"MEDİAlab" layihəsi çərçivəsində "Yeni media mühitində təhsil və məşğulluq imkanları" adlı hesabat konfransı keçirilib

"MEDİAlab" layihəsi çərçivəsində "Yeni media mühitində təhsil və məşğulluq imkanları" adlı hesabat konfransı keçirilib29 noyabr 2023-cü il tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "MEDİAlab" layihəsi çərçivəsində "Yeni media mühitində təhsil və məşğulluq imkanları" adlı hesabat konfransı keçirilib.

Konfransın açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov dünya miqyasında rəqəmsal texnologiyaya sürətli keçidinin, iqtisadiyyatın bütün ənənəvi sahələrində olduğu kimi media sahəsində də innovasiya və texnologiyaların tətbiqinin və ən əsası bunu bacara bilən kadrların hazırlanmasının zəruriliyini qeyd edib. O bildirib ki, "MEDİAlab" layihəsinin fəaliyyət planının tədris proqramına uyğunlaşdırılması məqsədilə layihənin tərəfdaş universitetlərində təhsil alan 1000-ə yaxın tələbə arasında keçirilən sorğu nəticələrinin data əsaslı təhlili, media subyektləri ilə davamlı iş və çoxtərəfli kommunikasiya əsasında inkişafla bağlı hiss edilən ehtiyaclar, media sahəsində məşğulluqla bağlı həm yerli, həm də beynəlxalq tendensiyaların müqayisəli analizi və gənclərə məşğulluq imkanlarının yaradılmasının beynəlxalq təcrübədə verdiyi müsbət nəticələr bir daha gənclərə və gələcəyə ümidli olmağa əsas yaradır. Əhməd İsmayılov vurğulayıb ki, bu günki gündə qısa bir müddətdə layihə çərçivəsində əldə edilən uğurlar və növbəti mərhələdə bu sahədə təcrübə və məşğulluq imkanları ilə bağlı daha təkmil mexanizmlərin hazırlanması məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu hər bir tərəfdən prosesin dəstəklənməsi və ümumi yanaşmanın uyğunluğunun göstəricisidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli media sahəsində işəgötürənlərə dəstək xidmətinin əhatə dairəsinin genişləndirilməsi, eyni zamanda, bu istiqamətdə davamlı tədbir və proqramların təşkili məqsədilə imzalanan Çoxtərəfli Əməkdaşlıq Memorandumu haqqında öz fikirlərini bölüşüb.

Konfrans zamanı "MEDİAlab" layihəsi çərçivəsində təşkil edilən tədbirlərdən görüntülərin əks olunduğu videoçarx nümayiş olunub. Sonra Medianın İnkişafı Agentliyinin "Media dəstək layihələri və strateji planlaşdırma" şöbəsinin müdiri Ləman İsgəndərova çıxışı zamanı layihə haqqında ətraflı məlumat verərək "MEDİAlab" layihəsi çərçivəsində 1 il ərzində həyata keçirilən tədbirlər və əldə olunan nəticələrlə bağlı təqdimatla çıxış edib. Təqdimatın tərkibində "MEDİAlab" layihəsinin məqsədləri, iş mexanizmləri, gənclərin müvafiq sahədə inkişafı üçün yaradılan imkanlar və nəzərdə tutulan fəaliyyət istiqamətləri əhatə olunub.

Tədbir çərçivəsində istedadlı və təşəbbüskar gənclərin seçilməsi, müvafiq istiqamətlər üzrə potensial kadrların müəyyənləşdirilməsi məqsədilə ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı sayəsində təşkil edilən "Kreativ Media - Bakı" adlı məzmun müsabiqəsinin nəticələri açıqlanıb, qalib seçilən 20-ə yaxın gəncə mükafatlar təqdim edilib.

Konfransın sonunda layihənin əsas tərəfdaşları olan ali təhsil müəssisələrindən əlaqələndirici şəxslərə ümümi layihənin təşkilində göstərdikləri dəstək, bu sahənin inkişafına verdikləri töhfəyə və səmərəli əməkdaşlığa görə, layihə çərçivəsində seçilən MEDİA səfirlərinə isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

Qeyd edək ki, "MEDİAlab" layihəsinin əsas məqsədi media sahəsində innovasiya və inkişaf yönümlü fəaliyyətin davamlılığının təmin edilməsi, təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi, texnoloji transformasiya zəncirinin əsas halqalarından olan insan resurslarının inkişafı üçün müvafiq sahədə kadr potensialının artırılması, media subyektləri və ali təhsil müəssisələri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlığın genişləndirilməsinə dəstək göstərilməsi, gənclərə rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsi üçün əlverişli ekosistemin yaradılmasıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 701   Tarix: 29 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yasamalda məktəbdə 7-ci sinif şagirdi intihar edibmiş - Yenilənib

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 10:30 radələrində orta məktəbin 7-ci sinif şagirdi 2014-cü il təvəllüdlü G.D.-nin intihar etməsi məlum olub. Araşdırma zamanı müəyyənləşib ki, G.D. anasını

13:03 453
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 554
.

İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir

"Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik". Bunu BİG.AZ-a açıqlamasında politoloq Mətin Hüseynov bildirib. "Beynəlxalq hüququn aliliyini

11:10 163
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

12:00 248
.

Gələn il yaşayış minimumu və ehtiyac meyarı - Bu qədər olacaq

2027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub. "Qafqazinfo"nun məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 31

12:56 196
.

Azərbaycanın multikulturalizm ənənələrini nümayiş etdirən Forum

"Dünyanın mühüm siyasi, mədəni və bəşəri platformalarına uğurla evsahibliyi edən Bakı növbəti dəfə qlobal dialoqun mərkəzinə çevrilib". Bunu BİG.AZ-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasından Ağarəhim Baxışov bildirib. O qeyd edib ki, Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusund

10:43 245
.

Qəhvənin kalorisi niyə artır? Səbəb təkcə şəkər deyil

Bir fincan qəhvənin kalorisi onun necə hazırlandığından asılıdır. Sadə qara qəhvənin kalorisi çox az olsa da, ona əlavə edilən süd, şirin siroplar və qaymaq əvəzediciləri bu göstəricini xeyli artıra bilər. Maraqlıdır ki, yeni araşdırmaya əsasən, qəhvəyə əlavə olunan kalorilərin əsas mənbəyi artıq təkc

12:16 196
.

Milli kimliyin qorunması dövlət təhlükəsizliyinin strateji istiqamətidir

Azərbaycan Prezidenti İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloj

10:25 231
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd

10:58 192
.