İpoteka, gəlirlər, tikinti xərcləri... Mənzil qiymətlərini nə bahalaşdırır?
"Mənzil qiymətlərinin artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada eyni vaxtda bir neçə fundamental amil fəaliyyət göstərir. Torpaq sahələrinin qiyməti, tikinti xərcləri, əmək və material məsrəfləri, infrastruktur xərcləri, əhalinin gəlirləri, ipoteka və kredit imkanları, həmçinin bazarda tələb və təklif nisbəti mənzil qiymətlərinin formalaşmasına birbaşa təsir göstərir".
Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.
O, qeyd edib ki, xüsusilə Bakı kimi ərazi imkanları məhdud olan şəhərlərdə torpağın qiyməti mənzilin son satış qiymətinə ciddi təsir edir. Bununla yanaşı, nəqliyyat əlçatanlığı, metroya yaxınlıq, məktəb və digər sosial infrastruktur obyektləri, yeni yol layihələri və ərazinin gələcək inkişaf perspektivi də mənzilin bazar dəyərinin formalaşmasında mühüm rol oynayır:
"2026-cı ilin I rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,4 faiz, illik müqayisədə isə 1,5 faiz artıb.
Əhalinin gəlirlərinin artması da mənzilə olan effektiv tələbi gücləndirə bilər. 2026-cı ilin yanvar-iyun aylarında ölkədə orta aylıq nominal əməkhaqqı 1 174,4 manat təşkil edib. Digər tərəfdən, həmin dövrdə və sonrakı aylarda istehlak qiymətlərində də artım müşahidə olunub. Buna görə nominal gəlirin artımını avtomatik olaraq əhalinin real alıcılıq qabiliyyətinin eyni nisbətdə yüksəlməsi kimi qiymətləndirmək olmaz.
İpoteka və digər maliyyələşmə imkanlarının genişlənməsi də vətəndaşların mənzil almaq qabiliyyətini artırır. Bu, sosial baxımdan müsbət prosesdir. Lakin bazara əlavə maliyyə və tələb daxil olduğu halda təklif eyni sürətlə genişlənmirsə, bunun qiymətlərə yuxarı istiqamətdə təsiri də ola bilər.
Bu baxımdan mənzil bazarında qiymətlərin formalaşmasına həm tələb, həm də təklif tərəfdən təsir edən amilləri kompleks şəkildə qiymətləndirmək vacibdir. 2026-cı ilin sonuna qədər qiymətlərin necə dəyişəcəyindən danışarkən də tikinti xərcləri, əhalinin gəlirləri, ipoteka imkanları, inflyasiya, yeni layihələrin bazara çıxarılması və tələb-təklif balansı əsas göstəricilər olaraq qalacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 250 Tarix: 07 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşStiven Hokinqin süni intellektlə bağlı son xəbərdarlığı: O, bəşəriyyətdən nə istəyirdi?
Stiven Hokinq süni intellektlə bağlı xəbərdarlıq edərək bildirirdi ki, yüksək inkişaf etmiş süni intellekt özünü yenidən layihələndirə və intellekt baxımından insan təkamülünü geridə qoya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Wion" yazıb. O, tədqiqatçıları süni intellektin məqsədlərin
09.10.2026 291 Ay əslində kimə məxsusdur? Qanunlar nə deyir, reallıq necədir?
Dünyada Ayın tədqiqi və onun resurslarından istifadə üçün kifayət qədər maliyyə imkanlarına və texnologiyalara malik olan cəmi bir neçə ölkə var. xarici mediaya istinadən xəbər verir ki, 1967-ci ildə kosmik sahədə aparıcı dövlətlər Kosmos haqqında müqavilə imzalayıblar. Sonradan 100-dən çox ölkənin qoşulduğ
09.10.2026 268 Yollarda duman var - Sürücülərin nəzərinə!
Avtomobil yollarında vəziyyət açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 10-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağ
10:00 166 Sabah yağış olmayacaq
Sabahın havası açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
13:37 101 Tibetdə buz dövrünə aid qədim buz aşkar edildi
Tibet yaylasında yaşı 128 min ildən çox ola bilən buz aşkar edilib. Dağ buzlağının dərin qatlarında qorunub saxlanılan bu buzun son buz dövrünə aid olduğu ehtimal edilir. Bu tapıntı alimlərə minilliklər ərzində regionda baş vermiş iqlim dəyişikliklərini daha yaxşı anlamağa kömək edə bilər. Qaynarinf
14:30 1 Məktəbli geyimində vahidlik və nizam-intizam
Məktəbli forması təhsil müəssisələrində ümumi qayda-qanunun qorunmasına xidmət edən vasitələrdən biridir. Eyni geyim tərzinin tətbiqi uşaqlar arasında geyimə görə fərqlərin qabardılmasının qarşısını almağa, kollektiv ruhunun güclənməsinə və məktəb mühitində səliqənin qorunmasına yardım edir. Gündəli
09.10.2026 350 Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
09.10.2026 331 Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq. xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyala
11:06 204 Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızıya qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərmanqızıya qarşı barəsində yayılmış məlumatların təkzi
09.10.2026 419