"15 yaşıma qədər bir şəklim də yoxdur"
Xalq artisti Röya Ayxan həyatı ilə bağlı səmimi açıqlamalar verib.
OLAY yazır ki, estrada ulduzu bu barədə "Elgizlə izlə" verilişində qonaq olarkən danışıb. Pop kraliça deyib ki, uşaqlıq illərinə aid bir şəkli belə yoxdur:
"Redaktorunuz dedi ki, uşaqlıq şəklimi göndərim. Dedim ki, mənim uşaqlıq şəklim yoxdur. Atam-anam ömür boyu boşanmalar, davalar... Ağıllarına gəlməyib ki, bu uşaqların şəklini çəkək, böyüyəndə kiməsə göstərsinlər. Bir şəklim yoxdur ki, oğluma göstərim. Deyim, birinci sinifdə, belə olmuşam, 10 yaşımda belə olmuşam. Bir şəkil var. Anamgil 10 bacıdır, onun üstündə dava edirlər. Biri deyir, mənim uşağımdır, o biri deyir, mənim.
Mən də inanıram ki, bu, mənim xalam qızıdır. Onlarda elə sevgi olub ki, ömür boyu bir-birilərini qırıblar. Bizi unudublar. Ona görə də Hüseynə deyirəm ki, sən 9-cu sinifsən, vinetka üçün şəkil çəkdirəcəksən. İndi uşaqdır, anlamır. Böyüyəndə lazım olacaq. Biləsiniz ki, mən Röyanın 42 yaşı var. Amma şəkillərim 15 yaşımdan sonra çəkilib. Xalamgilin məhəllələrində çəkilib, həyətdə qara bir qız... Ona qədər mənim üçün bir şəkil də çəkməyiblər ki, onu göstərim. Altı aylıq olanda bir şəklim olmalıdır. O da dava ediblər, cırıq-cırıq olub. Bilmirəm, haradadır. Sizin redaktora da dedim ki, keyfimi korlamaq istəmirəm. Əslində korlanmaz, çünki 50 il qabaq olub. Mən o qədər rahatam ki... Çünki bütün həyatımı istəyərək yaşamışam. Birini sevmişəmsə, ayrılanda da onu insanlarla birgə yaşamışam. Allah məni yaradanda deyib ki, sənə bu taleyi yazıram, get, xoşbəxt ol. Bütün ailən də səninlə birlikdə xoşbəxt yaşasın. Dünyanın ən xoşbəxt qadınıyam. Çünki həyatımda siz varsınız. Adamın bu qədər qohumu olarmı? Bütün Azərbaycan mənim qohumumdur".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞəbnəm Tovuzlu TANINMAZ HALA DÜŞDÜ - VİDEO
Müğənni Şəbnəm Tovuzlu yeni obrazı ilə izləyicilərini təəccübləndirib. Sənətçi sosial şəbəkə hesabında fərqli imicdə çəkilmiş yeni görüntülərini paylaşaraq qısa zamanda diqqət mərkəzinə çevrilib. Tovuzlunun yenilənmiş görünüşü izləyicilər tərəfindən maraqla qarşılanıb. Paylaşım qısa müddətdə çoxsayl
12.07.2026 799 Hollivud aktyoru kinodan ayrılıb yazıçılığa başladı
Amerikalı aktyor Con Kyusak kinodan uzaqlaşaraq qrafik roman müəllifi kimi fəaliyyət göstərməyə başladığını açıqlayıb. xəbər verir ki, aktyor bu barədə "Variety" nəşrinə müsahibəsində danışıb. Kyusakın sözlərinə görə, qrafik romanlar həmişə ona kinematoqrafiyaya ən yaxın janr kimi görünüb
26.07.2026 384 Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədli sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Almaxanım sosial mediada yeni görüntülərin
26.07.2026 543 Yeni layihəsi bəlli oldu
Türkiyəli aktyor Fikrət Kuşkanın yeni layihəsi bəlli olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Evlilik güzeldir" serialında rol alacaq. O, layihədə "Mesut Bahtiyar" obrazına həyat verəcək. Qeyd edək ki, layihə "TRT1" kanalında yayımlanacaq
25.07.2026 239 Daha bir övladı Pittin soyadını istəmir
Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Vivyen atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib. Axşam.az xəbər verir ki, 18 yaşlı Vivyen Los-Anceles Ali Məhkəməsinə Pitt-Coli soyadının yalnız Coli ilə əvəzlənməsi üçün ərizə təqdim edib. Məhkəmə sənədlərində səbəb "şəxsi"
25.07.2026 241 "Gangnam Style"dan yeni rekord
Cənubi koreyalı müğənni Psy-ın (əsl adı Pak Çe San) məşhur "Gangnam Style" klipi yutubda 6 milyard baxış sayını keçib. Axşam.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb. 2012-ci ildə yayımlanan klip bu göstəriciyə çatan ilk K-pop videosu olub. Rejissoru Ço Su Hyon ola
25.07.2026 265 "Atama onu edən həkim özü də eyni xəstəlikdən öldü"
"Tələbəlik illərində çox çətin günlər yaşamışam. Novruz çəkilişlərinə gedirdim. Hələ 7-ci sinifdə oxuyanda teatrda çalışırdım. Universitetdə oxuyarkən kirayədə qalırdım. Qrup yoldaşlarımın hamısının evi var idi, bir mən kirayədə yaşayırdım. Elə gün olub ki, metroya verməyə pulum olmayıb". Axşam.a
24.07.2026 449 Kadir İnanırın mirası kimə qalacaq?
Türkiyənin tanınmış aktyoru Kadir İnanırın vəfatından sonra onun mirası və vəsiyyəti ilə bağlı yeni detallar ortaya çıxıb. Axşam.az xəbər verir ki, sənətçi 2015-ci ildə bir, 2022-ci ildə isə notarius iştirakı ilə daha iki ayrı vəsiyyətnamə hazırlayıb. Bildirilir ki, hazırda məzmunu gizli saxlanılan vəsiyyətnamələ
26.07.2026 358 "Qızlarınıza cehiz verməyin"
"3 övladım, 5 nəvəm var. Atam 52 yaşında infarkt keçirdi və işləyə bilmədi. Gördüm ki, ata-anama kömək lazımdır. Toyumu da özüm etdim, cehizimi də özüm aldım. Atama, anama yük olmamışam, hər şeyimi özüm etmişəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva Baku TV-yə açıqlamasınd
19.07.2026 400