Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?

Yeni koronavirus ştammı - əlamətlər hansılardır, niyə həyəcan təbili çalınır?Dünyada PJ.2.1 koronavirus variantı yayılır. İnfeksiyaya yoluxma hallarının ABŞ, Kanada və bir sıra Avropa ölkələrində qeydə alındığı bildirilir. Mütəxəssislərin sözlərinə görə, bu ştamın yaratdığı əlamətlər adi soyuqdəymə və ya mövsümi qriplə oxşardır.

Lent.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, təşkilat 2026-cı ilin dekabrında COVID-19 peyvəndlərinin antigen tərkibinə yenidən baxmağı planlaşdırır.

Bununla əlaqədar alimlər və peyvənd istehsalçıları yeni SARS-CoV-2 ştamları barədə laboratoriya və epidemioloji məlumatları təqdim etməyə çağırılıb. Məlumatlarda PJ.2.1, eləcə də XFG ştamının ST.1 və SW.2.1 alt xətləri, LP.8.1 variantı nəzərə alınmalıdır.

ÜST-nin açıqlamasına görə, məsləhətçi qrup hazırda istifadə olunan peyvəndlərin yoluxma, simptomatik xəstəlik və ağır xəstəlik hallarına qarşı effektivliyini qiymətləndirmək üçün məlumatları nəzərdən keçirəcək. Təşkilat PJ.2.1-i də yeni yaranan variantlar sırasında qeyd edib.

PJ.2.1-in xüsusi əlamətləri müəyyən edilməyib

Mütəxəssislər bildirirlər ki, hazırda PJ.2.1-i əvvəlki koronavirus ştamlarından yalnız əlamətlərə əsasən fərqləndirmək mümkün deyil. Xəstəliyin əsas əlamətlərinə hərarət, üşütmə, öskürək, boğaz ağrısı, burun axması, baş ağrısı, əzələ ağrıları və güclü yorğunluq daxildir.

Bu əlamətlər qrip və digər kəskin respirator virus infeksiyalarında da müşahidə olunduğundan, xəstəliyin səbəbini yalnız insanın özünü necə hiss etməsinə əsasən müəyyənləşdirmək mümkün deyil. Dəqiq diaqnoz və müalicə üsulunun seçilməsi üçün laborator müayinə tələb oluna bilər.

Ştamın ağırlığı ilə bağlı məlumatlar araşdırılır

Hazırda mövcud klinik məlumatlar PJ.2.1-in əvvəlki variantlarla müqayisədə daha ağır xəstəliyə səbəb olduğunu təsdiqləmir. Bununla belə, virusoloqlar bu variantın genetik xüsusiyyətlərini, yayılma sürətini və peyvənddən sonra yaranan immun müdafiədən yayınma imkanını araşdırırlar.

Qeyd edək ki, ÜST-nin açıqlamasında PJ.2.1 barədə məlumatların peyvəndlərin effektivliyini qiymətləndirmək üçün təqdim edilməsi istənilir. Təşkilat həmin açıqlamada variantın ABŞ, Kanada və Avropa ölkələrində yayılması və ya ona xas əlamətlər barədə məlumat verməyib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 65   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz

24.10.2026 785
.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur. BİG.AZ axşam.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, keçməyən öskürəyi

08.11.2026 509
.

70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın

Yaşlılıq dövründə D vitamini sümük və əzələ sisteminin, eləcə də immunitetin sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də çatışmazlıq aşkarlandıqda bu vitaminin qida əlavələri şəklində qəbulu tövsiyə oluna bilər. Lakin yüksək dozalı preparatların müntəzəm və həkim məsləhəti olmadan qəbulu sağlamlığ

23.10.2026 1046
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18.10.2026 925
.

Görmə itkisinə aparan xəstəliklər hansılardır? - Video

"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır?. Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən sonra bu xəstəliyin təkrarlanma riski varmı?. Gənc yaşda katarakt aşkarlanarsa

16:00 207
.

AVROPADA QIRMIZI HƏYƏCAN SİQNALI VERİLDİ

"Qısa müddətdə yoluxma halı 10 mini, ölüm sayı isə 5 mini keçib. Virusun təhlükəli olması və sürətlə yayılması səbəbindən Avropada qırmızı həyəcan siqnalı verilib". Bu haqda türk mediasına istinadən bildirib. Konqo Demokratik Respublikasında başlayan və tarixin ikinci ən böyük böhranına çevrilə

02.11.2026 818
.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis). O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil

22:45 20
.

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb. İspaniyalı alimləri

04.11.2026 712
.

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır. Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrin

12.11.2026 433
.