək istədilər, amma onları bağışladım"
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl dünyasını dəyişən anası Münəvvər xanımla bağlı daha bir paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı paylaşımında bunları yazıb:
"Ana, elə bilirdim, hər gün səninlə bir hekayə paylaşacağam. Sonra başa düşdüm ki, sən bir hekayəyə sığacaq qız deyilsən axı. Öz doğru bilib inandığın hər şeyə sona qədər sədaqət göstərdin. Hamıdan fərqli, rəngli, bəzən təlatümlü. Bu həyatı qorxmadan yaşadın. Bilirsən, mən də artıq qorxmuram. Bu çətin günlərdə yalan yazıb bizi incitmək istədilər. Onlara da sənin ürəyinlə baxıb, bağışladım. "Kamilə, onlar da bir cür yazıqdır" deyərdin mənə, mən də səninlə uzun-uzadı mübahisə edərdim. Bilirsən, böyüdüm və bağışladım. Allah keçsin günahlarından.
Yaxşı baxıb insanlara inanmağı, yaşamağı, sevməyi, ümid edib yeni baharları, yeni səhərləri, sabahları sevgiylə qarşılamağı seçdim. Elə sənin kimi... Hər sağollaşanda belə deyərdin: "Kamilə, ruhunu sərin saxla və içindəki o balaca qızı qoru. O səninlə olduqca, hələ çox təəccüblənib, çox gülüb, çox heyrətlənəcəksən. Qoy səni hamı başa düşməsin. Bu, vacib də deyil. Əsas içindəki o balaca qızı qoru, möcüzələrə inan". Bilirsən... Möcüzələr yoxluğunda da varmışsan kimi davam edir. Hələlik, Münəvvər qız...".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
Rusiyalı jurnalist Kseniya Sobçak və həyat yoldaşı, rejissor Konstantin Boqomolovun Latviyaya girişinə qadağa qoyulub. Axşam.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje açıqlayıb. Nazirin sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, 44 yaşlı Sobçak və 51 yaşlı Boqomolo
01.11.2026 511 Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar
08.11.2026 315 Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"
Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:
07.11.2026 441 Prodüser və menecerləri tənqid etdi
Aparıcı Vüsalə Əlizadə Azərbaycanda prodüser və menecer fəaliyyətinin olmadığını deyib. Axşam.az xəbər verir ki, o, proqramında bu sahədəki vəziyyətdən gileylənib. Vüsalə bildirib ki, ifaçıların piar və reklam işlərini də özləri idarə etməli olurlar:. "Bizdə menecer işi zəifdir, sıfır səviyyəsindədir
12.11.2026 297 "Sevgilim 3 il məni aldatdı"
Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund
07.11.2026 436 Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il
01.11.2026 862 Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub. Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığın
10.11.2026 352 Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov
08.11.2026 685 Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
03.11.2026 734