"Bakı və İrəvan tarixin heç bir dövründə olmadığı qədər yekun sülhə yaxındır" - Bəhruz Məhərrəmov
Azərbaycan-Ermənistan sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.Son açıq qalan iki maddəni Ermənistan artıq qəbul etdiyini Azərbaycana çatdırıb. Bundan sonra münasibətlərin necə irəliləməsi gözlənilir?
Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Bakı və İrəvan məhz Azərbaycanın hərbi-siyasi yolla yaratdığı yeni geosiyasi reallığın diqtəsi ilə tarixin heç bir dövründə olmadığı qədər yekun sülhə yaxındır:
"Açıq qalan iki maddə üzrə Ermənistanın Azərbaycan tərəfinin təkliflərini qəbul etməsi və nəticədə sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşması ölkələrimiz arasında cənab İlham Əliyevin təşəbbüsləri ilə başlanmış normallaşma prosesinin tam yeni mərhələyə qədəm qoymasıdır. Artıq əminliklə deyə bilərik ki, Bakı və İrəvan məhz Azərbaycanın hərbi-siyasi yolla yaratdığı yeni geosiyasi reallığın diqtəsi ilə tarixin heç bir dövründə olmadığı qədər yekun sülhə yaxındır.
İndiki məqamda Paşinyan hakimiyyətindən yeganə gözləntimiz bir neçə prinsipial məsələ üzrə iradə göstərməsidir.
İndiki məqamda xarici işlər naziri Ceyhun Bayramovun da açıqlamasında dediyi kimi,
Ermənistan öz konstitusiyasında dəyişiklik etməli, habelə Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir".
Bundan başqa Ermənistan bölgədə sülh və sabitlik arzulamayan və İrəvanı bu prosesdə alətə çevirən tərəfləri neytrallaşdırmalıdır. Eyni zamanda Ermənistan-Azərbaycan dövlətlərarası sərhədi və şərti sərhədlərində üçüncü tərəflərin fəaliyyəti istisna edilməlidir. Bu isə real praktik addım tələb edir ki, indiki məqamda Avropa İttifaqının hərbiləşdirilmiş missiyasının regionu tərk etməsi bu istiqamətdə qarşılıqlı etimad yaradılması baxımdan həlledici addım ola bilər.
Azərbaycan həqiqətən sülh arzu edir. Əks halda qalib tərəf olmağımıza baxmayaraq sülh təşəbbüsləri məhz Bakıdan gəlməzdi.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da dediyi kimi, "Biz Cənubi Qafqazda sülh qurmalıyıq və Azərbaycan həmin sülh müqaviləsinin müəllifidir".
Əlbəttə, indiki perspektiv vəd edən prosesin gedişində müzakirəyə ehtiyac duyulacaq əlavə məsələlər meydana çıxacağı qaçılmazdır. Əlbəttə ki, Azərbaycan əbədi düşmənçilik niyyətində deyil. Dövlət başçımızın da bu gün ifadə etdiyi kimi, "Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq".
Görünən odur ki, indiki məqamda Azərbaycan milli maraqları rəhbər tutaraq dayanıqlı sülh üçün bütün məqbul hesab etdiyi milli mövqelərimizi gücləndirəcək addımları atmağa hazırdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1222 Tarix: 13 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ-dən Ukraynaya kritik dəstək - 3,2 milyard avro ayırıb
Avropa İttifaqı Ukraynanın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket almasını maliyyələşdirmək məqsədilə 3,2 milyard avro vəsait ayırıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu dəstək Ukraynanın hava məkanını Rusiyanın hücumlarından daha effektiv qorumasın
09.09.2026 139 Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub
İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman
09.09.2026 171 Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub. BİG.AZ -a istinadən xəbər verir ki, qəzaya düşənlər rayonun Məmmədqasımlı kənd sakinləri olub. Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsini
09.09.2026 245 Azərbaycanda deputatın qardaşına HÖKM OXUNDU
"QHT işi" üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. "Yeni Sabah" -
09.09.2026 162 Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI
ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"
09.09.2026 178 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
09.09.2026 194 Çin mallarına qarşı Avropadan yeni addım - AB "Avropadan al" siyasətinə keçir
Avropa Komissiyası dövlət satınalmalarında Avropa şirkətlərinə üstünlük verilməsi üçün yeni qaydalar təklif edib. Reuters-in məlumatına görə, məqsəd Avropanın Çin və digər ölkələrdən asılılığını azaltmaq, yerli istehsalı və təchizat zəncirlərini gücləndirməkdir. Yeni qaydalara əsasən, dövlət tenderlərind
09.09.2026 195 Elgizin sözlərinə Mehriban Xanlarovadan gözlənilməz cavab - VİDEO
Aparıcı Elgiz Əkbər Əməkdar artist Mehriban Xanlarovadan incik olduğunu açıqlayıb. Səbəb isə aparıcının anasının vəfat etdiyi vaxt aktrisanın ona zəng edib başsağlığı verməməsi olub. "Yeni Sabah" xəbər verir ki, Mehriban Xanlarova Elgizin bu sözlərinə münasibət bildirib. Aktrisa deyib ki, aparıcını
09.09.2026 190 Nuranın oğlu Avropada təhsil alacaq
Müğənni Nura Suri kiçik oğlu Davidi Macarıstana yola salıb. Axşam.az xəbər verir ki, sənətçinin övladı Budapeştdə təhsil alacaq. Nura sosial şəbələdə paylaşım edərək "Oğlum David bu gündən yeni həyata addımlayır. Macarıstana təhsil almağa gedir. Yolun açıq olsun. Allah səni qorusun" sözlərin
09.09.2026 260