Delimitasiya komissiyalarının sabahkı görüşündə nələr GÖZLƏNİLİR: "Bu görüş müəyyən bir nəticə verə bilər" - Ekspert
Azərbaycan Baş nazirinn müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan noyabrın 30-da Karvansara (İcevan) və Qazax rayonları ərazisindəki sərhədyanı məntəqədə görüşəcək. Görüş çərçivəsində Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyası məsələləri müzakirə olunacaq. Bu barədə Ermənistan KİV məlumat yayıb.
Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmməd BiG.AZ-a açıqlama verib
"Son dönəmlər Azərbaycan və Ermənistan arasındakı münasibətlərini düzəlməsi fonunda daha çox təklif olunan məsələ tərəflərin vasitəsiz görüşüdür.
Vasitəsiz görüş əslində ən doğrusurdur. Çünki görüşlərdə istənilən üçüncü bir ölkənin olduğu halda, həmin dövlət mütləq şəkildə öz maraqlarının təmin olunmasına çalışacaq. Amma indiki halda tərəflərin vasitəsiz görüşməsi, bu görüşün müəyyən bir nəticə verə biləcəyi anlamına gəlir. Yəni tərəflər istədiklərinə nail ola bilər. Delimitasiyası komissiyasının ilkin mərhələsində xüsusi bir şey gözlənilmir. Delimitasiya prosesi uzun illər çəkəcək prosesdir. Hətta Ermənistanın Gürcüstanla arasında delimitasiya prosesi hələ də qalmaqdadır. Ona görə də qısa zamanda ciddi bir irəliləyiş gözləmək doğru deyil. Amma hər halda tərəflərin vasitəsiz görüşməsi və bu məsələni üçüncü tərəfin iştirakı olmadan müzakirə etməsi indiki mərhələ üçün olduqca uğurlu addımdır. Bu məsələ nəticə verə bilər. Amma sülh prosesinin vasitəsiz aparılması inandırıcı deyil. Çünki regionda çox ciddi maraqları olan ölkələr var. İndiki mərhələdə delimitasiya məsələsi ilə bağlı müzakirələr normaldır. Amma digər məsələr üçün bir qədər gözləmək lazımdır".
Gülcahan Məmmədova
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 556 Tarix: 29 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEvlilik ildönümlərini bu paylaşımla qeyd etdi
Aparıcı Cavid Güllə ilə bağlı həyat yoldaşı Nərgiz sosial şəbəkədə paylaşım edib. Axşam.az xəbər verir ki, Nərgiz cütlüyün birgə fotosunu izləyiciləri ilə bölüşərək evlilik ildönümlərini qeyd edib. O, paylaşımına "06.07.2021" tarixini və "Nə yaxşı ki, sən varsan" sözlərini əlavə edib
15:42 262 Netanyahunun Vaşinqtona uçuşu təxirə salınıb, səbəbi məlum deyil
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi The Times of Israel qəzetinə bildirib ki, səhər saat 11-də uçmalı olan Vaşinqtona uçuşu təxirə salınıb. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, PMO nə yeni uçuş vaxtı, nə də gecikmənin səbəbini açıqlayır. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal
12:14 198 Bakıdakı küləkli havada təhlükəli anlar - Video
Bakıda ötən gecədən etibarən müşahidə olunan güclü külək nəticəsində təhlükəli anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, külək çoxmərtəbəli binalardan birinin dam örtüyünü qoparıb. Paytaxtın 8 Noyabr prospektində isə küləyin təsirindən işıq dirəyinin yerindən oynadığı görünür. Sözügedən görüntülər
15:35 253 Dənizdə 4 nəfər batdı - 1-i öldü
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb. BİG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sulard
16:12 230 İsrail Müdafiə Qüvvələri İordaniya sərhədində iki şübhəli dronu ələ keçirdiyini bildirib
Hərbi mənbənin verdiyi məlumata görə, bir müddət əvvəl İordaniya ilə sərhəddə, Ölü dəniz yaxınlığında İsrail Müdafiə Qüvvələri tərəfindən iki şübhəli dron ələ keçirilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, əlavə detallar İsrail Müdafiə Qüvvələri tərəfindən araşdırılır. Müəllif: İlki
12:00 177 Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə
Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqd
20:30 62 Binəqədidəki yanğın məhdudlaşdırıldı - Video - Yenilənib
Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırd
14:23 358 iPhone 18 nə vaxt satışa çıxarılacaq? - "Apple" vaxtı DƏYİŞDİ
"Apple" hər il sentyabr ayında tək bir təqdimat tədbiri keçirmək ənənəsindən imtina edir, bunun əvəzinə payız və yaz aylarında iki ayrı təqdimata hazırlaşır. Bizim.Media xəbər verir ki, "Apple"ın ənənəvi sentyabr smartfon təqdimat tədbirinə cəmi iki ay qalıb. Lakin şayiələr göstəri
20:15 78 Prezident onu Qarsa baş konsul təyin etdi
Qoşqar Aslan oğlu Zeynalov Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Qarsda baş konsulumuz olan Zamin Əliyev İstanbulda Azərbaycanın baş konsulu təyin edili
14:49 197