İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib.

BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq qəbula görə minnətdarlığını bildirərək, ölkəmizdə olmaqdan və Azərbaycan Prezidenti ilə görüşməkdən böyük şərəf hissi duyduğunu bildirib.

Bakıda keçirilən "ADEX 2026" və "Securex Caspian" sərgilərinin əhəmiyyətinə toxunan Lord Vernon Kioaker ölkəsinin bu tədbirdə iştirak etməkdə maraqlı olduğunu deyib. O, sərgilərin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı üçün çox vacib dost ölkə olduğunu deyən qonaq bu dostluğu davam etdirməkdə maraqlı olduqlarını vurğulayıb.

Lord Vernon Kioakerə sərgilərdə iştirak etdiyinə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ADEX sərgisinin artıq uzun illərdir ki, mühüm beynəlxalq tədbirə çevrildiyini deyib.

Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında ikitərəfli tərəfdaşlıqda yeni səhifəyə - müdafiə sənayesi sahəsində əməkdaşlığa qədəm qoyulduğunu vurğulayıb.

Dövlətimizin başçısı ölkəmizdə 20 ildən çoxdur ki, müdafiə sənayesinə sərmayə qoyulduğunu, artıq bu sahədə istehlak və ixrac üçün məhsulların istehsal olunduğunu bildirib. Prezident İlham Əliyev müasir silah və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin ölkəmizdə birgə müəssisələrinin yaradılması ilə bağlı aparıcı şirkətlərlə perspektiv əməkdaşlığa toxunub, bu xüsusda Birləşmiş Krallıqla tərəfdaşlığın önəmini vurğulayıb.
İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOİlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOİlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOİlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOİlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTOİlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 93   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Xəzər kritik vəziyyət: Suyun səviyyəsi sürətlə azalır (VİDEO)

Xəzər dənizində suyun səviyyəsi kəskin şəkildə düşməkdə davam edir. Son ölçmələrə görə, dənizdə suyun səviyyəsi son 48 ilin rekordunu yeniləyib. Qaynarinfo "Xəzər" TV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu azalmanın əsas səbəbləri sırasında iqlim dəyişikliyi və qlobal istiləşməni göstərirlər

10:18 212
.

Putindən limit qadağası: Azərbaycana təsir edəcək?

Rusiyadan nağd rubl çıxarılmasına limit qoyulub. Azərbaycana 1 milyon rubldan (20108 manat) artıq aparmaq olmaz. Prezident Vladimir Putinin imzaladığı yeni fərman Avrasiya İqtisadi İttifaqı üzvlərinə, eləcə də Azərbaycan, Tacikistan və Özbəkistana da aiddir. Məhdudiyyətlər hüquqi şəxslər və fərdi sahibkarlar

13:47 248
.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

15:31 119
.

Niyə Borcdan Qurtula Bilmirik?- Açıqlama

"Əhalinin borcdan qurtula bilməməsini yalnız insanların şəxsi büdcələrini düzgün idarə etməməsi ilə izah etmək doğru olmaz. Burada həm şəxsi maliyyə idarəçiliyinin zəif olması, həm də gəlirlərin gündəlik xərcləri tam qarşılamaqda çətinlik çəkməsi rol oynayır". Bunu BİG.AZ-a açıqlamasında Libera

11:57 207
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 231
.

"The New York Times"ın top-meneceri güllələnib

"The New York Times" qəzetinin mühəndislik xidmətinin direktoru Conatan Makkinsey Kaliforniyada avtomobil dayanacağında güllələnərək öldürülüb. Bu barədə "Fox News" yerli polisə istinadən məlumat yayıb. Hadisə sentyabrın 26-da saat 15:08 radələrində Dublin şəhərindəki "Dubli

29.09.2026 235
.

Qızıl bazarlarında son vəziyyət

Azərbaycanda 29 sentiyabr 2026-cı ilə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya -7133.0640 manat, 1 qram - 229.33 manat, 99 əyyar (Təmiz qızıl) - 229.33 manat, 750 əyyar (İtalyan qızıl) -172.17 manat, 585 əyyar (Türk qızıl) - 134.29 manat, 582 əyyar (Rus qızıl)

29.09.2026 248
.

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Azərbaycanın İslamabaddakı səfirliyi Lahorda zorlandığı iddia edilən 23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə əlaqə saxlayıb və ona hərtərəfli hüquqi və mənəvi dəstək göstəriləcəyini bildirib. bu barədə Pakistan mediasına istinadla xəbər verir. Qeyd olunub ki, Diana Bağıyeva özü yerli mediay

13:06 259
.

Rubio Kuba hökumətinə sərt xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Kubanın ABŞ üçün təhlükəyə çevrilməsinə imkan verməyəcək. EFE-nin məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib. "Prezident Tramp olduğu müddətdə Kubanın ABŞ-yə qarşı əməliyyatlar üçün bazaya çevrilməsinə heç vaxt imkan verməyəcəyik"

29.09.2026 221
.