Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilər

Qara dənizdə batan yük gəmisindən azərbaycanlılar xilas edildilərSomali bayrağı altında üzən və Bolqarıstan sahillərində partlayış nəticəsində batan "BETUL 8" yük gəmisindən 12 nəfər xilas edilib.

Bu barədə Oxu.Az Türkiyənin NTV nəşrinə istinadən məlumat verir.

Məlumata görə, Türkiyə və Bolqarıstan səlahiyyətlilərinin koordinasiyalı işləri nəticəsində gəmidə olan 8 Türkiyə və 4 Azərbaycan vətəndaşından ibarət ekipaj helikopterlə xilas edilib.

15:42

Rumıniyadan Misirə gedən, Somali bayrağı altında üzən "BETUL 8" yük gəmisində partlayış baş verib və nəticədə gəmi Bolqarıstan sahillərində batıb. Həmçinin gəminin ekipajın 12 türkiyəli üzvü itkin düşüb. Partlayışın səbəbi araşdırılır.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.

Bolqarıstan Nəqliyyat Nazirliyinin saytında yer alan məlumata görə, "BETUL 8" yük gəmisinin göndərdiyi qəza siqnalı Varna Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə çatdıqdan sonra layner batıb. Bolqarıstan mediası 1988-ci ildə inşa edilən gəminin partlayışdan sonra batdığını iddia edir.

Partlayışın dəniz minası və ya PUA (pilotsuz uçuş aparatı - dron) hücumu nəticəsində baş verdiyini müəyyənləşdirilir.

15:24

Bolqarıstanın Varna şəhərindəki Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə Bolqarıstanın Qara dənizdəki eksklüziv iqtisadi zonasında, Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə yerləşən "BETUL 8" adlı yük gəmisinin heyətindən qəza siqnalı daxil olub. Mesajda gəminin batdığı bildirilib.

Oxu.Az bu barədə Bolqarıstanın "Varna24" nəşrinə istinadən məlumat verir.

Xəbərə görə, Qara dənizdəki Mina Əleyhinə Müdafiə Qrupundan dörd gəmi - ikisi Bolqarıstan, biri Rumıniya və biri Türkiyə gəmisi olmaqla, hadisə yerinə göndərilib. Əməliyyatlar Dəniz Administrasiyası İcra Agentliyinin Təcili xilasetmə işləri Baş İdarəsi tərəfindən koordinasiya olunur.

Əməliyyata, həmçinin iki "Cougar" helikopteri və Hərbi Hava Qüvvələrinə məxsus bir "Su-25" təyyarəsi də cəlb edilib, ərazidə müşahidə və kəşfiyyat işləri aparılır.

Somali bayrağı altında üzən "BETUL 8" gəmisinin 12 nəfərlik ekipajla Rumıniyanın Tulça şəhərindən Misirə getdiyi və təxminən 3 min ton buğda daşıdığı bildirilir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 51   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı

16:48 90
.

Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq

Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. -ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır. Xatırladaq ki, hazırda bu rəqəm 400 manatdır. Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihəni

14:11 218
.

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı qarşılıqlı etimada və ortaq maraqlara əsaslanır

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, aparıcı dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin genişləndirilməsinə mühüm töhfə verir. Azərbaycanın müxtəlif geosiyasi və iqtisadi mərkəzlərlə qurduğu tərəfdaşlı

14:45 197
.

Kişi arvadının istəyi ilə ikinci dəfə evləndi

ABŞ-da qadın ev işlərindən və uşaqlara qulluq etməkdən yorulduğu üçün ərinə ikinci dəfə evlənməyi təklif edib. xarici mediaya istinadən xəbər verir ki, ailəsini dolandırmaq üçün həftənin altı günü işləməyə məcbur olan kişi evdə həyat yoldaşına kifayət qədər kömək edə bilməyib. Qadın isə həm ev işlərinin

19:30 1
.

Oğluna əsəbiləşən kişi arvadının başına telefon çırpdı

Bakıda arvadına əsəbiləşən kişi onun başına telefon çırpıb. xəbər verir ki, 45 yaşlı Əlizamin Əliyev (ad və soyad şərtidir) gecə saatlarında 22 yaşlı oğluna zəng etsə də, o, telefona cavab verməyib. Bundan sonra kişi həyat yoldaşı Gülnisənin (adı şərtidir) telefonundan oğluna zəng edib. Oğlu zəngi cavablandırdıqda

19:15 1
.

Maksim Qalkin Bakıda toyda - Foto

Rusiyalı şoumen Maksim Qalkin Bakıda toy məclisinə qatılıb. Axşam.az xəbər verir ki, onun Bakıdan fotosunu aparıcı Leyla Quliyeva paylaşıb. Leylanın məclislərdən birində lentə aldığı görüntüdə Əməkdar artist Abbas Bağırov da yer alıb. Aparıcı paylaşımında "Çətin gün idi. Hərtərəfli çətin idi. Amm

11:36 283
.

Millətlər Liqasının tarixini yenidən yazdı: Dyökereş Ronaldonu keçdi

İsveç millisini hücumçusu ardıcıl səkkizinci oyununda qol vuraraq Millətlər Liqasında unikal rekorda imza atıb. Noyabrın 14-də İsveç Millətlər Liqasının beşinci turunda Bosniya və Herseqovinanı 3-2 hesabı ilə məğlub edib. -ın xəbərinə görə, Viktor Dyökereş iki penaltini - biri 11-ci dəqiqədə, digər

19:45 1
.

Kirayə ev axtaranlara xəbər - "Qiymətlər əvvəlki səviyyəyə qayıtmayacaq"

Bakıda kirayə mənzil bazarında qiymətlər mövsümdən asılı olaraq dəyişir. Adətən yay aylarının sonu və payızın əvvəlində, xüsusilə tələbələrin paytaxta axını ilə əlaqədar kirayə evlər bahalaşır. Bəs hazırda Bakıda kirayə mənzillərin qiymətində enmə gözlənilirmi? Qarşıdakı aylarda ev kirayələmək istəyənlə

18:30 1
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

12:42 200
.