Aktyor Azər Baxşəliyev vəfat edib?
"Həkimlər aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub".
Oxu.Az xəbər verir ki, bu barədə İlkin Həsəni məlumat yayıb.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən Azər Baxşəliyev dünən günorta vaxtı koma vəziyyətində xəstəxanaya çatdırılıb. Bu gün xəstəxana onun ölümü ilə bağlı xəbər yayıb. Daha sonra isə həkimlərin səyi ilə ürək fəaliyyətinin bərpa olunduğunu, süni tənəffüs aparatına qoşulduğunu açıqlayan ikinci məlumatı yayıb.
16:47
Koma vəziyyətində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilən tanınmış aktyor Azər Baxşəliyev vəfat edib.
Bu barədə BiG.AZ-a ATU-dan məlumat verilib.
16:28
Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyevin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetindən məlumat verilib.
Bildirilib ki, o xəstəxanaya gələrkən koma vəziyyətində olub:
"Azər Baxşəliyev vəfat etməyib. Hazırda reanimasiyadadır. Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Xəstəxanaya gətirilərkən koma vəziyyətində olub".
16:20
Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda reanimasiyadadır.
Bu barədə Oxu.Az-a onun müalicə aldığı xəstəxanadan məlumat verilib.
Bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir.
16:10
"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır".
Bu barədə Oxu.Az-a onun həmkarı İlkin Həsəni məlumat verib.
O bildirib ki, hazırda Azər Baxşəliyev dövlət xəstəxanalarından birindədir.
15:49
Aktyor Azər Baxşəliyev vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Fərid Rzayev paylaşım edib.
Aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.
A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.
Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 5237 Tarix: 02 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 39 dərəcə isti olacaq
İyulun 14-də gözlənilən hava proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündü
13:02 32 "Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır"
"Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır". "Qafqazinfo" xəbər veri
11:28 124 Kiyevdəki mənzil qalmaqalı: Ukrayna səfiri istefa verəcək
Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişinanın Kiyevdəki mənzili ilə bağlı aparılan araşdırma fonunda vəzifəsindən istefa verəcəyi bildirilir. xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb. Məlumata görə, səfirin ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı dəyər
09:52 157 Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
Prezident İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq. "Qafqazinfo" xəbər verir ki, açılışı Azərbaycan liderinin sosial media hesablarında
10:00 130 5 yaşlı uşaq hovuzda üzərkən öldü
İsmayıllıda bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, 5 yaşlı T.Teymurlu hovuzda üzərkən boğulub. Nəticədə o, vəfat edib. Hadisə rayonun Talıstan kəndində yerləşən evlərin birində baş verib
10:48 202 Transqafqaz magistralında hərəkət 12 saatlıq dayandırıldı
Rusiyanı Cənubi Osetiya ilə birləşdirən Transqafqaz magistralı əlverişsiz hava şəraiti səbəbindən təxminən 12 saat müddətinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. xəbər verir ki, bu barədə Şimali Osetiya-Alaniya Respublikası üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbua
09:43 149 Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu
Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc
12.07.2026 241 "İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEV
"Son günlər İsrail kəşfiyyatının ABŞ administrasiyasını İranın Prezident Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə xəbərdar etməsi və bunun ardınca ABŞ senatoru Lindsey Qrehemin qəfil vəfat etməsi beynəlxalq siyasi dairələrdə müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Lakin geosiyasətd
11:27 130 Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir
Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi
12.07.2026 228