Antiterror tədbirlərinin şəhidlərinin bank borcları tam şəkildə silinib - AÇIQLAMA

Antiterror tədbirlərinin şəhidlərinin bank borcları tam şəkildə silinib - AÇIQLAMABu ilin sentyabrında keçirilmiş antiterror tədbirləri zamanı şəhid olan hərbçilərimizin borcları ilə bağlı Azərbaycan Banklar Assosiasiyası toplantı keçirib və şəhid olanların bank borclarının silinməsi ilə bağlı qərar qəbul edib.

Qərarda bildirilib ki, şəhid olmuş hərbçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə və yaralanmış hərbçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

Maraqlıdır, şəhidlərin borclarının silinməsi hansı mərhələdədir?

Modern.az məsələni aydınlaşdırmaq üçün Azərbaycan Banklar Assosiasiyasına müraciət edib.

Assosiasiyanın sədri Zakir Nuriyev sorğumuza cavab olaraq bildirib ki, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən bizə təqdim olunan siyahıda təqdim olunan bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib.
O, silinən məbləğin nə qədər olduğunu açıqlamayıb.

"Təqdim edilən bütün şəhidlərin banklara olan hər növ borcları tam şəkildə silinib. Bu, bir az həssas mövzudur. Neçə nəfər olmasından, məbləğin nə qədər olmasından asılı olmayaraq, biz istəyərik ki, hamısının borcları silinsin", - deyə Zakir Nuriyev vurğulayıb.

Qeyd edək ki, antiterror tədbirləri sentyabrın 19-20-də həyata keçirilib. Tədbirlər nəticəsində Qarabağdakı separatçı rejim təslim olub və özünü buraxmaq barədə qərar qəbul edib. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran yaşayış məntəqələri Azərbaycan ordusunun nəzarətinə keçib.

Müdafiə Nazirliyinin məlumatında antiterror tədbirləri zamanı şəhid olan şəxslərin sayı 204 nəfərdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 28 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ana dilimiz milli kimliyimizin və milli varlığımızın ən mühüm göstəricilərindən biridir

Ana dilimiz milli kimliyimizin, milli varlığımızın ən mühüm göstəricilərindən biridir. Eyni zamanda, dilimiz milli birliyimizi gücləndirən əsas amillər sırasındadır. Bu baxımdan, Ulu Öndərimiz Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində fəaliyyəti xüsusi vurğulanmalıdır. Ümummill

11:41 179
.

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə

Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsü ilə sərnişin arasında mübahisə baş verib. Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Qadın sərnişin sürücünün avtobusu dayanacaqd

20:30 62
.

Küləkli hava nə vaxta qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir. Qurumun məlumatına görə, küləkli hava şəraiti saba

16:38 196
.

Makron 250 min insanın evindən didərgin düşməsi ilə bağlı böhran iclası çağırıb

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi günü 250 mindən çox insanın evlərini tərk etməsinə səbəb olan dəhşətli, nəzarətsiz meşə yanğınlarına həsr olunmuş böhran iclası çağırıb. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, bu yanğınlar ən böyük yanğının yayılmasının yavaşladığına dair ilk ümi

15:00 187
.

Qatarlar gecikir, səbəb... - ADY-dən izahat

Güclü külək Abşeron dairəvi xətti üzrə bəzi qatarların hərəkətində gecikməyə səbəb olub. "Yeni Sabah" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. "Abşeron yarımadasında müşahidə olunan güclü külək səbəbindən bu gün səhər saatlarında elektri

18:30 147
.

AB-dən iranlı hakimlərə sanksiya...

Avropa Birliyi İranın bir sıra hakimlərinə və İrandakı kiber qrupun yüksək vəzifəli şəxsinə yeni sanksiyalar tətbiq edib. xəbər verir ki, bu haqda Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas X şəbəkəsində yazıb. Kallas İranda xalqa qarşı repressiyaları diqqətdən kənarda saxlamamağı tövsiyə edib:

22:00 1
.

Yaponiya Baş naziri Kim Çen Inla birbaşa görüşə hazır olduğunu yenidən bəyan edib

Yaponiyanın Baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsən görüşməyə hazır olduğunu bir daha bəyan edib. O bildirib ki, iki ölkə arasında mövcud olan fikir ayrılıqlarının, xüsusilə də ötən əsrin 70-ci illərində Şimali Koreya tərəfindən qaçırıldığı iddia edilən Yaponiya vətəndaşlar

21:15 1
.

Çilidə güclü zəlzələ oldu

Çilinin Antofaqasta bölgəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə "Reuters" məlumat yayıb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin ocağı 93 kilometr dərinlikdə yerləşib. İlkin məlumata əsasən, ölən və ya xəsarət alanlar, həmçinin ciddi dağıntıla

18:45 138
.

Prezident onu Qarsa baş konsul təyin etdi

Qoşqar Aslan oğlu Zeynalov Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu təyin edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, bu təyinatadək Qarsda baş konsulumuz olan Zamin Əliyev İstanbulda Azərbaycanın baş konsulu təyin edili

14:49 197
.

TOP MP3