Avokado nəyi müalicə edir və niyə yeməməlisiniz?

Avokado nəyi müalicə edir və niyə yeməməlisiniz?Avokado, digər adıyla Amerika perseyi, lavrkimilər fəsiləsinə aid bir bitkidir və darçın, dəfnə yarpağı ilə qohumdur. Avokadonun vətəni Meksikadır və burada yaşı 400 ildən çox olan qədim avokado ağacları hələ də mövcuddur. Bu meyvə 73 faiz sudan, 15 faiz yağdan, 8,5 faiz karbohidratdan (əsasən lif) və 2 faiz zülaldan ibarətdir.

Lent.az avokado ilə bağlı bilmədiyiniz məlumatları təqdim edir:

Maraqlıdır ki, "avokado" sözü "ahuacatl" adlı qədim astеk sözündən götürülüb və bəzi mənbələrə görə "kişi orqanı" mənasını verir.

Avokado nələri müalicə edir?

Avokado A, E, K, D və B qrupu (tiamin, niasin, fol turşusu və s.) vitaminləri ilə yanaşı, C vitamini ilə də zəngindir. Bu vitaminlər immun sistemini gücləndirir və orqanizmin sağlamlığını qoruyur.

Avokadonun sağlamlığa faydaları:

Antioksidant təsir – E, C və B qrupu vitaminləri sərbəst radikalları neytrallaşdıraraq dərinin və orqanizmin qocalmasını gecikdirir.

Oynaqlar üçün faydalıdır – Avokado iltihabəleyhinə xüsusiyyətlərə malikdir və artrit, artroz kimi oynaq problemlərində köməkçi rol oynaya bilər.

Ürək və damar sağlamlığı – Avokado olein, linol və palmitin yağ turşuları ehtiva edir, bu da damarların tıxanmasının qarşısını alır və xolesterolu tənzimləyir. O, pis xolesterolu (LDL) azaldır, yaxşı xolesterolu (HDL) artırır.

Görmə üçün faydalıdır – Karotinoidlər avokadonu göz sağlamlığı üçün əhəmiyyətli edir və katarakta riskini azaldır.

Sinir sistemi üçün vacibdir – B qrupu vitaminləri sinir sistemini dəstəkləyir, yorğunluğu və yuxululuğu azaldır.

Bağırsaqların fəaliyyəti üçün xeyirlidir – Avokadodakı liflər həzmi yaxşılaşdırır, bağırsaq hərəkətlərini normallaşdırır və qəbizliyin qarşısını alır. Avokado çoxlu faydalı yağlar, vitaminlər və minerallarla zəngindir. 100 qramında təxminən 160 kkal, 15 qram yağ, 9 qram karbohidrat (7 qram lif) və 2 qram zülal var.

Avokado və çəki nəzarəti:

Avokado toxluq hissini artıraraq artıq yeməyin qarşısını ala bilər və çəki azaltmağa kömək edə bilər. Amma həddindən artıq istehlak edildikdə, xüsusilə yüksək kalorili qidalarla birlikdə yeyildikdə, çəkini artırmağa səbəb ola bilər.

1998-ci ildə avokado "Dünyanın ən kalorili meyvəsi" kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. 100 qram avokado 160 kkal təşkil edir ki, bu da qızardılmış toyuq və ya bir tikə ət ilə eyni kaloridədir. Bəzi insanlar avokadonu kərə yağının alternativi kimi istifadə edir, çünki kərə yağının 100 qramı təxminən 700 kkal təşkil edir. Amma avokado yüksək kalorili olduğuna görə, çox yemək çəki artımına səbəb ola bilər, xüsusilə karbohidratlarla birlikdə yeyildikdə.

Avokadonun mümkün zərərləri və əks göstəriciləri:

Avokadonun qabığı və tumu təhlükəlidir. Avokadonun qabığında və tumunda "persin" adlı toksik maddə var. Bu maddə insanlar və heyvanlar üçün zəhərli ola bilər. Yalnız meyvənin iç hissəsini yemək tövsiyə olunur. Çünki allergiya riski var. Bəzi insanlarda avokado allergiyası ola bilər. Qaşınma, səpgilər, ödəm və ya mədə-bağırsaq problemləri kimi simptomlar yarana bilər. Əgər belə əlamətlər hiss etsəniz, avokado yeməkdən çəkinin və həkimə müraciət edin.

Avokado bəzi dərmanlarla, xüsusilə qan durulaşdırıcılarla (antikoaqulyantlarla) qarşılıqlı təsir göstərə bilər. Onun tərkibindəki K vitamini bu dərmanların təsirini azalda bilər. Əgər qan durulaşdırıcı dərman qəbul edirsinizsə, mütləq həkimlə məsləhətləşin. Arıqlama diyetalarında ehtiyatlı istifadə edilməlidir. Çəki atmaq üçün avokado yeyirsinizsə, həddindən artıq istehlak etməməyə diqqət edin. Əks halda, əksinə, çəki artımı baş verə bilər.

Avokadonun yetişmiş olub-olmadığını necə bilmək olar?

Barmaqla sıxıldıqda azca yumşaq olmalıdır, lakin çox batmamalıdır. Çox sərtdirsə, hələ yetişməyib. Çox yumşaqdırsa, həddən artıq yetişmiş və daxili qaralmış ola bilər.

Avokadonu ən yaxşı necə istifadə etmək olar?

Ən yaxşısı çiy halda yeməkdir – salatlara əlavə etmək, quakamole hazırlamaq və ya püre halına gətirmək olar. Avokadonun kərə yağı əvəzinə çörəyə çəkilməsi də populyardır. Ancaq yüksək miqdarda karbohidratlarla birlikdə yemək çox kalorili ola bilər və çəki artımına səbəb ola bilər. Əgər avokado çox sərtdirsə, onu alma və ya bananla birgə saxlamaq olar. Bu meyvələr etilen qazı buraxır və avokadonun yetişməsini sürətləndirir. Yetişməsini gözləmək istəmirsinizsə, avokadonu qrildə bişirib salat və ya qarnir kimi təqdim edə bilərsiniz.

Avokado çox faydalı meyvədir, lakin düzgün istehlak edilmədikdə müəyyən risklər yarada bilər. Onu kifayət qədər miqdarda və düzgün tərzdə yemək vacibdir. Əgər siz qan durulaşdırıcı dərmanlar qəbul edirsinizsə, allergiyanız varsa və ya çəkinizi idarə etməyə çalışırsınızsa, avokadonun istehlakı ilə bağlı diqqətli olun.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1778   Tarix: 17 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.