Yoram Veys: "Elmi mühit yeni pandemiyaların qarşısını almaq üçün çalışır"
"Elmi araşdırmalar yeni pandemiyaların qarşısını almaq üçün böyük rol oynayır və bu sahədə görülən işlər intensivləşdirilməlidir".
Oxu.Az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal sağlamlıq böhranla üz-üzə: Hazırlıq və bərabərlikdə yeni sərhədlər" adlı panel müzakirədə Hadassah Tibb Təşkilatının baş direktoru Yoram Veys deyib.
"Biz elmi mühitə diqqət yetirməliyik. Elm də yeni pandemiyaların baş verməməsi üçün çalışır, lakin bu istiqamətdə bəzi problemlər mövcuddur. Xüsusilə antibiotiklərin istifadəsində ciddi problemlər görürük. Onların nəzarətsiz tətbiqi gələcəkdə daha böyük səhiyyə böhranlarına yol aça bilər", - deyə o, fikrini davam etdirib.
Veys pandemiya dövründə səhiyyə sistemlərinin kommunikasiya sahəsində çətinliklərlə üzləşdiyini və bu məsələdə daha operativ yanaşmanın vacibliyini vurğulayıb:
"Xəstəxanaların öhdəliyi yalnız pasiyentlərin müalicəsi ilə məhdudlaşmır, səhiyyə sahəsində baş verənləri icmalara çatdırmaq da onların vəzifəsidir, lakin biz COVID pandemiyası zamanı gördük ki, hətta inkişaf etmiş ölkələr belə bu məsələdə gecikirdilər. Əgər dünyada yeni pandemiya və ya hər hansı xəstəliyin sürətli yayılması müşahidə olunursa, ilk addım olaraq işçi qrup yaradılmalı, məlumatlar müxtəlif dillərə tərcümə edilməli və ictimaiyyətə tez bir zamanda çatdırılmalıdır".
O, həmçinin səhiyyədə rəqəmsal texnologiyaların rolunun artdığını və bunun gələcəkdə səhiyyə xidmətlərinin əlçatanlığını daha da yüksəldəcəyini qeyd edib:
"Məsafədən həkim məsləhəti və müalicə də mümkündür. Bu, xüsusilə ucqar bölgələrdə yaşayan insanlar üçün böyük üstünlükdür. Səhiyyədə rəqəmsal texnologiyaların inkişafı müalicə prosesini daha səmərəli və sürətli edəcək".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFizioterapiyanın əks-göstərişləri hansılardır? - VİDEO
Baku TV-nin "Baku Med" verilişinin yeni buraxılışında fizioterapiya barədə müzakirə aparılıb. Xroniki ağrılarda fizioterapiya nə qədər effektlidir?. Üz siniri iflicində fizioterapiya nə vaxt təyin olunur?. Skoliozun müalicəsində fizioterapiya effektlidir?. Fizioterapiyanın əks-göstərişlər
23.08.2026 281 "Yuxu beyin sağlamlığına edilən ən yaxşı investisiyadır" - Həkimdən maraqlı açıqlama
Yaddaş, diqqət və yeni şeylər öyrənmək qabiliyyəti birbaşa yuxunun keyfiyyətindən asılıdır. xəbər verir ki, bunu rusiyalı somnoloq və terapevt Karina Aqibalova -ya müsahibəsində deyib. O, keyfiyyətli gecə yuxusunun beyin sağlamlığı üçün niyə vacib olduğunu izah edib. Həkim bildirib ki, yuxunun əsas funksiyalarında
30.08.2026 237 Uzunömürlülüyə aparan ən qısa yol: Həkimdən maraqlı məsləhət
Pilləkənlərlə addımlamaq (aşağı-yuxarı gəzmək) uzunömürlülüyə aparan ən qısa yoldur. -ın xəbərinə görə, bu barədə endokrinoloq Zuxra Pavlova öz "Telegram" kanalında danışıb. Həkim bu tip fiziki aktivliyin faydalarını açıqlayıb. Zuxra Pavlovanın sözlərinə görə, elmi cəhətdən təsdiqlənib ki
23.08.2026 281 Zülalı günün hansı vaxtında qəbul etmək daha faydalıdır: Səhər, yoxsa axşam?
Pəhrizinə və bədən quruluşuna nəzarət edən insanlar axşam yeməyinin mütləq zülallı olmalı olduğunu düşünürlər. Bəzi fitnes məşqçiləri və diyetoloqlar da bu fikri dəstəkləyirlər. Lakin bu yanaşma heç də həmişə doğru deyil. Qaynarinfo xəbər verir ki, mütəxəssislər zülalın nə vaxt daha yaxşı mənimsənildiyin
04.09.2026 259 Ev heyvanları uşaqları xəstələndirə bilərmi? - Valideynlərə VACİB XƏBƏRDARLIQ
Uşaqların ev heyvanlarına marağı çox vaxt ailələri sevindirir. Lakin bəzən evə yeni heyvan gətirildikdən sonra uşaqda asqırma, burun axması, gözlərdə qaşınma, öskürək və ya dəridə səpkilər kimi allergik reaksiyalar meydana çıxa bilər. -in məlumatına görə, bu hal xüsusilə allergiyaya meyilli uşaqlard
21.08.2026 387 Ürəyiniz üçün portağal yeyin
Portağal həm dadlı, həm də sağlamlıq baxımından olduqca qiymətli sitrus meyvəsidir. Xüsusilə beyin və ürək sağlamlığının qorunmasında mühüm rol oynayan qida maddələri ilə zəngindir. BİG.AZ xəbər verir ki, gün ərzində bir dəfə yemək sağlamlığınıza müsbət təsir edə bilər. Mütəxəssislər bildirir ki, b
24.08.2026 461 Axşam saat 6-dan sonra yemək sağlamlığa zərərlidir: Mif, yoxsa həqiqət?
Dünyada milyonlarla insan axşam saat 6-dan sonra yeməyin artıq çəkiyə səbəb olub-olmadığını düşünür. Bu məsələ xüsusilə gec saatlara qədər işləyən insanlar üçün aktualdır. Qaynarinfo xəbər verir ki, bəziləri orqanizmə zərər vermək qorxusundan acqarına yatmağa üstünlük verir. Lakin alimlər bildirirlə
24.08.2026 507 Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is
06.09.2026 232 Günorta yatmaq üçün ən yaxşı vaxt nə zamandır?
Günorta yeməyindən sonra bir çox insanda diqqət azalır, yuxululuq yaranır və gündəlik işləri yerinə yetirmək çətinləşir. Belə hallarda əlavə bir fincan qəhvə içmək əvəzinə qısa müddət yatmaq daha faydalı ola bilər. -ın xəbərinə görə, lakin mütəxəssislər bildirirlər ki, bunun üçün düzgün vaxt seçmək vacibdir
30.08.2026 272