Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırırKoronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır.

BiG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub.

Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasının şiddəti ilə düz mütənasibdir.

Tədqiqat 2020-2021-ci illərin mart ayları arasında COVID-19 diaqnozu qoyulan 90 minə yaxın və diaqnoz qoyulmamış 1,7 milyon insan üzərində aparılıb.

Qeyd olunub ki, COVID-19 keçirən insanların infeksiyadan 1-6 ay sonra böyrək çatışmazlığı, ya da böyrək funksiyalarında azalma yaşama riski digərləri ilə müqayisədə 35 faiz daha yüksəkdir.

Koronavirus keçirməmiş şəxslərlə müqayisədə, xəstəliyi yüngül keçirənlərin xroniki böyrək çatışmazlığı riskinin 15, kəskin böyrək çatışmazlığı riskinin 30, "son mərhələ böyrək çatışmazlığı" riskinin isə 215 faiz artdığı müəyyənləşdirilib.

Xəstəliyi ağır keçirənlərdə risk artır, virus səbəbindən reanimasiyada qalanlarda COVID-19 keçirməmiş şəxslərlə müqayisədə, xroniki böyrək xəstəliyi riski yeddi dəfə, kəskin böyrək çatışmazlığı riski səkkiz dəfə, "son mərhələ böyrək çatışmazlığı" riski isə 13 dəfə artır.

Vaşinqton Universitetinin mütəxəssisləri vurğulayıblar ki, araşdırma koronavirus keçirmiş şəxslərdə böyrək funksiyalarına nəzarət etməyin vacibliyinə işarə edir.

Alimlər pandemiyanın başlamasından bəri koronavirusa yoluxma diaqnozu qoyulan 38 milyon insanın 510 mininin böyrək xəstəliyinə tutulacağını güman edirlər.

ABŞ Milli Böyrək Vəqfi böyrək xəstəliklərinin adətən simptom göstərməməsi barədə xəbərdarlıq edir, böyrək problemləri olan şəxslərin 90 faizinin vəziyyətdən xəbəri olmadığına diqqət çəkirlər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 833   Tarix: 04 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 708
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 806
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10.10.2026 792
.

Yumurta qan şəkərinə necə təsir edir?

Yumurta balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər və diabetli insanlar üçün də uyğun məhsullardan sayılır. Tərkibində karbohidratın az olması səbəbindən yumurta qan şəkərinin səviyyəsinə çox cüzi təsir göstərir və yeməkdən sonra qlükozanın kəskin yüksəlməsinə səbəb olmur. Bir iri yumurtanı

17.10.2026 777
.

Gecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir

Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml

30.10.2026 709
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 465
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 725
.

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav

07.10.2026 869
.

Fizioterapiya, reabilitasiya nə vaxt təhlükəlidir? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub. Fəqərələrarası disk yırtığı hansı hallarda əməliyyat tələb edir?. Disk yırtığı ağrısız inkişaf edə bilərmi?. Artrozun müalicəsində fizioterapiyanın rolu nədir?

07.11.2026 171
.