Mixail Kavelaşvili: Avrointeqrasiya kursunu spekulyasiyalara qarşı müdafiə etmək borcumuzdur
Gürcüstan Prezidenti Mixail Kavelaşvili "Səfirlər Konfransı 2024" çərçivəsində avrointeqrasiya və qərbyönümlü siyasət məsələləri ilə bağlı açıqlamalar verib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, Prezident vurğulayıb ki, Gürcüstanın konstitusiya ilə təsbit edilmiş qərbyönümlü siyasəti son dövrlərdə daxili və xarici spekulyasiyalara məruz qalıb.
"Bu cür manipulyasiyalar cəmiyyətin qütbləşməsinə səbəb olur və ölkənin maraqlarına ziyan vurur. Avrointeqrasiya kursunu spekulyasiyalara qarşı müdafiə etmək borcumuzdur. Hazırkı dezinformasiya kampaniyalarına baxmayaraq, Gürcüstan avrointeqrasiya yolunda möhkəm irəliləyir. 2028-ci ilə qədər Assosiasiya Sazişinin 90%-dən çoxunu həyata keçirəcəyik və 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyə tam hazır olacağıq", - Prezident qeyd edib.
O, həmçinin ABŞ ilə strateji tərəfdaşlığın gücləndirilməsinin və qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Bundan başqa, Gürcüstanın regionda sülh və sabitlik üçün səylərini artıracağı bildirilib.
"Bizim vəzifəmiz, xalqımız üçün təhlükəsizlik, iqtisadi rifah və Avropa strukturlarına inteqrasiyanın uğurla həyata keçirilməsini təmin etməkdir," - deyə Prezident çıxışını yekunlaşdırıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 398 Tarix: 31 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hövsanda bu evlər söküləcək - VİDEO
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində dəmiryolu xəttinə yaxın ərazilərdə inşa edilmiş fərdi yaşayış evlərinin sökülməsi məsələsi gündəmə gəlib. xəbər verir ki, söküntü işləri ilə əlaqədar evlərin çölü müvafiq nişanlanıb. Sakinlər ərazinin plana düşəcəyini söyləsələr də, evlərin nə vaxt və hans
22.02.2026 206 Bakının mərkəzində minlərlə ev SÖKÜLƏCƏK
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işləri aparılır. Bəzi ərazilərdə söküntülər özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir ki, bu da qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin sökülməsini əhatə edir. Hazırda isə Yasamal rayonunu
22.02.2026 273 Azərbaycanın bir sıra rayonlarına qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında fevralın 23-də əsasən gecə və axşam saatlarında, 24-də bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, dağlıq ərazilərd
22.02.2026 249 Tramp Qrenlandiyada xəstə insanların qayğısına qalmaq qərarına gəlib
ABŞ Prezidenti Donald Tramp Luiziana ştatının qubernatoru Ceff Lendri ilə birlikdə Qrenlandiyaya böyük bir üzən xəstəxana göndərmək qərarına gəldiklərini bəyan edib. xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "Orada qayğısına qalınmayan bir çox xəst
22.02.2026 174 Uitkoff: Yeni Rusiya-Ukrayna danışıqları üç həftə ərzində baş tuta bilər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Ukrayna ilə bağlı yeni danışıqlar raundunun yaxın üç həftə ərzində baş tutacağına ümid etdiyini bildirib. "Report"un məlumatına görə, o, bunu "Fox News"a müsahibəsində bildirib. Uitkoffun sözlərinə görə, hər iki tərəfə təqdim edilə
22.02.2026 180 "Fidan" adlı şəxs qanunsuz tibbi fəaliyyət göstərir? - Video
Verilən rəsmi sorğuya cavab verilməyib. Gültəkin xanım tərəfindən rəhbərlik etdiyi obyektin daxilində "Fidan" adlı şəxsin qanunsuz tibbi fəaliyyət göstərməsi faktı ifşa edilib. Lakin, bu yetərli deyil - iaşə obyekti sahibi yalnız insan həyatını riskə atan bu qanunsuz fəaliyyətə şərait yaratmaql
22.02.2026 206 Taliban qadın və uşaqların döyülməsini qanuni elan etdi
Əfqanıstanda hakimiyyətdə olan Taliban qadın və uşaqlara qarşı zorakılıqla bağlı yeni cinayət məcəlləsi qəbul edib. "Daily Mail"ə istinadənxəbər verib ki, yeni qanun məişət zorakılığını müəyyən hallarda "cəza tədbiri" kimi təsnif edir və kişilərə arvadlarını və uşaqlarını döyməy
22.02.2026 111 NASA Aya uçuş missiyasını təxirə saldı
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) texniki nasazlıqlar səbəbindən Ay missiyası üçün nəzərdə tutulmuş "Space Launch System" (SLS) daşıyıcı raketini "Orion" kosmik gəmisi ilə birlikdə Floridadakı start meydançasından yenidən yığım sexinə qaytaracaq. NASA-nı
22.02.2026 134 KİV: İran zənginləşdirilmiş uranın ölkədən çıxarılmasını istisna edir
İranın ölkədən yüksək dərəcədə zənginləşdirilmiş uran da daxil olmaqla nüvə materiallarını çıxarmaq planı yoxdur. xəbər verir ki, bu barədə ISNA xəbər agentliyi diplomatik mənbəyə istinadən məlumat verib. "ABŞ ilə danışıqlarda nüvə materiallarının ölkədən çıxarılmayacağını vurğuladıq. Rusiya tərəf
22.02.2026 164