Diqqət! Süni intellekt dələduzların işini asanlaşdırdı - Ən təhlükəli üsullar

Diqqət! Süni intellekt dələduzların işini asanlaşdırdı - Ən təhlükəli üsullar"Kiberdələduzluq dünyası daim inkişaf edir. Lakin süni intellekt (Sİ) texnologiyalarının ortaya çıxması ilə dələduzluq üsulları tamamilə yeni və daha təhlükəli mərhələyə keçib. Hazırda ən yeni kiberdələduzluq metodlarını bir neçə əsas qrupda ümumiləşdirmək mümkündür".

Bunu BiG.AZ-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib.

O, qeyd edib ki, bu üsullar arasında ən təhlükəlilərdən biri "Deepfake", yəni süni intellekt vasitəsilə saxta səs və görüntülərin yaradılmasıdır. Dələduzlar Sİ texnologiyalarından istifadə etməklə bir şəxsin, məsələn, şirkət rəhbərinin, ailə üzvünün və ya tanınmış şəxsin səsini və üzünü cəmi bir neçə saniyəlik audio və ya video nümunəsi əsasında yüksək dəqiqliklə təqlid edə bilirlər:

"Belə hallarda istifadəçiyə rəhbərindən gələn videozəng və ya səsli mesaj təqdim olunur. İlk baxışdan hər şey real görünür. Lakin əslində görüntü və ya səs süni intellekt vasitəsilə yaradılmış saxta material olur. Dələduzların əsas məqsədi isə adətən təcili pul köçürülməsinə nail olmaq və ya həssas məlumatları ələ keçirməkdir.

Digər geniş yayılmağa başlayan üsul süni intellektlə gücləndirilmiş fişinq hücumlarıdır (AI-Powered Phishing). Əvvəllər saxta elektron məktubları qrammatik səhvlər, qəribə cümlə quruluşları və ümumi müraciətlər vasitəsilə asanlıqla müəyyən etmək mümkün idi. Hazırda isə dələduzlar böyük dil modellərindən istifadə etməklə qüsursuz və son dərəcə inandırıcı mesajlar hazırlaya bilirlər.

Bu zaman dələduzlar sosial şəbəkələrdən istifadəçinin işi, maraqları, səfərləri və digər şəxsi məlumatlarını toplayaraq onları süni intellekt vasitəsilə emal edirlər. Nəticədə elə bir mesaj hazırlanır ki, istifadəçi onun həqiqətən tanıdığı şəxsdən və ya rəsmi qurumdan gəldiyini düşünə bilər. Bu üsul sosial mühəndisliyin daha təkmil formalarından biri hesab olunur.

Son dövrlərdə "Quishing", yəni QR kod vasitəsilə fişinq də geniş yayılmağa başlayıb. Bu metod "QR" və "Phishing" sözlərinin birləşməsindən yaranıb və fiziki və rəqəmsal dünyanı bir araya gətirir.

Dələduzlar restoranlarda, parkinqlərdə, avtobus dayanacaqlarında və ya rəsmi görünən elektron məktublarda saxta QR kodlar yerləşdirə bilərlər. İstifadəçi "endirim" əldə etmək və ya ödəniş etmək məqsədilə həmin kodu skan etdikdə saxta internet səhifəsinə yönləndirilir və bəzi hallarda cihazına zərərli proqram təminatı yüklənə bilər. İnsanların QR kodlarını çox vaxt mənbəyini yoxlamadan skan etməsi bu metodun effektivliyini artırır.

Daha bir təhlükəli üsul isə süni intellektlə gücləndirilmiş biznes elektron poçt dələduzluğudur (BEC 2.0). Klassik "Business Email Compromise" hücumları da süni intellektin imkanları sayəsində daha inandırıcı xarakter alıb.

Bu üsulda dələduzlar şirkət rəhbərlərinin yazışma üslubunu, istifadə etdikləri terminləri və hətta zarafatlarını təhlil edərək onların üslubuna maksimum dərəcədə bənzəyən mesajlar hazırlayırlar. Daha sonra rəhbərin adından maliyyə departamentinə və ya tədarükçüyə rəsmi və təcili xarakterli elektron məktub göndərilir. Məqsəd isə pul vəsaitlərinin başqa hesaba köçürülməsinə nail olmaqdır.

Mütəxəssislər bu cür kiberdələduzluqlardan qorunmaq üçün ilk növbədə şübhəci yanaşmanı tövsiyə edirlər. Hətta səs və ya görüntü tanıdığınız şəxsə tamamilə bənzəsə belə, təcili pul və ya həssas məlumat tələbi ilə qarşılaşdıqda həmin şəxslə başqa kommunikasiya kanalı vasitəsilə əlaqə saxlayaraq məlumatı yoxlamaq lazımdır.

Eyni zamanda tanımadığınız və etibarlılığına əmin olmadığınız mənbələrdən göndərilən QR kodları skan etməkdən çəkinmək vacibdir. Sosial şəbəkələrdə şəxsi məlumatların həddindən artıq paylaşılması da risk yarada bilər. Harada olduğunuz, kiminlə vaxt keçirdiyiniz və gündəlik fəaliyyətinizlə bağlı ətraflı məlumatların paylaşılması dələduzların sizin haqqınızda daha geniş məlumat toplamasına imkan verir.

Bundan başqa, bütün elektron hesab və platformalarda çoxfaktorlu autentifikasiya (MFA) mexanizmindən istifadə etmək tövsiyə olunur. Əlavə təsdiqləmə mərhələsi hesabların ələ keçirilməsi riskini əhəmiyyətli dərəcədə azalda bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 745   Tarix: 07 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

00:27 547
.

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB+Foto/Video

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriba

24.10.2026 394
.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

00:30 419
.

"General Hospital" 20 min manat CƏRİMƏLƏNDİ

Bakının Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən "Seymur-M" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus klinikada yoxlama aparılıb. Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsi tərəfindən MMC-yə məxsus "General Hospital" tib

24.10.2026 223
.

İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb

İran Quru Qoşunlarının komandanı Əli Cahanşahi quru qoşunlarını ən yüksək döyüş hazırlığı səviyyəsini qorumağa çağırıb. "Report" bu barədə IRIB-yə istinadən xəbər verir. Komandan xəbərdarlıq edib ki, müharibə şəraitində hər hansı bir səhlənkarlıq "baha başa gələ" bilər. Bir gün əvvə

11:00 198
.

Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - Foto

Heydər Əliyev Sarayının səhnəsində "Turandot" tamaşasının möhtəşəm premyerası baş tutub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Cakomo Puççininin məşhur operasının yeni tamaşasını sürəkli alqışlarla təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazo

11:01 198
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24.10.2026 237
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

00:15 330
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

00:16 433
.