Amil Xəlilin məşhur verilişi bağlandı
Aparıcılığını Amil Xəlilin etdiyi "Gəl danış" proqramının yayımı dayandırılıb.
Axşam.az xəbər verir ki, bu haqda aparıcı özü məlumat verib. O bildirib ki, "Space" kanalında yayımlanan veriliş telekanalın rəhbəri Vado Korovin tərəfindən bağlanıb:
"Daimi tamaşaçılarımız, Allah şahididir ki, nə arvadını iki kişi ilə tutanı, nə qaynı ilə hoqqa verən gəlinləri, nə də şərəfsiz mövzuları efirə çıxartdım. Buna ekspertlər də şahiddir. Hətta yutubda tam olaraq baxa bilərsiniz... Canlı efirimdə olan qadın qonaqların belə ayaqlarını ayaqlarının üstünə qoyub oturmasına qadağa qoymuşdum. 9 il ərzində şou etdim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə, 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar "cuq-cuq" mövzularını yayımlayırdı. Bir sözlə, qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq.
Rəhbərimiz "Əgər millət narazıdırsa, biz etməyək" qərarını verdi. Bu mövsüm "Space TV" çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun. Hər bir kanala mən hörmətlə yanaşıram. Hər biri özümüzündür. Sadəcə bunu paylaşıram ki, mesajlarınıza birbaşa cavab verim".
Amil əlavə edib ki, bu mövsüm "Xəbərsiz" və "Xoş gəldim" verilişləri ilə tamaşaçı qarşısına çıxacaq.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"İstirahət burnumuzdan gəldi" - Ayan XOŞAGƏLMƏZ HADİSƏ İLƏ ÜZLƏŞDİ
Müğənni Ayan Babakişiyeva istirahət zamanı xoşagəlməz hadisə ilə üzləşib. İfaçı mobil telefonunu istirahətdən qayıdarkən Antalyada hava limanında unutduğunu bildirib. Ayan qeyd edib ki, buna görə istirahətlərinin zövqü yarımçıq qalıb. "Selena sağ olsun. Telefon Antalya hava limanında qalıb. Bütü
19.07.2026 566 Qriqori Leps karyerasını başa vura biləcəyinə eyham vurdu
Rusiyanın Xalq artisti Qriqori Leps Vitebskdə keçiriləcək solo konserti ərəfəsində musiqi karyerası ilə bağlı gözlənilməz açıqlama verib. "Moskovski Komsomolets" nəşrinə istinadən xəbər verir ki, məşhur müğənni iki ildən sonra səhnə fəaliyyətini başa vura biləcəyini bildirib. "Tanrını
19.07.2026 309 Yelena Sidorenko yeni doğulan övladı ilə - Foto
Keçmiş teleaparıcı Yelena Sidorenko sosial şəbəkədə yeni doğulan övladı ilə bağlı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, o, övladının fotosunu izləyiciləri ilə bölüşərək duyğusal sözlər yazıb. "Bəzən ən böyük xoşbəxtliyi hər kəsə göstərmək deyil… Sadəcə onu qorumaq istəyirsən… Canel
17.07.2026 591 "Yaprak Dökümü"nün "Şevketi" - Caner Kurtaranın son halı - FOTO
Türkiyənin məşhur seriallarından olan "Yaprak Dökümü" ilə tanınan aktyor Caner Kurtaran uzun müddətdən sonra görüntülənib. Serialda canlandırdığı Şevket obrazı ilə tamaşaçıların yaddaşında qalan aktyorun illər ərzindəki dəyişimi sosial mediada geniş müzakirə olunub. BİG.AZ -a istinadən xəbə
19.07.2026 480 Pərvinin anası faciəvi şəkildə vəfat etdi
Müğənni Pərvin Lətifova ağır itki üz verib. -a istinadən xəbər verir ki, ifaçının anası Almaz Lətifova ötən gün qəfil dünyasını dəyişib. O, özlərinə məxsus bağ sahəsində çalışarkən əlinə batan yad cismin yaratdığı infeksiya nəticəsində həyatını itirib. Allah rəhmət eləsin!
17.07.2026 730 Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
Türkiyəli sosial media fenomeni Danla Biliç təcili əməliyyat olunacaq. Axşam.az türk mediasına istinadən xəbər verir ki, fenomen illər əvvəl etdiyi omba böyütmə əməliyyatından sonra yaranan ciddi infeksiya səbəbindən səhər saatlarında xəstəxanaya yerləşdirilib. Bildirilib ki, infeksiya bütün bədənə yayılı
14.07.2026 632 Dəhşətli yanğın onların da villasına çatıb
Türkiyənin Muğla vilayətinin Milas rayonunda baş verən meşə yanğını məşhurlara məxsus evlərə də ziyan vurub. Axşam.az xəbər verir ki, güclü küləyin təsiri ilə qısa zamanda geniş əraziyə yayılan alov Kazıklı kəndində yerləşən lüks yaşayış kompleksinə də çatıb. Məlumata görə, aktyor Çağatay Ulusoy, Yasemi
18.07.2026 417 "Gangnam Style"dan yeni rekord
Cənubi koreyalı müğənni Psy-ın (əsl adı Pak Çe San) məşhur "Gangnam Style" klipi yutubda 6 milyard baxış sayını keçib. Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb. 2012-ci ildə yayımlanan klip bu göstəriciyə çatan ilk K-pop videosu olub. Rejissoru Ço Su Hyon ola
25.07.2026 234 Daha bir övladı Pittin soyadını istəmir
Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, 18 yaşlı Vivyen Los-Anceles Ali Məhkəməsinə Pitt-Coli soyadının yalnız Coli ilə əvəzlənməsi üçün ərizə təqdim edib. Məhkəmə sənədlərində səbəb "şəxsi"
25.07.2026 210