Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB

Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏBAzərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər bir sıra vergilərdən azaddırlar. Güzəştlər mənfəət və gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), sadələşdirilmiş vergi və əmlak vergisini əhatə edir. Lakin vergi azadolmaları məhsulun ilkin formada satılması və sonradan emal olunması kimi hallardan asılı olaraq dəyişir.

Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı dedikdə heyvan və quşların yetişdirilməsi, bəslənməsi, onlardan diri şəkildə məhsul əldə edilməsi, eləcə də bitkiçilik məhsullarının becərilməsi nəzərdə tutulur. 

Məhsulun kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən ilkin formada əldə edilməsi kənd təsərrüfatı istehsalı hesab olunur.

Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət 2014-cü il yanvarın 1-dən 13 il müddətinə mənfəət vergisindən azad edilib. Fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirlər də müvafiq müddətə gəlir vergisindən azaddır. 

Sözügedən güzəştlər kənd təsərrüfatının iqtisadiyyata yetərli təsirinə imkan yaradırmı?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, kənd təsərrüfatı sektoruna uzun müddətdir ki, çoxlu güzəştlər verilir və bu güzəştlərin müddəti hər dəfə uzadılır:


Vergidən azad edildilər, amma nəticə yoxdur - SƏBƏB"Lakin gözlənilən və istənilən nəticələr yoxdur. Bu da onu göstərir ki, yalnız güzəştlərlə və ya onların əhatəsini genişləndirməklə problem həll olunmur. Güzəştlər sadəcə sahibkarın xərclərini azaldır, lakin məhsuldarlığı artırmır, investisiya cəlbini, emalı və ixracı təşviq etmir. Kənd təsərrüfatının bir sıra fundamental problemləri var. Məsələn, suvarma, meliorasiya və irriqasiya işləri təkmilləşdirilməlidir. Su təminatında ciddi problemlər olduğu halda neçə güzəşt verilsə də, məhsuldarlığı artırmaq mümkün deyil.
İkinci vacib məsələ məhsuldarlıqdır, yəni eyni sahədən daha çox məhsul yığımına nail olmaqdır. Buraya aqrotexniki qulluq qaydalarına əməl olunması və müasir texnologiyalardan istifadə daxildir. Bu sahədə kənd təsərrüfatı sahibkarlarının çoxlu problemləri var və onlara dəstək göstərilməlidir. Növbəti məsələ güzəştlərin istiqamətidir".

Müsahibimizin sözlərinə görə, mövcud güzəştlər əsasən məhsulun yığılmasına və yetişdirilməsinə yönəlib:

"Lakin güzəştlərin emal və ixrac mərhələlərinə tətbiqi də vacibdir. Məsələn, pomidorun yetişdirilməsinə güzəşt verilsə də, ondan tomat və ya başqa məhsulların, eləcə də meyvə şirələrinin emalı prosesinə tətbiq olunmadıqda güzəştlərin effekti aşağı düşür. Mövcud güzəştlər effektiv sistem deyil. Əgər bu güzəştlər davam etdiriləcəksə, onlar yalnız məhsul yığımına deyil, həm də kənd təsərrüfatı məhsullarının emalına, saxlanmasına və ixracına yönəldilməlidir, yəni bütün zənciri əhatə etməlidir. Eyni zamanda məhsuldarlığın artırılmasına və su problemlərinin həllinə xüsusi diqqət yetirilməlidir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 188   Tarix: 30 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uşaq istəyən qadınlara XƏBƏRDARLIQ - Həkimdən mühüm AÇIQLAMA

Doğuş zamanı qadınların qarşısında iki əsas seçim dayanır: təbii doğuş və keysəriyyə. Son dövrlərdə isə bu seçimdə tərəzinin bir gözü getdikcə daha çox keysəriyyənin üzərinə düşür. Bir çox qadın doğuş zamanı yaşana biləcək ağrı və çətinliklərdən çəkinərək keysəriyyəyə üstünlük verir. Bəzi hallarda is

15:16 145
.

Keçmiş səfir Ukraynadakı münaqişə ilə bağlı xəbərdarlıq edib

Ukrayna Prezidenti Vladimir Zelenskinin münaqişənin uzanması üçün əlindən gələni edəcəyi barədə Britaniyanın Moskvadakı keçmiş səfiri Yan Praud xəbərdarlıq edib. xəbər verir ki, Praud bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizenin "YouTube" kanalında danışıb. Onun sözlərin

10:40 165
.

Nepal və Hindistanda yeni daşqınlar 70 nəfərin həyatına son qoydu

Çin-Nepal sərhədində keçən ayın sonlarında baş verən buzlaq uçqunları və dağıdıcı daşqınların ardınca, sentyabrın 24-dən etibarən regional miqyasda başlayan yeni leysan yağışlar həm Nepal, həm də qonşu Hindistanda genişmiqyaslı fəlakət və növbəti daşqın dalğasına səbəb olub. "Reuters"ə istinadl

29.09.2026 228
.

Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadınla bağlı MƏLUMAT

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan azərbaycanlı Diana Bağıyeva ilə yeni təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, Diana Bağıyeva 2003-cü ildə Qusar rayonunda doğulub. O, orta məktəbi bitirəndən sonra işləmək üçün Bakıya gəlib. O, əvvəlcə Abşeron rayonunun Xırdalan şəhərind

14:36 153
.

Ombudsmanın maaşı 4 DƏFƏ ARTIRILDI

Parlament İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib. xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununa dəyişiklik layihəsi Milli Məclisi

14:15 170
.

İsrail-Qəzza sərhədində həyəcan siqnalı verilib

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayış məntəqəsində mümkün raket təhlükəsi ilə sərhəddə hava hücumu sirenləri səslənib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz yaşayı

10:51 148
.

Nərmin Kərimbəyova Türküstandakı konsertdə anşlaqla qarşılandı

Müğənni Nərmin Kərimbəyova növbəti uğura imza atıb. xəbər verir ki, sənətçinin 2020-ci ildə "Voice of Turan" (Turanın səsi) adlı türkdilli ölkələrin səs müsabiqəsində 15 ölkə arasında qalibiyyət qazandığından xəbərdarsınız. 6 il sonra Nərmin, sözügedən müsabiqə nəzdində Türküstanda təşkil oluna

15:31 56
.

Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır

Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında 44 günlük Vətən müharibəsində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Altı il öncə - oktyabrın 4-də Cəbrayıl rayonunun işğaldan azad olunması qazandığımız qələbəyə apara

10:07 185
.

Estoniya Rusiyanı hərbi zavodu yandırmaqda ittiham edir

Estoniya Təhlükəsizlik Polisi avqustun 15-də Tallində müdafiə sənayesi şirkəti "Milrem Robotics"in binasında baş verən yanğının Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş diversiya aktı olduğunu müəyyən edib. Bu barədə Estoniyanın milli ictimai yayımçısı - ERR məlumat yayıb

29.09.2026 227
.