Əxlaqın Örtüyü Olmaz

Əxlaqın Örtüyü OlmazGünlərdir birja üzərindən ortaya atılan iddialar və bu iddialar ətrafında aparılan müzakirələr gündəmin əsas mövzularından biridir. İddiaların hüquqi və siyasi tərəfi, əlbəttə, ayrıca müzakirə edilməli, sənədlər ortaya qoyulmalı və əgər məsuliyyət varsa, hüquq qarşısında müəyyən edilməlidir. Lakin bütün bu müzakirələrin bizə xatırlatdığı daha fundamental bir məsələ var:

Problem İslamda deyil. Problem baş örtüyündə də deyil. Problem insanın sahib olduğunu iddia etdiyi dəyərləri öz davranışlarına əks etdirə bilməməsindədir.

Çünki bir insanın başını örtməsi onun avtomatik olaraq əxlaqlı olduğunu göstərmir. Eyni şəkildə, başıaçıq bir insanın əxlaqsız olduğunu da söyləmək olmaz.

İnsanı dəyərli edən yalnız onun xarici görünüşü deyil.

Əsas məsələ onun əlini harama uzadıb-uzatmadığı, qul haqqından çəkinib-çəkinmədiyi, əmanətə xəyanət edib-etmədiyi, əlinə güc keçdikdə necə davrandığıdır.

Din Başqadır, Əxlaq Başqa Deyil; Amma Din Əxlaqla Mənasını Tapır

Din insanın həyatına istiqamət verən inanc və dəyərlər toplusudur. Əxlaq isə həmin dəyərlərin insanın davranışlarına əks olunan tərəfidir.

Bu səbəbdən dindarlıq iddiasının ən mühüm sınağı insanın heç kimin görmədiyi yerdə nə etməsidir.

Hamının qarşısında gözəl sözlər söyləmək asandır.

Çətin olan maraqların söz mövzusu olduğu yerdə ədalətli qala bilməkdir.

Çətin olan heç kim görmədikdə əmanətə sahib çıxmaqdır.

Çətin olan əlinə güc keçdikdə zəifin haqqını qorumaqdır.

Çətin olan vəzifənin, pulun və çevrənin insanı dəyişməsinə imkan verməməkdir.

Əxlaq məhz burada başlayır.

Çünki insanın əsl xarakterini çox vaxt söylədikləri deyil, maraqları ilə vicdanı qarşı-qarşıya gəldikdə verdiyi qərar göstərir.

Bu gün müzakirə etməli olduğumuz məsələ də məhz budur.

Bir insanın başörtülü olması üzərindən ona əvvəlcədən xoş niyyətli yanaşmaq nə qədər yanlışdırsa, başörtülü bir insan gördükdə bütün dini onun üzərindən mühakimə etmək də bir o qədər yanlışdır.

Bir insanın davranışı bütöv bir inancın nümayəndəsi deyil.

Başörtüsünün Arxasında Gizlənmək də, Başörtüsünü Günahlandırmaq da Yanlışdır

Başörtüsü inanc və ibadət məsələsidir.

Onu insanların etdiyi səhvlərə qalxan etmək isə tamamilə başqa məsələdir.

Əgər bir insan həqiqətən inandığı dəyərləri daşıdığını deyirsə, həmin dəyərlərin həyatındakı qarşılığını da göstərməlidir.

Qul haqqı yeyilirsə, bunun başörtüsü ilə izah ediləcək bir tərəfi yoxdur.

Haqqsızlıq edilirsə, bunun dinlə müdafiə ediləcək bir tərəfi yoxdur.

İnsanların haqqına girilirsə, bunun üzərinə hansı dini söylemi gətirsəniz də, edilən yanlışı doğruya çevirə bilməzsiniz.

Üstəlik, burada daha bir təhlükəli vəziyyət ortaya çıxır:

Dini görünüşü əxlaqi təminat kimi qəbul etmək.

Əsl yanılma da məhz buradadır.

Bir insanın görünüşünə baxaraq onun xarakteri haqqında hökm vermək cəmiyyət olaraq bizi illərdir yanlış istiqamətlərə aparır.

Halbuki əxlaqın forması yoxdur.

Əxlaqın siyasi partiyası yoxdur.

Əxlaqın vəzifəsi yoxdur.

Əxlaqın başörtüsü, qalstuku, cübbəsi, pencəyi yoxdur.

Əxlaqın yalnız bir ölçüsü var:

İnsan özünə edilməsini istəmədiyi şeyi başqasına edirmi?

Məsələ Din Deyil, İnsanın Özü ilə Ziddiyyətə Düşməsidir

Bu gün cəmiyyətin ən böyük problemlərindən biri dediklərimizlə etdiklərimiz arasındakı məsafənin böyüməsidir.

Ağzımızdan ədalət düşmür, amma maraqlarımız söz mövzusu olduqda ədaləti unuduruq.

Qul haqqından danışırıq, amma başqasının haqqını öz mənafeyimizə qurban verə bilirik.

Əxlaqdan danışırıq, amma güc əlimizə keçdikdə əxlaqın sərhədlərini özümüz üçün genişləndirə bilirik.

