Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlibAvropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Nümayəndə heyəti sentyabrın 29-da Naxçıvana gedib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa Komissiyası arasında Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Avropa İttifaqına üzv dövlətlərlə Azərbaycan arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib.

Bildirilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin olunması yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verə bilər.

Ceyhun Cəlilov Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm strateji bölgə olduğunu diqqətə çatdırıb. Zəngəzur dəhlizi və onun çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat bağlantılarının genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru yol əlaqəsinin təmin olunmasına imkan yaradacaq. Buradan keçəcək dəmir yolu xəttinin isə Naxçıvanı Türkiyə ilə birləşdirən mühüm nəqliyyat bağlantısına çevrilməsi nəzərdə tutulur. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin daha da artması üçün yeni imkanlar yaradacağı bildirilib.

Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqətə çatdırılıb. Ordubad rayonunda Tivi və Ordubad su elektrik stansiyalarının yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Naxçıvanın enerji potensialının gələcəkdə Cəbrayıl elektrik qovşağı ilə əlaqələndirilməsi, istehsal olunan enerjinin Türkiyəyə ixracı və daha geniş enerji bazarlarına çıxarılması imkanları vurğulanıb.

Nümayəndə heyətinin tərkibində yer alan Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti həyata keçirilməsi nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunub. O, layihələrin maliyyələşdirilməsi istiqamətində bank tərəfindən təqdim olunan imkanları, o cümlədən güzəştli kreditlərin rolunu diqqətə çatdırıb.

Adrien Kirali səfərin əhəmiyyətini vurğulayıb, Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib. Qarşıdakı illərdə Avropa Komissiyası tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 29 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Makron: ABŞ-ın Ukraynaya dəstəyi artıq mövcud deyil

ABŞ-ın Ukraynaya dəstəyi artıq əvvəlki səviyyədə deyil və bu vəziyyət Avropanı öz təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə vadar edir. xəbər verir ki, "The Hill" qəzetinin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib. "ABŞ-ın dəstəyi artıq mövcud deyil"

13.11.2026 252
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

13.11.2026 324
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 196
.

Tramp Kubanı hədəf aldı: "Hərbi gücdən istifadə mümkündür"

"Tramp 2028-ci ildə prezidentlik müddəti başa çatmazdan əvvəl Kuba məsələsini həll etmək istədiyini bildirib". Bunu Türkiyə mediasına istinadən bildirib. Donald Tramp bunun üçün hərbi gücdən istifadə etməli olsa, bu variantı mütləq nəzərdən keçirəcəyini deyib. O, Kuba ilə bağlı prosesin AB

13.11.2026 260
.

5 il əvvəl çıxdığı işə qayıdır?

Xalq artisti Nazpəri Dostəliyeva universitetdəki fəaliyyətini dayandırması haqda sualları cavabsız qoyub. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" proqramında danışıb. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 11 il pedaqoji fəaliyyət göstərdiyini, 2021-c

13.11.2026 277
.

Zaxarova Ermənistanın KTMT ilə bağlı iddialarını təkzib edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanın müraciətlərinə cavab olaraq guya susması ilə bağlı açıqlaması uydurmadır. xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova " "ya açıqlamasınd

13.11.2026 227
.

"Sadakat Albora" onunla sevgili imiş

"Uzak şehir" serialında rol alan aktyorlar arasında daha bir eşqin yarandığı iddia edilib. Axşam.az xəbər verir ki, "Sadakat Albora" obrazını canlandıran aktrisa Qonca Cilasun "Erol"u ifa edən həmkarı Barış Yalçınla sevgili olduğu bildirilib. Şayiələrə səbəb cütlüyün sosia

13.11.2026 382
.

"Texnologiya nəhəngi"nin eşq qalmaqalı onu vəzifəsindən etdi

Süni intellekt və çip texnologiyaları nəhəngi Censen Huanqın dövrü başa çatıb. "Nvidia"nın Direktorlar şurası şirkətin həmtəsisçisi olan Huangın rəhbər, baş direktor və idarə heyətinin üzvü vəzifələrindən istefa verdiyini açıqlayıb. Daimi baş direktor təyin olunana qədər bu vəzifəni hazırk

13.11.2026 280
.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 291
.