​"Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir"

​"Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir""Sabunçu qəsəbəsində 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində inşa edilmiş 100-lərlə yaşayış binası var. Onların istismar müddəti keçdiyinə görə yaşamaq üçün uyğun şəraitdə deyil".

"Qafqazinfo" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı"nın müzakirəsi zamanı bildirib.

Millət vəkilinin sözlərinə görə, Bakıxanov və Sabunçuda təqribən 209 qəzalı bina mövcuddur: "Onlardan yalnız 47 çoxmənzilli bina haqda FHN-in müvafiq aktları əsasında qəzalı vəziyyətdə olduğunu təsdiq edən sənəd tərtib olunub. Digərlərində isə akt tərtib etmək çətinlik yaradır. Çünki buna vəsait olmalı, müraciət olunmalıdır. Bu da bir faktdır ki, icra hakimiyyətlərində belə bir vəsait olmadığına görə bunu gerçəkləşdirmək olmur. Amma bu binaların hamısında Azərbaycan vətəndaşları yaşayır. Sabah hansısa hadisə baş verəndə sonradan peşmanlığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. 174 qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli binaların sakinləri gözləyirlər ki, hansısa formada bu məsələyə əncam çəkilsin. Sahibkarlar bu məsələyə cəlb olunmalıdır.

Sökülən qəzalı evlərdə belə vətəndaşa 1300 manat vəsait verilir. 3 otaqlı mənzildə yaşayan vətəndaş gedib 3 otaqlı ev ala bilmir. Çünki ona verilən 80-100 mindir, amma bazarda real qiymət 200 mindir. Məcbur olub şəhərətrafı yerlərdə özlərinə qanunsuz tikinti aparıb, yaşayış evləri tikirlər. Bu da icra hakimiyyəti ilə vətəndaş arasında ciddi problemlərin yaranmasına səbəb olur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 14 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sosial şəbəkələrdə çipslərdə parazit qurd görüntüləri yayıldı - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə yayılan videolar çipslərin mikroskop altında çəkilən görüntüləri ilə böyük müzakirələrə səbəb olub. Görüntülərdə məhsul üzərində parazit qurdların hərəkət etdiyi açıq şəkildə görünür. Bu hallar izləyicilər arasında ciddi narahatlıq yaradıb və məhsulun təhlükəsizliyi il

14:46 195
.

Anası açıq beyin əməliyyatından sonra iflic oldu - Həkimləri günahkar bilir

3 ay əvvəl beyin əməliyyatı keçirən 56 yaşlı qadın iflic olub. Cərrahiyyə əməliyyatı Respublika Neyrocərrahiyyə Xəstəxanasında həyata keçirilib. İflic olan Xalidə Yaradovanın oğlu Elməddin Yaradov iddia edir ki, xəstəxanada pasiyentə göstərilən etinasız münasibət nəticəsində qadının vəziyyətti daha d

11:12 249
.

İftar süfrəsinə hazırlaya bilərsiniz

Axşam.az "İftar menyusu"nu təqdim edir:. Qiyməli şorba. Ərzaqlar:. 1 ədəd kiçik soğan. 3 xörək qaşığı bitki yağı. 100 qram qiymə. 1 kiçik çay stəkanı vermişel. 6 stəkan su (200 ml stəkan istifadə edərək). 1 çay qaşığı duz. 1 çay qaşığı qırmızı istiot. 1 çay qaşığı tərəvəz ədviyyatı tozu. Yarı

15:55 126
.

CBS News: "ABŞ şənbə günü İrana zərbə endirə bilər"

Müzakirələrlə tanış mənbələr CBS News-a bildiriblər ki, yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri Prezident Trampa ordunun şənbə günü İrana potensial hücumlara hazır olduğunu bildiriblər, lakin hər hansı bir hərəkətin vaxtı bu həftəsonundan sonra da uzana bilər. Həssas milli məsələləri müzakir

12:39 184
.

"Apple" bu tarixdə bir neçə yeni məhsulunu təqdim edəcək

"Apple" mart ayının ilk həftəsində bir neçə yeni məhsulunu elan etməyə hazırlaşır. xəbər verir ki, şirkət jurnalistləri və kontent yaradıcılarını 4 mart tarixində Nyu-York, London və Şanxayda eyni vaxtda keçiriləcək "Special Apple Experience" adlı tədbirə dəvət edib. Bildirilir ki

18.02.2026 342
.

"Övladınızın harada və kiminlə vaxt keçirdiyini bilin" - DİN

Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir. DİN-in Mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, uşaq təkc

11:41 225
.

Bakcell və Peerstack Academy "The Tech Builders" layihəsinə start verib

İnnovasiya lideri Bakcell və Peerstack Academy gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən "The Tech Builders" layihəsinə start verib. Layihə çərçivəsində Peerstack Academy-də tələbələrlə görüş keçirilib. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporati

16:10 82
.

CNN: "ABŞ ordusu bu həftə sonu İrana zərbə endirməyə hazırlaşır, lakin Tramp hələlik yekun qərar verməyib"

Məsələ ilə tanış mənbələr CNN-ə bildiriblər ki, ABŞ ordusu bu həftəsonu İrana zərbə endirməyə hazırdır, baxmayaraq ki, Prezident Donald Tramp hələ də bu cür hərəkətlərə icazə verib-verməyəcəyi ilə bağlı yekun qərar verməyib. Mənbələrin verdiyi məlumata görə, Ağ Evə bildirilib ki, son günlərdə Yaxın Şərqd

10:58 212
.

Bakı metrosunda günün ikinci hadisəsi - Video-Yenilənib

Metronun "Nəriman Nərimanov" stansiyasında qatarda tüstülənmə olub. "Qafqazinfo" -ə istinadən xəbər verir ki, tüstülənmə səbəbindən bütün vaqon boşaldılıb. Qeyd edək ki, bu gün səhər saatlarında metronun "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş vermiş

14:37 234
.

TOP MP3