Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir33 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4 qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğal zamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarından didərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.
27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar. Nəhayət ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpa edildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı, insanlar öz döğma kəndlərinə qayıtmağa başladılar.
Nəhayət, 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayılın azad edilməsi xəbərini xalqımız düz 27 ilgözləyirdik. Həmin axşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşları idi. Beş il bundan əvvəl avqustun 23-nü Cəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə bu şəhərin azad olunması günü kimi yazıldı.
Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMT Təhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupu problemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları ilə vəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayan Ermənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illər ərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindən biri Cəbrayıl şəhərinin azad edilməsi oldu.
Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heç vaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıb viran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bu mübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycan xalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. "Dəmir yumruq" düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.
Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilən ərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda "ağıllı kənd" layihəsi uğurla həyata keçirilir, Cəbrayılın bərpasına başlanılıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıl rayonunda 240 meqavat gücə malik elektrik enerjisi stansiyasının inşası başa çatıb.
Həmçinin Prezident İlham Əliyev tərəfindən alkoqolsuz içki məhsulları kompleksinin Cəbrayılda təməli qoyulub. "Azərsun Holding" MMC trəfindən inşa edilən bu kompleksin ümumi ərazisi 20 min kvadratmetr olan bina və tikililərində qazlı və qazsız su, soyuq çay və qəhvə, limonad və meyvə şirələrinin istehsalı nəzərdə tutulub. İlkin mərhələdə 35 milyon manat dəyərində investisiya qoyuluşu nəzərdə tutulan kompleks tam gücü ilə istifadəyə verildikdən sonra Cəbrayıla köçən 300 yerli sakin kompleksdə işlə təmin ediləcək.
Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastruktur qurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.
Prezident İlham Əliyevin ötən 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Zəfər yolunun başlanğıcı, ilk azad edilən şəhər kimi oktyabrın 4-ü Cəbrayılın azadlığının təntənə günüdür. Cəbrayıllılar və bütün Azərbaycan xalqı bu günü böyük təmtəraqla qeyd edirlər.
Sevindirici haldır ki, artıq azad Cəbrayıla keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə respublikanın müxəlif ərazilərindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış Cəbrayıllıların qayıdışı davam edir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 91   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu tərəvəzlər xərçəng riskinə təsir edə bilər

Brokkoli, kələm, gül kələmi və Brüssel kələmi kimi xaççiçəkli tərəvəzlərin sağlamlığa mümkün təsirləri alimlərin diqqətindədir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu tərəvəzlər orqanizmdə müxtəlif bioloji aktiv maddələrə çevrilən qlükozinolatlarla zəngindir. Araşdırmalarda həmin maddələri

29.09.2026 209
.

Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara

10:07 57
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 0
.

Yeni virus aşkarlandı - Bu əlamətlərlə özünü göstərir

Çində alimlər əvvəllər məlum olmayan, gənə dişləməsi ilə yayılan yeni virus aşkarlayıblar. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, "Asiya uzunbuynuzlu gənə nairovirusu" (ALTNV) adlandırılan virusun qızdırma, güclü yorğunluq və həzm sistemi problemləri ilə müşayiət olunan qripəbənzər xəstəliy

29.09.2026 382
.

Filarmoniya parkında meyit tapıldı

Bakının mərkəzindəki parkdan meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 09 radələrində İstiqlaliyyət küçəsi 10-da yerləşən Filarmoniya parkında qeydə alınıb. Üzərində zorakılıq əlamətləri görünməyən meyit Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Nazim Xisro oğlu Quliyevə məxsu

10:54 0
.

Serbiya Fransadan yeni döyüş təyyarələri alır

Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb. Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarınd

29.09.2026 206
.

Şagird dərsə niyə girmək istəmir? - Məktəblə bağlı düşündürücü sual

Bu günlərdə işə gəldiyim zaman maraqlı bir hadisənin şahidi oldum. Məktəbin qarşısından keçərkən gördüm ki, dərsə girmək istəməyən şagirdi müəllim polis çağıracağı ilə hədələyərək sinfə daxil olmağa məcbur etməyə çalışır. Bir zamanlar məktəbi məbəd bilən, oxumaq üçün son qəpiyini belə kitaba xərcləyə

29.09.2026 213
.

Əxlaqın Örtüyü Olmaz

Günlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütü

09:58 81
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29.09.2026 216
.