Cəbrayıl dirçəlir, gülə-gülüstana çevrilir
1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 4 oktyabr həm də bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. Bu gün Cəbrayıl yenidən qurulur, Cəbrayıla həyat qayıdır. Aprel döyüşləri nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdış Böyük Qayıdışın başlanğıcı olmuşdu. Qalib ölkəmizin Qalib Prezidenti cənab İlham Əliyev qeyd etdiyi kimi, bizim "Böyük Qayıdış"ımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl rayonu ilə bağlı oldu.
Düşmənin işğal etdiyi digər ərazilər kimi, tarixi, mədəniyyət və memarlıq, qəbirüstü abidələrlə zəngin olan Cəbrayıl şəhəri, eləcə də rayonun kəndləri dağıdılmışdı. Tarixin izini itirmək məqsədilə düşmən mədəni, tarixi, dini abidələrimizi, hətta qəbiristanlıqları viran qoymuş, vandalizm aktları, ekoloji terror həyata keçirmiş, daşı daş üstündə qoymamışdı. Düşmən çox istəsə də tarixi dəyişə bilmədi. Mədəni, dini abidələri, qəbirstanlıqları təbiəti məhv etməklə tarixi dəyişmək mümkün deyil. O torpaqlarda əcdadlarımızın, ata-babalarımızın izləri var. Tarix göstərdi ki, gerçəyi, həqiqəti illər keçsə də dəyişdirmək olmaz.
44 günlük Vətən müharibəsinin hər günü, hər saatı müstəqil Azərbaycanı şanlı Zəfərə apardı. 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi.
44 günlük Vətən müharibəsinin 8-ci günü, oktyabrın 4-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində bildirdi: "Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!".
Ölkə Prezidentimiz, Ali Baş Komandan dahi siyasətinin nəticəsində illərlə düşmən işğalında qalan torpaqlarımız kimi də Cəbrayıl da azadlığına qovuşdu. Bu gün o torpaqlar gülə-gülüstana çevrilir. Ali Baş Komandan, Prezident İlham Əliyev 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla cəbrayıllılara 4 oktyabr - Cəbrayıl Şəhər Gününü hədiyyə etdi.
6 il əvvəl sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətçilik tariximizin ən parlaq səhifələri yazıldı. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandılan hər qələbə, işğal altında qalan torpaqlarımızın azad edilməsi 30 ildə yorulmadan möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyən Azərbaycan xalqının qüruruna çevrildi.
Azərbaycan xalqının əzmi, gücü, qətiyyəti sayəsində işğal altında qalan tarixi, əzəli-əbədi torpaqları azad edildiyi kimi, indi də eyni coşqu ilə həmin yurd yerləri çənnətə çevrilir.
Qürurverici haldır ki, cəbrayıllılar bu gün Şəhər Gününü təntənə ilə qeyd edir, illərlə həsrətlərini çəkdikləri doğma yurda qaydışın bayram sevincini yaşayırlar.
Türkan Cümşüdova -YAP üzvü
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 90 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni
29.09.2026 235 Bu tərəvəzlər xərçəng riskinə təsir edə bilər
Brokkoli, kələm, gül kələmi və Brüssel kələmi kimi xaççiçəkli tərəvəzlərin sağlamlığa mümkün təsirləri alimlərin diqqətindədir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu tərəvəzlər orqanizmdə müxtəlif bioloji aktiv maddələrə çevrilən qlükozinolatlarla zəngindir. Araşdırmalarda həmin maddələri
29.09.2026 209 Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı
ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi
29.09.2026 216 "The New York Times"ın top-meneceri güllələnib
"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli
29.09.2026 210 Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri
29.09.2026 245 Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b
29.09.2026 384 Lənkəranda zəlzələ oldu
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib
29.09.2026 239 Qarabağda yeni əmlak bazarı yaranır: Tələbat və qiymətlər necə dəyişəcək?
"Qarabağda aparılan bərpa və quruculuq prosesinə yalnız tikinti prosesi kimi yanaşmaq düzgün olmaz. Burada paralel olaraq yeni yaşayış məntəqələri, mənzil fondu və gələcəkdə formalaşacaq daşınmaz əmlak bazarının infrastrukturu yaradılır". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper
29.09.2026 196 İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro
29.09.2026 219