Məhz burada məsələ artıq din müzakirəsi olmaqdan çıxır.

Məsələ insan məsələsinə çevrilir.

Kim olursa olsun…

Hansı düşüncəyə sahib olursa olsun…

Hansı vəzifədə bulunursa bulunsun…

Hansı geyimi geyinsə də…

Əgər haqq yeyibsə, bunun hesabı verilməlidir.

Əgər haqsızlığa məruz qalıbsa, onun haqqı qorunmalıdır.

Əgər ortada bir iddia varsa, iddianın doğru olub-olmadığı sənədlərlə araşdırılmalıdır.

Və əgər ortada cinayət varsa, bunun qarşılığı hüquq çərçivəsində müəyyən edilməlidir.

Çünki ədalət insana görə dəyişərsə, artıq ədalət olmaqdan çıxar.

Bu gün başqasının etdiyi yanlışı müdafiə edib sabah eyni yanlışdan şikayətləniriksə, bizim də özümüzə nəzər salmağımız lazımdır.

Din üzərindən əxlaq nümayiş etdirmək asandır.

Əxlaqlı yaşamaq çətindir.

Bəlkə də bizim əsl ehtiyacımız insanların bir-birinin geyiminə, görünüşünə və ya inanc simvollarına baxaraq hökm verməsi deyil; davranışlarına baxaraq qiymətləndirməyi bacarmasıdır.

Çünki başörtüsünün arxasında gizlənərək edilən yanlış başörtüsünün yanlışı deyil.

İslamın yanlışı isə heç deyil.

Yanlış, yanlışı edən insana aiddir.

Və unutmayaq:

İnsan bəzən başını örtür, amma niyyətini örtə bilmir.

Bəzən özünü gözəl sözlərlə ifadə edir, amma gördüyü iş onun kim olduğunu ortaya qoyur.

Bəzən dini dilinə dolaya bilər, amma ədalət qarşısında əsl xarakteri üzə çıxır.

Məhz buna görə bu gün danışmalı olduğumuz şey başörtüsü deyil.

İslam heç deyil.

Danışmalı olduğumuz şey əxlaqdır.

Çünki insanın əsl örtüyü üzərində daşıdığı parça deyil; vicdanıdır.

Vicdanını itirən insanın üzərində nə qədər gözəl görüntü olursa olsun, bu, əxlaqın yerini doldura bilməz.

Və bəlkə də hamımızın özümüzə verməli olduğumuz ən çətin sual budur:

Heç kim bizi görmədikdə necə bir insanıq?

Çünki insanı əslində anlatan, kütlələrin qarşısındakı görüntüsü deyil; tək qaldıqda verdiyi qərarlardır.

Hakan Dikmen


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 103   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri BİG.AZ-a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibəni

29.09.2026 235
.

Bu tərəvəzlər xərçəng riskinə təsir edə bilər

Brokkoli, kələm, gül kələmi və Brüssel kələmi kimi xaççiçəkli tərəvəzlərin sağlamlığa mümkün təsirləri alimlərin diqqətindədir. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu tərəvəzlər orqanizmdə müxtəlif bioloji aktiv maddələrə çevrilən qlükozinolatlarla zəngindir. Araşdırmalarda həmin maddələri

29.09.2026 209
.

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib. xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər. Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 mi

29.09.2026 216
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 210
.

Səudiyyə Ərəbistanının XİN rəhbəri ABŞ-a getdi: Vaşinqtonda nələr müzakirə olundu?

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhanın Vaşinqtona səfəri Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edib. Nazir ABŞ dövlət katibi Marko Rubio ilə görüşdə iki ölkə arasındakı münasibətləri, Yəməndəki son vəziyyəti və regionda təhlükəsizlik məsələlərini müzakirə edib. Tərəfləri

29.09.2026 245
.

Əli Həsənovun qızı Dubayda mağaza açdı - Fotolar

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı, deputat Səttar Mehbalıyevin keçmiş gəlini Safiyə Mehbalı Dubayda biznes qurub. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, S.Mehbalı b

29.09.2026 384
.

Lənkəranda zəlzələ oldu

Lənkəran rayonunda zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. 3,4 maqnitudalı yeraltı təkan, 25 km dərinlikdə, yerli vaxtla 15:50-də baş verib

29.09.2026 239
.

Qarabağda yeni əmlak bazarı yaranır: Tələbat və qiymətlər necə dəyişəcək?

"Qarabağda aparılan bərpa və quruculuq prosesinə yalnız tikinti prosesi kimi yanaşmaq düzgün olmaz. Burada paralel olaraq yeni yaşayış məntəqələri, mənzil fondu və gələcəkdə formalaşacaq daşınmaz əmlak bazarının infrastrukturu yaradılır". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

29.09.2026 196
.

İsrail ordusu Qəzzanın şimalındakı Həmasın briqada komandirini öldürüb

Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatına görə, İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı səhər tezdən HƏMAS-ın Şimali Qəzza Briqadasının komandiri İzzəddin əl-Bikin hücumunu həyata keçirib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, İsrail ordusu Həmas terro

29.09.2026 219
.