"Makedoniya təbii qaz ehtiyacını Azərbaycan vasitəsilə qarşılaya bilər"-Turan Rzayev
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri diqqət çəkir. İki ölkə arasında münasibətlərin tarixi qədim olmasa da, son illərdə ortaq maraqların formalaşdığını demək olar. Xüsusilə Azərbaycanın Avropa enerji bazarında çəkisinin artması, keyfiyyətli, ucuz qaz nəql etməsi və meqalayihələr icra etməsi Şimali Makedoniyanın ölkəmizə marağını artırıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, martın 11-də Prezident İlham Əliyev və Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış edərkən bu məsələyə toxunub. Ölkə başçısı deyib ki, "Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir".
"On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir", – Prezident deyib:
"Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. 2027-ci ilin sonunadək isə bu həcmin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Azərbaycan qazı 2024-cü ilin sonlarından Şimali Makedoniyanın bazarına çatdırılır. Bu il enerji əməkdaşlığının daha da dərinləşməsi hədəflənir. Hazırda Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Şimali Makedoniya və Yunanıstana qaz nəqlinin artırılması, habelə Serbiyaya "mavi yanacaq" təchizatını təmin etmək üçün işlər görülür.
Makedoniya təbii qaz ehtiyacını Azərbaycan vasitəsilə qarşılaya bilər. Bu baş verərsə, 2030-cu ilə qədər kömürlə işləyən mövcud istilik elektrik stansiyaları istismardan çıxarılacaq.
Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirir. Bununla da regionun enerji təhlükəsizliyində Azərbaycanın rolunu gücləndirir. Bu, Şimali Makedoniya daxil olmaqla tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanları deməkdir.
Azərbaycan və Şimali Makedoniyanı bir-birinə yaxınlaşdıran digər səbəb də geosiyasi faktorlardır. Şimali Makedoniya Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin geosiyasi arenada gətirdiyi uğurları yaxşı izləyir. Və bu prosesin bir parçası olmaq istəyir. Məsələn, Qordana Silyanovska-Davkova çıxışı zamanı deyib ki, XXI əsrdə yenidən dünya nizamı ilə bağlı fərziyyələrin irəli sürülməsi insanı sarsıdır.
"Ukrayna da daxil olmaqla, bu geniş region dünyada cərəyan edən hadisələrin özəyini təşkil edir və müxtəlif tərəflər bu regionda təsir gücünə malik olmaq istəyir. Zənnimcə, Avropa yenidən qapılarını açır və sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik" – xanım prezident qeyd edib.
Aydın məsələdir ki, geosiyasi rəqabətin artdığı bir zamanda nisbətən kiçik ölkələr öz gələcəklərini düşünməlidir. Şimali Makedoniya bu baxımdan Bakı-Ankara ittifaqına yaxınlaşır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 794 Tarix: 13 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAna qolları olmadığı üçün körpəsindən imtina etdi
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrinin birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
09.09.2026 326 "Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA
İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz
09.09.2026 194 Kirayəyə verdiyim pulla öz evimi alım" - bu fikir 2026-cı ildə həqiqətən sərfəlidirmi?
Mənzil bazarında vətəndaşların qarşısında duran ən aktual maliyyə suallarından biri budur: aylıq gəlirin bir hissəsini illərlə kirayəyə ödəmək daha doğrudur, yoxsa həmin vəsaiti ipotekaya yönəldərək mənzil sahibi olmaq?. Mövzu ilə bağlı BİG.Az-a açıqlama verən əmlak eksperti Fərid Cəfərli bildirib ki
09.09.2026 204 İİKK Hörmüz boğazı ilə bağlı AÇIQLAMA VERDİ: "İranın nəzarətindədir"
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-a məxsus pilotsuz yerüstü aparata hücum etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə İİKK-nın bəyanatına istinadən Press TV məlumat yayıb. Bildirilib ki, pilotsuz aparat Hörmüz boğazının mühafizə zonasına daxil olmağa cəhd edərkən hücuma məruz qalıb
09.09.2026 163 Çin mallarına qarşı Avropadan yeni addım - AB "Avropadan al" siyasətinə keçir
Avropa Komissiyası dövlət satınalmalarında Avropa şirkətlərinə üstünlük verilməsi üçün yeni qaydalar təklif edib. Reuters-in məlumatına görə, məqsəd Avropanın Çin və digər ölkələrdən asılılığını azaltmaq, yerli istehsalı və təchizat zəncirlərini gücləndirməkdir. Yeni qaydalara əsasən, dövlət tenderlərind
09.09.2026 195 Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi dünən Şəki rayonunda yerləşən istirahət mərkəzində baş vermiş faciədə həlak olan əməkdaşı ilə bağlı başsağlığı mesajı yayımlayıb. "Qafqazinfo" xəbər verir ki, qurumun yaydığı paylaşımda deyilir:. "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin əməkdaşı Uca
09.09.2026 398 Bakıda yeni təmayül modelinə böyük maraq: 7 845 şagird müraciət edib - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
2026-2027-ci tədris ilindən Bakının 31 məktəbində yeni təmayül tədris modelinin tətbiqinə başlanılır. Artıq bu modelə maraq göstərən şagirdlərin sayı da diqqət çəkir. Belə ki, avqustun 27-dək 7 845 şagird yeni təmayül tədris modeli üzrə qeydiyyatdan keçib. Yeni modeldə əsas məqsədlərdən biri şagirdləri
09.09.2026 228 Sabah Bakıya yağış yağacaq
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr
09.09.2026 246 Qaradağda sakinlərin şikayəti: Küçələr qaranlığa qərq olur - qəza təhlükəsi yaranır
Qaradağ rayonunun Sahil qəsəbə sakinləri küçə işıqlandırılması ilə bağlı BİG.AZ-a şikayət ediblər. Sakinlərin sözlərinə görə, saat 20:00-dan sonra Sahil qəsəbəsinin girişində, eləcə də Şahlar Əsgərov, Emin Quliyev, Məhərrəm Seyidov, Bəxtiyar Əliyev və Cənub küçələrində küçə işıqları yanmır. Sakinlə
09.09.2026 237