Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirən Forum

Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirən Forum"Dünyanın mühüm siyasi, mədəni və bəşəri platformalarına uğurla evsahibliyi edən Bakı növbəti dəfə qlobal dialoqun mərkəzinə çevrilib".

Bunu BiG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından Ağarəhim Baxışov bildirib. O qeyd edib ki, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun qlobal əhəmiyyətini və ölkəmizin mədəniyyətlərarası dialoqdakı rolu haqqında mühüm fikirlər səsləndirib:

"Dövlətimizin başçısı bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Prezident İlham Əliyev vurğulayıb ki, bu platformada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər ətrafında geniş müzakirələr aparılır. Azərbaycanın tarixi missiyasına və multikultural dəyərlərinə toxunan dövlət başçısı deyib: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub". 
Ölkəmiz tarixən çoxmədəniyyətli bir məkan olub və dinlərarası münasibətlər hər zaman dövlət gündəliyinin ön sırasındadır. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan əsrlər boyu bu iki qitə arasında mədəniyyət körpüsü rolunu oynayıb. Multikulturalizm və etnik tolerantlıq ənənələrinin xalqımızın irsi olduğunu deyən dövlət başçısının sözlərinə görə, cəmiyyətdəki bu ahəngdarlıq sabit inkişafın təməlidir. Ölkəmizdə bütün etnik və dini nümayəndələr Konstitusiya əsasında bərabər hüquqlara malikdir və bir ailə kimi yaşayırlar. Ölkə başçısı qeyd edib ki, cəmiyyətdəki yüksək həmrəylik və qarşılıqlı hörmət azərbaycançılıq ideyası ətrafında formalaşır. Dövlət başçısı bu milli birliyin İkinci Qarabağ müharibəsində bir "dəmir yumruq" kimi ortaya çıxdığını və böyük zəfərin rəmzinə çevrildiyini xüsusi vurğulayıb. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən danışan Prezident bildirib ki, ölkəmiz BMT Nizamnaməsinə və özünümüdafiə hüququna əsaslanaraq beynəlxalq hüququ və ədaləti öz gücü hesabına bərpa edib, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını təmin edib.
Bu gün Azərbaycanda cəmiyyət daxilində heç bir təhdid və ya risk mənbəyi yoxdur. Ölkəmizə qarşı yönələ biləcək bütün ehtimal olunan təhlükələr məhz xarici amillərlə bağlıdır. İdeoloji təxribatlar fiziki təhlükələr qədər dağıdıcı qüvvəyə malikdir və bu istiqamətdə hər zaman ayıq-sayıq olmalıyıq. Ölkəmiz hərbi qələbəsini təmin etdikdən və qarşı tərəfi kapitulyasiyaya məcbur etdikdən dərhal sonra prosesi dayandıraraq sivil sülh təklifini masaya qoyub. Azərbaycanın yaratdığı bu unikal təcrübə və mövcud presedent müasir dünyada davam edən digər regional münaqişələrin tənzimlənməsi üçün də effektiv nümunə hesab olunmalıdır.
Milli həmrəyliyin qorunması və dövlətçilik dəyərlərinin cəmiyyətdə möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə, milli maraqlar ətrafında birliyin qorunması ölkəmizin qarşılaşa biləcəyi çağırışlara qarşı vahid mövqedən çıxış etməsinə imkan verir. Milli mənsubiyyətin, dövlətçiliyin, müstəqilliyin və milli həyat tərzinin qorunması bu gün hər bir vətəndaşın və cəmiyyətin qarşısında duran ən başlıca və dəyişməz prioritetdir".

Aynur Babazadə


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 135   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bacıları bir-birindən imtina etdilər

Mərhum Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova ailəsində yaşanan problemlərdən danışıb. Axşam.az xəbər verir ki, o, bu barədə "MTV Maqazin"ə açıqlamasında bəhs edib. Zümrüd bacıları ilə münasibətlərinin pozulduğunu və onlardan imtina etdiyini bildirib:. "İnciyənd

27.10.2026 455
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27.10.2026 315
.

Prezidentin sosial şəbəkə hesablarında forumun açılışına dair video paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışına dair videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

27.10.2026 360
.

Böyük faciədən doğan tarixi kəşf: Dənizçiləri xilas edən ixtira

1707-ci ildə baş verən və 2 mindən çox dənizçinin həyatına son qoyan faciə dənizçilik tarixində mühüm dəyişikliklərə səbəb oldu. Gəmilərin açıq dənizdə dəqiq mövqeyini müəyyənləşdirmək problemini həll etmək üçün başladılan axtarışlar nəticədə ilk etibarlı dəniz xronometrlərindən birinin yaradılması il

27.10.2026 330
.

Mədəniyyətlərarası dialoqdan qlobal həmrəyliyə

"Qlobal təşəbbüslərin irəli sürüldüyü, dialoq mühitinin formalaşdığı, dünyanı narahat edən problemlərin müzakirə olunduğu məkan olan Azərbaycan qarşılıqlı hörmətin, tolerantlığın və birgəyaşayışın ünvanı kimi dünya üçün nümunə sərgiləyir". Bunu BİG.AZ-a açıqlamasında iqtisadi ekspert Tufa

11:17 79
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd

10:58 110
.

Azərbaycanın multikulturalizm modeli dünyanın diqqətindədir

Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı multikulturalizm anlayışına və onun müasir dünyada üzləşdiyi çağırışlara fərqli prizmadan baxmaq üçün mühüm fürsətdir. XX əsri

11:45 1
.

Azərbaycan: dialoqun, multikulturalizmin və beynəlxalq əməkdaşlığın ünvanı

"Bakıda keçirilən "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli inkişaf modelinin və beynəlxalq münasibətlərə yanaşmasının mühüm istiqamətlərin

11:54 0
.

Bakı beynəlxalq diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilib

Dünya bu gün geosiyasi qarşıdurmaların, iqtisadi maraqların toqquşmasının və dövlətlərarası etimad böhranının dərinləşdiyi mürəkkəb mərhələdən keçir. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini bu reallıqlar fonunda qiymətləndirmək məqsədəuyğundur. Son illərdə Bakının beynəlxalq forumlara

10:28 140
.