Kirayə ev axtaranlara xəbər - "Qiymətlər əvvəlki səviyyəyə qayıtmayacaq"

Kirayə ev axtaranlara xəbər - "Qiymətlər əvvəlki səviyyəyə qayıtmayacaq"Bakıda kirayə mənzil bazarında qiymətlər mövsümdən asılı olaraq dəyişir. Adətən yay aylarının sonu və payızın əvvəlində, xüsusilə tələbələrin paytaxta axını ilə əlaqədar kirayə evlər bahalaşır.

Bəs hazırda Bakıda kirayə mənzillərin qiymətində enmə gözlənilirmi? Qarşıdakı aylarda ev kirayələmək istəyənlər daha münasib qiymətlərlə qarşılaşacaqlar, yoxsa bahalaşma davam edəcək?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasında bildirib ki, kirayə evlərin qiymətinin kəskin azalması gözlənilmir:

"Hazırda Bakıda kirayə mənzil bazarında qiymətlərin kəskin azalmasını gözləmirəm. Yay ayları ilə müqayisədə qiymət artımının tempi həqiqətən də zəifləyir. Bəzi ərazilərdə müəyyən ucuzlaşma halları müşahidə oluna bilər. Amma bunu bütün daşınmaz əmlak bazarının kirayə seqmentinə aid etmək olmaz.

Çünki mövsümi tələb azalması ilə bağlı bazarda müəyyən süstlüyün yaranması ayrı, qiymətlərin ucuzlaşması isə tamam başqa məsələdir.

Adətən avqust-sentyabr aylarında Bakıya tələbə axını olur və həmin dövrdə kirayə mənzillərin qiymətləri çox sürətlə və dinamik şəkildə artır.

Payızın sonunda və qışda isə təbii ki, tələb əvvəlki kimi olmadığından daşınmaz əmlak bazarında müəyyən qədər süstlük yaranır. Amma bu, kirayə mənzillərin qiymətinin enməsi demək deyil.

Burada başqa bir məqam da var. Bazarda təklif olunan mənzillərin sayı azdır. Müəyyən şəxslər mövcud vəziyyəti nəzərə alaraq mənzillərini daha aşağı qiymətə təklif edə bilərlər. Lakin bu, ümumi ucuzlaşma tendensiyası deyil.

Çünki birincisi, tikintinin həcmi aşağıdır. İkincisi, kirayə mənzillərə tələb hələ də mövcuddur. Regionlardan Bakıya daxili miqrasiya davam edir. Xaricdən gələn investorlar var. İş yerlərinin dəyişməsi nəticəsində ölkə daxilində kirayə mənzil bazarına müraciət edənlərin sayı artır.

Bundan başqa, söküntü ilə əlaqədar öz mülkiyyətindən müvəqqəti çıxmış vətəndaşlar kompensasiya hesabına kirayə mənzil bazarına müraciət edirlər.

Növbəti amil isə satış öhdəliyi ilə kirayə mexanizmidir. 12 mindən çox şəxs bu mexanizm vasitəsilə mənzil bazarına müraciət edib. Onların da mənzilə ehtiyacı var. Əslində, bu rəqəm faktiki olaraq 12 mindən də çoxdur.

Belə olan halda kirayə mənzil bazarında ciddi qiymət enməsini gözləmək sadəcə səthi yanaşmadır.

Real bazarın iştirakçıları bilirlər ki, belə ciddi qiymət enməsini gözləmək olmaz.

Ümumiyyətlə, kirayə bazarının strukturu belədir ki, hər il mövsümi bahalaşma dövründə qiymətlər yüksək həddə çatır. Sonra tədricən sabitləşmə, müəyyən hallarda isə cüzi enmə müşahidə olunur.

Lakin bu enmə və sabitləşmə nə qədər olsa da, qiymətlər mövsümi bahalaşmadan əvvəlki səviyyəyə qayıtmır.

Yəni ildən-ilə qiymətlər artır. Ümumi tendensiya kirayə mənzil qiymətlərinin artması istiqamətindədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 59   Tarix: 16 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind

10:53 179
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16:33 119
.

Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v

11:20 177
.

Ağdam gözəl məkana çevrilir

44 günlük Vətən müharibəsində rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə misli görülməmiş qəhrəmanlıq və hünər göstərərək 30 il işğal altında qalmış Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, mədəniyyətimizin beşiyi sayılan Şuşa şəhərini və bir neçə yaşayış məntəqəsini düşməndə

11:23 207
.

Prezident İlham Əliyevin müraciəti milli teleradio məkanının gələcək inkişafı üçün mühüm çağırışdır

Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkəmizin informasiya siyasətinin prioritetlərini, milli medianın cəmiyyət və dövlət qarşısındakı məsuliyyətini bir daha gündəmə gətirir. Müasir dünyada informasiya yalnız xəbər ötürülməsi vasitəsi deyil, həm də dövlətləri

11:09 183
.

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək

Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək. -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Dövlət Qulluğu Məcəlləsində əksini tapıb. İndiyə qədər qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçusunun əlav

16:06 122
.

Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura

11:06 211
.

Bu işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək - Prezident təsdiqlədi

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun imzalayıb. Yeni qanuna əsasən, küləyin gücü

12:34 202
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

11:51 402
.