Metsamor AES-in fəaliyyətinin uzadılması narahatlıq doğurur - Ekspert
"Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması və gələcəkdə yeni nüvə enerji blokunun yaradılması ilə bağlı beynəlxalq dəstək alması ciddi suallar doğurur".
Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.
Ekspertin sözlərinə görə, burada məsələ Ermənistanın nüvə enerjisindən dinc məqsədlərlə istifadə edib-etməməsi deyil. Nüvə enerjisindən sülh məqsədləri üçün istifadə beynəlxalq hüquq çərçivəsində mümkündür. Əsas məsələ isə təhlükəsizlik məsələlərinə münasibətdə beynəlxalq ictimaiyyətin bütün dövlətlərə eyni meyarlarla yanaşmasıdır.
"Metsamor uzun illərdir regionda təhlükəsizlik müzakirələrinin əsas mövzularından biridir. Stansiyanın köhnə texnologiya əsasında fəaliyyət göstərməsi, seysmik risklər və Türkiyə sərhədinə yaxın yerləşməsi ilə bağlı müxtəlif vaxtlarda narahatlıqlar ifadə olunub. Buna baxmayaraq, hazırda Ermənistanın həm mövcud stansiyanın istismar müddətini uzatması, həm də yeni nüvə texnologiyalarına keçməsi istiqamətində ciddi imkanlar əldə etdiyini görürük", - deyə B.Quliyev qeyd edib.
Ekspert bildirib ki, bu vəziyyət müəyyən sualların yaranmasına səbəb olur:
"Əgər dünyanın müxtəlif bölgələrində nüvə məsələsi təhlükəsizlik, terrorizm və regional sabitlik kontekstində qiymətləndirilirsə, Ermənistanla bağlı niyə eyni həssaslıq nümayiş etdirilmir?"
B.Quliyevin sözlərinə görə, məsələ konkret olaraq Ermənistanın nüvə enerjisindən istifadə etməsi deyil. Əsas prinsip nüvə təhlükəsizliyi sahəsində siyasi yanaşmadan deyil, vahid beynəlxalq standartlardan çıxış edilməsidir.
"Çünki nüvə obyektinin təhlükəsizliyi yalnız həmin ölkənin daxili məsələsi deyil. Qəza baş verərsə, onun nəticələri dövlət sərhədlərini tanımır. Buna görə Azərbaycan da daxil olmaqla, region ölkələrinin təhlükəsizliklə bağlı narahatlıqları nəzərə alınmalıdır", - deyə ekspert vurğulayıb.
O əlavə edib ki, beynəlxalq təşkilatlar qarşısında əsas suallardan biri Ermənistana verilən imkanların hansı təhlükəsizlik təminatları ilə müşayiət olunmasıdır:
"Ermənistana verilən imkanlar hansı təhlükəsizlik təminatları ilə müşayiət olunur və bu prosesdə qonşu dövlətlərin, xüsusilə Azərbaycanın narahatlıqları nə dərəcədə nəzərə alınır? Məsələ Ermənistanın nüvə enerjisindən istifadə edib-etməməsi yox, nüvə təhlükəsizliyi sahəsində ikili standartların olub-olmamasıdır. Beynəlxalq hüquq və təhlükəsizlik prinsipləri hamı üçün eyni olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 79 Tarix: 30 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA
Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is
15:16 145 Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib
Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin
10:40 165 Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu
Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl
29.09.2026 228 Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT
Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind
14:36 153 Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI
Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi
14:15 170 İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib
Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı
10:51 148 Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı
Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna
15:31 56 Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara
10:07 185 Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir
Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb
29.09.2026 227