Faytonçu Nazim kimdir?– Flora Kərimovanın səhnəyə çıxartdığı sənətkar

Faytonçu Nazim kimdir?– Flora Kərimovanın səhnəyə çıxartdığı sənətkarTanınmış müğənni və aktyor Faytonçu Nazim yanvarın 31-də işemik insult keçirib, yıxılaraq kəllə beyin travması alıb.

Lent.az "Bioqrafiya" rubrikasında sevilən müğənni və aktyor Faytonçu Nazim haqqında məlumat verir.

- Faytonçu Nazimin əsl adı nədir?

Faytonçu Nazimin əsl adı Nazim Pişyaridir.

- Faytonçu Nazim nə vaxt anadan olub?

Faytonçu Nazim 1968-ci il avqustun 26-da doğulub.

- Faytonçu Nazim harada andan olub?

Faytonçu Nazim Lənkəranda anadan olub.

- Faytonçu Nazim hansı təhsili alıb?

Faytonçu Nazim 1985-cı ildə Bakı şəhəri 26 saylı orta musiqi məktəbinin klassik gitara və ümumi fortepiano şöbəsini bitirib. 1988-1991-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fərdi qaydada vokal dərsləri alıb.

- Faytonçu Nazim nə vaxtdan səhnəyə çıxıb?

Faytonçu Nazim 1990-cı ildən peşəkar səhnədədir.

- Faytonçu Nazim hansı musiqi qrupu yaradıb?

Faytonçu Nazim 1995-ci ildə "Kainat" qrupunu yaradıb.

- Faytonçu Nazimin ailə durumu necədir?

Faytonçu Nazim ailəlidir, bir qızı və bir oğlu var.

- Faytonçu Nazim hansı qastrol səfərlərində olub?

Faytonçu Nazim 1994-cü ildə İsveç və Norveçdə qastrol səfərlərində olub. 1998-ci ildə "Kainat" qrupuyla Almanıyanın bir sıra şəhərlərində qastrolda olub.

- Faytonçu Nazim başqa hansı işlə məşğuldur?

Faytonçu Nazimin çörək dükanı var. O bildirib ki, bu çörəkləri xüsusi alman və fransız texnologiyası ilə, kimyəvi qatqı olmadan, kişmişlə mayalayaraq hazırlayırlar: "Sağlam qida olsun, insanlara faydam toxunsun istədim. Bütün sənət adamları özlərinə əlavə bir iş qururlar. Sənətin də müəyyən bir ömrü var. Hara qədər oxuya biləcəm? Bilmirəm axı. Həm yavaş-yavaş toy bazarından çəkilmək istəyirəm".

- Faytonçu Nazimin kimlərin yetişməsində rolu olub?

Faytonçu Nazim Aygün Şükürova, Sevda Yəhyayevanın və bir neçə müğənninin yetişməsində rolu olub.

- Faytonçu Nazimin hansı ölkələrdə konsertləri olub?

Faytonçu Nazim Almaniyanın Hamburq şəhərində, İsrailin 3 böyük şəhərində konsertləri olub. 2023-cü ildə Amerikanın 3 ştatının 7 şəhərində solo konserti baş tutub. Bundan başqa Texas, Kaliforniya, Nyu-York ştatlarında konsertləri oldu. Yeni il ərəfəsində ABŞ-da "Devidson" radiosunun "Karavan" verilişində müsahibəsi yayımlanıb.

- Faytonçu Nazim hansı filmdə rol alıb?

Faytonçu Nazim 2005-ci ildə çəkilən "Məşədi İbad-94" filmində rol alıb.

- Faytonçu Nazimin musiqiyə həvəsi necə yarandı?

Faytonçu Nazimin dayısı Əməkdar incəsənət xadimi Tələt Şahverdiyev truba ifaçısı idi. Faytonçu Nazim bildirib ki, dayısı Maestro Niyazi ilə dünyanı gəzmişdi: "Uşaqlıqda tez-tez dayımgilə gedirdim, Şövkət Ələkbərovanı, Nəsibə Zeynalovanı, Mirzə Babayevi, Gülağa Ağayevi, Anatollu Qəniyevi dayımgilin evində görüb tanımışam. Tez-tez ləziz Lənkəran mətbəxindən dadmağa gəlirdilər. Onların sənət barədə söhbətlərini eşidə-eşidə məndə musiqiyə məhəbbət yarandı. Klassik gitara və fortepiano siniflərini bitirdim, konservatoriyada Firudin Mehdiyevdən fərdi dərslər aldım. Akif İslamzadə, Nərminə Məmmədova, Rəşid Behbudov, Flora Kərimova kimi sənətkarların əhatəsində böyüdüm, onlardan öyrəndim. Hamısını ustadım hesab edirəm. Səhnəyə çıxarkən Flora xanımdan çox şey öyrənmişəm - düzgün tələffüz, duruş, ifa, səhnə geyimi. Ustad kimi ona borcluyam".

- Faytonçu Nazim "Faytonçu" təxəllüsünü necə götürüb?

Faytonçu Nazim bildirib ki, bu təxəllüs vaxilə oxuduğu "Faytonçu" adlı nəğmədən qaynaqlanır: "Və bu mahnı həmin dövrdə çox populyar oldu. Musiqi çarxlarında bir müddət 1-ci yerdə qərar tutdu. Mahnı çox sevildi. Çünki nostalji bir nəğmə idi. Azərbaycan xalqı bir az sentimental xalqdır - göz yaşı ovcunun içindədi. Sonradan bu mahnıya klip də çəkildi. Bundan əlavə, o zaman sənətdə Nazim Ağayev adlı sənətçi də olub. Ona görə də ayırd etmək üçün soruşurdular ki, hansı Nazim, faytonçu? Bir sözlə, bu damğanı xalq qoyub. Bu adı mən seçməmişəm. Xalq verib".

- Faytonçu Nazim ilk dəfə böyük səhnəyə necə çıxıb?

Faytonçu Nazimi ilk dəfə böyük səhnəyə Flora Kərimova çıxarıb. Faytonçu Nazim bildirib ki, Flora Kərimova ilə "Sevgi yolu" adlı mahnını duet oxuyublar: "Baba Vəziroğlunun sözlərinə Elçin İmanovun bəstəsi idi. Buna qədər ara-sıra çıxışlarım olurdu. O zaman bir televiziya var idi - dövlət televiziyası. Orada "Əsgər poçtu" adlı veriliş vardı. 1-ci dəfə ora çıxmışam. Ruhəngiz Qasımovanın "Bir baxmısan, bir də bax" mahnısı ilə... Amma peşəkar səhnəyə məni Flora Kərimova gətirib. Burada Teymur Əmrahın da rolu var. O, "Sevgi yolu" nəğməsini dinləyib bəyənmişdi. Ona dedim ki, mən bu mahnını Flora xanımla duet oxumaq istəyirəm. O zaman Flora xanımla o qədər də münasibətim yox idi. Dedi "mən təşkil edərəm". Mahnını ona göstərdi, o da bəyəndi və razılıq verdi. Ondan sonra hara getsə, məni də özü ilə apardı. Məni səhnəyə gətirən Flora Kərimova olub. Mən ona borcluyam. Heç zaman da ona qarşı ləyaqətsizlik etmərəm".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1469   Tarix: 04 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.