Tikintidə yatan 65 yaşlı şəxs: "Övladlarımı biabır etmək istəmirəm"
Bakıda kişi 10 ildən çoxdur ki, küçədə yaşayır. 65 yaşlı Mehdi Əliyevin qonşuların verdiyi yorğan döşək, köhnə gödəkçə, əsa kimi istifadə etmək üçün yerdən tapdığı taxtadan başqa heç nəyi yoxdur.
O, Sahil qəsəbəsindəki yarımtikililərdən birində qalır və tək istəyinin sığınacağa yerləşdirilmək olduğunu deyir.
"Həyat yoldaşımla boşanmışıq. Bir oğlum, bir qızım var. Ailəm yaşayışıma görə məndən utanır. Mən də onları biabır etmək istəmədiyim üçün yanlarına getmirəm", - deyə o söyləyib.
M.Əliyev deyir ki, sığınacağa yerləşmək üçün müraciət edib, lakin yaşı 70-i keçmədiyi üçün onu qəbul etməyiblər.
Baku TV-nin müraciəti əsasında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi əraziyə gələrək baxış keçirib. Çətin şəraitdə yaşayan vətəndaşla həmsöbət olub qiymətləndirmə aparıb.
"Sözügedən şəxs içki aludəçisidir. Agentliyin həssas əhali qruplarına aid edilən şəxslər üçün sığınacaq və ya Sosial Reabilitasiya Müəssisəsinə yoluxucu xəstəlikləri, spirtli içki aludəçiliyi və narkotik asılılığı kimi vərdişləri olan şəxslərin qəbul edilməsi orada yaşayan digər vətəndaşların təhlükəsizliyi baxımından məqsədəuyğun deyil. Onun ilkin olaraq tibbi reabilitasiyaya cəlbi həyata keçirilərsə, agentliyin müvafiq müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq", - deyə qurumdan bildirilib.(oxu.az)
Ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 911 Tarix: 31 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Meyxanaçılar buna görə pis vərdişlərə qurşanır"
"Meyxanaçıların çoxunun pis vərdişlərə qurşanmasının səbəbi diqqətdən kənar qalmaqdıq. İnsan yorulur, aləm dəyir bir-birinə. Bəziləri bu zəifçiliyə tabe olur". Axşaç.az xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Zarafat bir yana" proqramında deyib. O, meyxana ifaçılarını
11:46 142 Çin Filippinin Luzon adası yaxınlığındakı sularda döyüş atışları təlimləri keçirir
Çin ordusu cümə günü Filippinin Luzon adasının şərqindəki sularda döyüş atışları da daxil olmaqla hərbi təlimlər keçirdiyini bildirib və bunu mövcud regional vəziyyətə cavab olaraq "zəruri əməliyyat" adlandırıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ordu , Çinin Cənubi Çin dənizindək
24.04.2026 221 Almaniya Hörmüz boğazı üçün gəmilərini əvvəlcədən Aralıq dənizinə göndərir
Berlin Hörmüz boğazında mümkün əməliyyat üçün Bundestaqdan icazə alma prosesini sürətləndirmək məqsədilə əvvəlcədən Aralıq dənizinə hərbi gəmilər göndərməyi planlaşdırır. xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Rheinische Post qəzetinə müsahibəsində bildirib. Nazirin sözlərin
10:18 143 Avropa Birliyindən Ukraynaya 90 milyonluq dəstək, Macarıstan yenə fərqli mövqedə - POLİTOLOQDAN AÇIQLAMA
Avropa İttifaqının Ukraynaya dəstəyini davam etdirdiyi bir vaxtda, birlik daxilində fikir ayrılıqları yenidən açıq şəkildə üzə çıxır. Dünən Avropa Birliyi tərəfindən Ukraynaya 90 milyon avro həcmində kredit ayrılması Kiyevə iqtisadi və siyasi dəstəyin davam etdiyini göstərsə də, Macarıstanın bu məsələd
24.04.2026 254 "Çox kökəlmişəm, utanıram"
"Çox kökəlmişəm, həddindən artıq. Utanıram. Duzlu, şirniyyat, çörək, çox yemək yemirəm". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova sosial şəbəkədə canlı yayımda deyib. Sənətçi çox artıq çəki aldığını bildirib. "Çəkimi deməyə utanıram. 62 kiloqram idim, 60-a düşmüşdüm
24.04.2026 433 ABŞ-ın müharibə naziri: Minalama və digər şəkildə gəmiçiliyi təhdid edənlər atəşə tutulacaq
Minalama və digər şəkildə gəmiçiliyi təhdid edənlər atəşə tutulacaq. APA xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında deyib. "Komandirlərimiz üçün açıq döyüş qaydaları müəyyən edilib: əgər İran sulara mina yerləşdirsə, ABŞ-ın kommersiya gəmiçiliyini və ya qüvvələrin
24.04.2026 283 "Bir səhər oyandım ki, dişlərim tökülüb" - Video
Türkiyəli professor Canan Karatay 47 illik həyat yoldaşı Əli Başak Karatayın ötən ilin noyabrında vəfatından sonra keçirdiyi ağır emosional və fiziki prosesdən danışıb. "Qafqazinfo" xəbər verir ki, "Çağla ilə yeni bir gün" televiziya proqramına qatılan Karatay uzun sürən stresin sağlamlığın
24.04.2026 386 Dondurmanın bu faydalarını bilmirdiniz
Dondurma düzgün tərkibə malik olduqda və həddindən artıq yeyilmədikdə, düşünüldüyü qədər zərərli olmaya bilər, bəzi hallarda isə balanslı rasiona daxil edilə bilər. xarici mediaya istinadən xəbər verir ki, 20-40 il ərzində alimlər təxminən 190 min yetkin insanın qidalanmasını, fiziki aktivliyini və sağlamlı
24.04.2026 301 Ukrayna Aİ-də: Danışıqlar yaxın həftələrdə başlaya bilər
Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlar yaxın həftələrdə başlaya bilər. "Yeni Sabah" Bloomberg-ə istinadla xəbər verir ki, mənbə Aİ liderləri danışıqların birinci mərhələsinin başlanması üçün şərtlərin artıq yerinə yetirildiyi qənaətinə gəldiyini bildirib. O əlavə edib ki, potensial qoşulm
24.04.2026 264