Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb

Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıbHeyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr artırılıb.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Belə ki, heyvanlarla rəhmsiz rəftar edilməsinə, yəni onlara ağrı, əzab, işgəncə verilməsinə, onların döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.

Nəzərdə tutulmuş əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə 800 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək.

Bu əməllər heyvanın şikəst edilməsinə səbəb olduqda min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər heyvanların tələf edilməsinə səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Heyvanlarla rəhmsiz rəftarın təbliğ edilməsinə və ya heyvanlarla rəhmsiz rəftara açıq çağırışlar edilməsinə, bu cür rəftarı özündə əks etdirən materialların kommersiya məqsədləri üçün istifadə edilməsinə görə 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 549   Tarix: 31 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yaponiyada "çılpaq festival"da altı nəfər xəsarət alıb

Yaponiyanın Okayama prefekturasında keçirilən ənənəvi "çılpaq festival" zamanı baş verən sıxlıq nəticəsində azı altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçü ağır vəziyyətdədir. xəbər verir ki, bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb

22.02.2026 315
.

KİV: Keçmiş şahzadə Endryu Epşteynlə görüş üçün HHQ-nin təyyarələrindən istifadə edə bilər

Böyük Britaniyanın keçmiş Baş naziri Qordon Braun polisdən Kral II Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun amerikalı maliyyəçi Cefri Epşteynlə görüş üçün Kral Hərbi Hava Qüvvələrinin təyyarələrindən və bazalarından istifadə etmiş ola biləcəyi barədə məlumatları araşdırmasını istəyib. "Report"u

22.02.2026 144
.

Almaniyada dövlət qulluğuna qəbulun dondurulması təklif edilir

Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Füst pula qənaət etmək üçün yeni dövlət qulluqçularının işə götürülməsini müvəqqəti olaraq dayandırmağı təklif edib. "Welt am Sonntag" nəşrinə istinadən xəbər verir ki, bundan başqa, Füst daşınmaz əmlak subsidiyalarının azaldılm

22.02.2026 134
.

Hind-Sakit Okean enerji sammiti keçiriləcək

ABŞ Prezidenti Donald Trampın enerji dominantlığı üzrə milli şurası Yaponiya ilə birgə Hindistan-Sakit Okean enerji təhlükəsizliyi üzrə nazirlər görüşünü və biznes forumunu ilk iclasını keçirəcək. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə bu gün ABŞ-ın Yaponiyadakı səfirliy

22.02.2026 169
.

Azərbaycanın bir sıra rayonlarına qar yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərd

22.02.2026 249
.

İndoneziyada yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb

İndoneziyanın bir sıra əyalətlərində yarasalarda Nipah virusuna qarşı antitellər aşkarlanıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bəyanat yayıb. "Araşdırmalar göstərib ki, Medan, Qərbi və Şərqi Yava, eləcə də Qərbi Kalimantan əyalətlərində yarasala

22.02.2026 112
.

Makron Trampdan Avropa vətəndaşlarına qarşı sanksiyaların ləğv olunmasını xahiş edib

Fransa Prezidenti Emmanuel Makron ötən həftə ABŞ Prezidenti Donald Trampa bir neçə Avropa vətəndaşına qarşı sanksiyaları ləğvini xahiş edən məktub göndərib. "Report" xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti məlumat yayıb. Söhbət xüsusən Avropanın daxili bazar məsələlər

22.02.2026 109
.

KİV: İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək

İordaniya öz ərazisindən İrana hücum üçün istifadəyə icazə verməyəcək. "Report" xəbər verir ki, bu barədə "Mehrnews" məlumat yayıb. İordaniya Radio və Televiziya Korporasiyasına istinadən yayılan məlumata görə, anonim rəsmi "The New York Times"a müsahibəsində bildirib ki

22.02.2026 179
.

KİV: İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını istisna edir

İranın ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla nüvə materiallarını çıxarmaq planı yoxdur. xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat verib. "ABŞ ilə danışıqlarda nüvə materiallarının ölkədən çıxarılmayacağını vurğuladıq. Rusiya tərəf

22.02.2026 164
.

TOP MP3