İmmunitetin möhkəmləndirilməsi üçün əsas qida məhsulları açıqlandı

İmmunitetin möhkəmləndirilməsi üçün əsas qida məhsulları açıqlandı"Optimal immun funksiyanı qorumaq üçün əsas amil balanslı qidalanmadır. Göbələklərdə, balıqda və yumurtada mövcud olan "D" vitamini immun sisteminin fəaliyyətini yaxşılaşdırır, ət və paxlalılarda olan sink virusların yayılmasını ləngidir, Braziliya qozu və dəniz məhsullarında olan selen isə hüceyrələri oksidləşmədən qoruyur".

Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə nutrisioloq-texnoloq Liliya Fedulova məlumat verib.

Mütəxəssis qeyd edib ki, rasionda mütləq "C" vitamini, beta-karotin ("A" vitamininin prekursoru) və polifenollarla zəngin fərqli rəngli meyvə və tərəvəzlər olmalıdır.

"Bu maddələr selikli qişaların baryer funksiyasını gücləndirir və hüceyrələrə zərər verən sərbəst radikalları neytrallaşdırır", - deyə o bildirib.

Həmçinin mütəxəssis qoz-fındıq və tumlarda olan "E" vitaminini unutmamağı tövsiyə edib.

"Bu vitamin hüceyrə membranlarının bütövlüyünü qoruyur. Eyni dərəcədə vacib olan kefir, turş kələm və kimçidəki probiotiklər isə bağırsaq mikrobiomunu dəstəkləyir. Unutmayaq ki, immAun hüceyrələrin 70%-ə qədəri bağırsaq divarlarında yerləşir", - deyə Fedulova bildirib.

Nutrisioloq vurğulayıb ki, immun sisteminin normal işləməsi üçün amin turşuları vacibdir. Onun sözlərinə görə, arginin (ət, balıq, paxlalılarda var) azot oksidinin sintezində iştirak edərək makrofaqların (hüceyrələrin enerji stansiyaları) və T-limfositlərin aktivliyini tənzimləyir.

"Başqa bir amin turşusu olan qlutamin (quş əti, yumurta, kələm) bağırsaq epitel hüceyrələrinin - enterositlərin əsas enerji mənbəyidir. Cistein (kəsmik, brokoli, sarımsaq) isə patogenlərin neytrallaşdırılmasına kömək edir", - deyə o bildirib.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1848   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Böyrək sağlamlığı üçün ən faydalı 9 məhsul

Böyrəklər orqanizmdə qanın filtrasiyası, arterial təzyiqin tənzimlənməsi və maye balansının qorunmasında mühüm rol oynayır. Qaynarinfo xəbər verir ki, "Prevention" nəşrinin yazdığına görə, diyetoloqlar və nefroloqlar böyrəklərin qorunması üçün düzgün qidalanmanın vacibliyini vurğulayırlar

30.06.2026 564
.

Kimlər qan üçün donor ola bilməz?

Qan donorluğu minlərlə insanın həyatını xilas etsə də, hər kəs donor ola bilmir. xəbər verir ki, həkimlərin sözlərinə görə, həm donorun, həm də qan alan şəxsin təhlükəsizliyi üçün müəyyən məhdudiyyətlər mövcuddur. Mütəxəssislər bildirirlər ki, kəskin infeksion xəstəliklərdən əziyyət çəkən, yüksək hərarət

20.06.2026 280
.

Uzun müddət oturmağın zərərini azaltmağın ən sadə yolu açıqlandı

Hər saatda cəmi beş dəqiqəlik qısa fasilə vermək uzun müddət oturmağın sağlamlığa mənfi təsirlərini azaltmaq üçün ən təsirli üsullardan biri hesab olunur. "British Journal of Sports Medicine" jurnalında dərc olunan araşdırmada 19 mindən çox yetkinin məlumatları təhlil edilib. Tədqiqat çərçivəsind

27.06.2026 279
.

Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida

Sağlam qidalanma uzunömürlülüyün əsas amillərindən biri hesab olunur. Antioksidantlarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi iltihabı azaltmağa, hüceyrələri zədələnmədən qorumağa və xroniki xəstəliklərin inkişaf riskini aşağı salmağa kömək edə bilər. Qaynarinfo "Verywell Health"

09.07.2026 527
.

Bir-iki fincan, ya daha çox? - Həkim qəhvənin qan təzyiqini kəskin artıran miqdarını açıqlayıb

Qəhvənin orqanizmə təsiri onun istehlak miqdarından birbaşa asılıdır. xəbər verir ki, bu barədə rusiyalı kardioloq və tibb elmləri namizədi Valentina Baydina nəşrinə verdiyi müsahibədə danışıb. Həkim orqanizmə mənfi təsir göstərə biləcək qəhvə miqdarını açıqlayıb. Valentina Baydina bildirib ki, çox miqdard

12.07.2026 298
.

Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər - Kardioloq açıqladı

Yüksək qan təzyiqi hər zaman nəzərəçarpan əlamətlərlə özünü göstərmir. xəbər verir ki, bu barədə RT-yə rusiyalı kardioloq Ella Vinoqradova danışıb. Həkimin sözlərinə görə, stres və ya ağrı fonunda qan təzyiqinin kəskin yüksəlməsi adətən baş ağrısı, ürəkbulanma, halsızlıq və göz önündə qaraltıların uçuşmas

05.07.2026 373
.

40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test

Kardioloqlar bildirirlər ki, ürəyin işemik xəstəliyi qadınlar arasında süd vəzi xərçəngindən təxminən iki dəfə çox ölümə səbəb olur. xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, bir çox qadın ilk xəbərdaredici əlamətləri ya görməzlikdən gəlir, ya da onları adi yorğunluqla əlaqələndirir

12.07.2026 278
.

3 tərəvəzi yedikdən sonra şəkərli saqqız çeynəyin: Təzyiqi düşürməyin yeni yolu

King's College London və Reading Universitetinin tədqiqatçıları ilk dəfə olaraq maraqlı bir faktı aşkara çıxarıblar: ispanaq, çuğundur və kələm kimi nitratla zəngin tərəvəzlər yedikdən sonra şəkərli saqqız çeynəmək qan təzyiqini aşağı sala bilir. xəbər verir ki, bu tərəvəzlərin tərkibindəki nitra

21.06.2026 448
.

İsti havalarda tromb riski artır: Həkimdən vacib xəbərdarlıq

İsti havalarda bədənin susuzlaşması və qanın qatılaşması səbəbindən tromb yaranma ehtimalı arta bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Tatyana Vinoqradova RT-yə müsahibəsində bildirib. Mütəxəssisin sözlərinə görə, tromb damar daxilində yaranan və qan dövranını qismən və ya tamamil

19.07.2026 355
.

TOP MP3