Qardaşını istirahət mərkəzinə görə öldürən şəxslə bağlı qərar elan edildi

Qardaşını istirahət mərkəzinə görə öldürən şəxslə bağlı qərar elan edildiAli Məhkəmədə Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Ramil Rəhimovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Ramil Rəhimov bu hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına görə, şikayəti təmin edilməyib.

Qeyd edək ki, 2020-ci il iyulun 1-də saat 7 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində Azər Vəli oğlu Rəhimovun qəsdən öldürülməsi və onun oğlu Çingiz Rəhimovun və bacısı oğlu Dünyad Süleymanovun qəsdən öldürülmələrinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla qeyd edilən tarixdə Ramil Vəli oğlu Rəhimovun "Su Tayı" adlanan istirahət mərkəzinin ərazisinə gələrək orada olan qardaşı Azər Rəhimovla qeyd edilən mülk üstündə mübahisə edərək ov tüfəngindən sonuncunun kürək nahiyəsinə atəş açaraq qəsdən öldürməsinə, daha sonra eyni istiqamətdə qaçan bacısı oğlu Dünyad Süleymanovun arxası ilə gedərək ona doğru da atəş açmasına, Dünyad Süleymanov və Çingiz Rəhimovun vaxtında açılan atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdıqlarına görə və ərazinin meşəlik olduğundan atəşlərin dəqiq şəxsə tuşlanmasına maneə törətməsindən Ramil Rəhimovun bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Dünyad Süleymanov və Çingiz Rəhimovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Ramil Vəli oğlu Rəhimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evlilik ildönümlərini bu paylaşımla qeyd etdi

Aparıcı Cavid Güllə ilə bağlı həyat yoldaşı Nərgiz sosial şəbəkədə paylaşım edib. Axşam.az xəbər verir ki, Nərgiz cütlüyün birgə fotosunu izləyiciləri ilə bölüşərək evlilik ildönümlərini qeyd edib. O, paylaşımına "06.07.2021" tarixini və "Nə yaxşı ki, sən varsan" sözlərini əlavə edib

15:42 262
.

Netanyahunun Vaşinqtona uçuşu təxirə salınıb, səbəbi məlum deyil

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi The Times of Israel qəzetinə bildirib ki, səhər saat 11-də uçmalı olan Vaşinqtona uçuşu təxirə salınıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, PMO nə yeni uçuş vaxtı, nə də gecikmənin səbəbini açıqlayır. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal

12:14 198
.

Bakıdakı küləkli havada təhlükəli anlar - Video

Bakıda ötən gecədən etibarən müşahidə olunan güclü külək nəticəsində təhlükəli anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, külək çoxmərtəbəli binalardan birinin dam örtüyünü qoparıb. Paytaxtın 8 Noyabr prospektində isə küləyin təsirindən işıq dirəyinin yerindən oynadığı görünür. Sözügedən görüntülər

15:35 253
.

Dənizdə 4 nəfər batdı - 1-i öldü

Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. BİG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulard

16:12 230
.

İsrail Müdafiə Qüvvələri İordaniya sərhədində iki şübhəli dronu ələ keçirdiyini bildirib

Hərbi mənbənin verdiyi məlumata görə, bir müddət əvvəl İordaniya ilə sərhəddə, Ölü dəniz yaxınlığında İsrail Müdafiə Qüvvələri tərəfindən iki şübhəli dron ələ keçirilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, əlavə detallar İsrail Müdafiə Qüvvələri tərəfindən araşdırılır. Müəllif: İlki

12:00 177
.

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə

Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqd

20:30 62
.

Binəqədidəki yanğın məhdudlaşdırıldı - Video - Yenilənib

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırd

14:23 358
.

iPhone 18 nə vaxt satışa çıxarılacaq? - "Apple" vaxtı DƏYİŞDİ

"Apple" hər il sentyabr ayında tək bir təqdimat tədbiri keçirmək ənənəsindən imtina edir, bunun əvəzinə payız və yaz aylarında iki ayrı təqdimata hazırlaşır. Bizim.Media xəbər verir ki, "Apple"ın ənənəvi sentyabr smartfon təqdimat tədbirinə cəmi iki ay qalıb. Lakin şayiələr göstəri

20:15 78
.

Prezident onu Qarsa baş konsul təyin etdi

Qoşqar Aslan oğlu Zeynalov Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Qarsda baş konsulumuz olan Zamin Əliyev İstanbulda Azərbaycanın baş konsulu təyin edili

14:49 197
.

TOP MP3