Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
Sumqayıtda film kimi cinayət hadisəsi olub.
BiG.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Məlumata əsasən, Ə. Z. satış məqsədi olmadan naməlum mənbədən heroin əldə edərək özündə saxlayıb. O, Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən binalardan birinin qarşısında saxlanılıb və həmin narkotik şalvarının cibində aşkar olunaraq götürülüb.
Bundan başqa, Ə. Z. naməlum şəxsdən "Makarov" markalı tapança, ona aid 1 ədəd daraq və 176 ədəd patron əldə edərək, qardaşının işlədiyi taxta emalatxanasının gözətçi otağında gizlədib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat nəticəsində odlu silah həmin gözətçi otağında aşkar olunub və müsadirə edilib.
Təqsirləndirilən şəxs özündə narkotik vasitə və silah olması barədə məlumatı S. K.-nin polisə xəbər verdiyini düşünüb. Bunun üçün o, S. K.-ni görüşmək adı ilə çağıraraq, avtomobilə əyləşdirib və dostlarının Corat qəsəbəsindəki evinə aparıb. Burada ev sahibi olan dostuna S. K. ilə təkbətək söhbət etməli olduğunu və bunun üçün də onları tək qoymasını istəyib. Ev sahibi gedəndən sonra aralarında polisə şikayət məsələsi üstündə münaqişə baş verib. Münaqişə zamanı Ə. Z. mətbəxdən silah qismində qayçı götürüb. Qayçı ilə S.K.-nın boynuna, başının müxtəlif hissələrinə, əlinə, dizinə və hər iki qulağına kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Səs salmaması üçün zərərçəkənin əlini və ayaqlarını iplə, ağzını isə əski parçası ilə bağlayıb.
Ev sahibi qayıdanda isə ona 10-15 dəqiqəlik işi olduğunu və yenidən qayıdacağını deyib. Lakin sonradan evə qayıtmayıb.
Zərərçəkənin hüquq-mühafizə orqanlarına müraciəti əsasında Ə. Z. saxlanılıb və barəsində cinayət işi açılıb. Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ramiz Quliyevin hökmü ilə Ə.Z. 6 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1192 Tarix: 12 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İranın zərbələri nəticəsində Manamada yanğın baş verib
İranın Bəhreynin paytaxtı Manamaya endirdiyi zərbələr nəticəsində yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb. "İranın təcavüzü nəticəsində Manamada yanğın baş verib, bir evə və onun yaxınlığındak
07.03.2026 96 Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana XƏBƏRDARLIQ ETDİ
Tükiyə İrandakı müharibənin yayılmasını istəmir və bölgədəki hadisələri narahatlıq üçün səbəb sayır. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) qeyri-rəsmi iclasından sonra mətbuat
00:00 95 Orban Zelenskiyə cavab verdi: "Macarları şantaj etmək olmaz"
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Prezidenti Volodimir Zelenskidən təhdid dolu mesaj aldığını və bunu öz ölkəsinə qarşı təhdid kimi qəbul etdiyini bildirib. O qeyd edib ki, dərhal buna son qoyulmasını məsləhət görür. Viktor Orban, həmçinin xəbərdarlıq edib ki, Ukrayna şantaj yolu ilə Macarıstanda
07.03.2026 147 13-16 yaş arası uşaqlar bu şərtlə sosial mediadan yararlana biləcək
İndoneziya hakimiyyəti 16 yaşdan kiçik vətəndaşların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırıb. xəbər verir ki, məhdudiyyətlər 28 mart 2026-cı ildən qüvvəyə minəcək və "YouTube", "TikTok", "Facebook", "Instagram", "Threads", "X", "Big
07.03.2026 170 Bu avtobuslar yenilənir
Metronun "28 May" stansiyasını Sabunçu qəsəbəsi (68 nömrəli tam orta məktəb) ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 9-dan "BakuBus" MMC xəttin istismarını həyata keçirəcək. xəbər verir ki, marşrut xəttində 30 böyüktutuml
07.03.2026 159 Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR
Qarşıdan gələn bayramlarla əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin qrafikdən əvvəl ödənilməsi başlanılıb. xəbər verir ki, bu gün Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
00:19 95 Ət yeyən qadınlara PİS XƏBƏR
Qadınlara süd vəzi xərçəngi riskini artıran bəzi gündəlik vərdişlərlə bağlı xəbərdarlıq edilib. Onkoloq Kaylee Bhangdia bildirib ki, həyat tərzində yol verilən bəzi səhvlər sinə xərçəngi ehtimalını artırır. Onun sözlərinə görə, qidalanmada qırmızı ətin həddindən artıq istifadəsi süd vəzi xərçəngi riskin
00:23 97 Yeni metro bu tarixdə AÇILACAQ
2030-cu ilədək Bakıda 10 yeni metro stansiyası tikilib təhvil veriləcək. Bu plana bənövşəyi xəttin Ağ Şəhərə kimi, yaşıl xəttin isə "Həzi Aslanov" stansiyasına kimi uzadılması daxildir. Stansiyaların yerləri də seçilib, müəyyənləşdirilib. B8 stansiyası Ağ şəhərin şimalında yerləşəcək. Xəzə
07.03.2026 164 QAR YAĞACAQ, ŞAXTA OLACAQ... - Bayram və istirahət günlərinin havası AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında martın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 7-9 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiy
00:17 104