Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi

Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi2000-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir.
Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında dərin siyasi, ideoloji narrativlərin səsləndiyi proqram xarakterli çıxışında Azərbaycan Prezidenti İlham Əliyev qloballaşan dünyanın üzləşdiyi çətinlikləri aşmaq, problemləri birlik, anlaşma və ədalət prinsiplərinə söykənərək həll etmək, kənar təsirlərə, yad təmayüllərə qarşı birgə mübarizə aparmaq, daim milli dəyərləri qorumaq kimi tezislərlə yadda qaldı. Dövlətimizin başçısı Azərbaycanın timsalında haqqın, ədalətin zəfər çaldığı məkanda bərqərar olmuş vətəndaş həmrəyliyinin, düşüncə və əməldə bütövləşmiş harmoniyanın nümunəsini açıb göstərdi. Həm də bu həqiqəti bütün çalarları və incəlikləri ilə birlikdə sərgilədi.
Çıxışında "Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır. Bu gün ölkəmizin xarici siyasətinə, iqtisadi göstəricilərinə, roluna, qlobal enerji və daşımalar bazarlarında fəaliyyətimizə baxsanız görə bilərsiniz ki, Azərbaycanın rolu çox böyük dərəcədə artıb" - deyə qeyd edən dövlətimizin başçısı bu gün beynəlxalq münasibətlərdə müşahidə olunan gərginliyin səbəblərini zərgər dəqiqliyi, nişançı sərrastlığı ilə müəyyən etdi: "Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik. Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər".
Qlobal gərginliklərin artdığı bir dövrdə Azərbaycanın mədəniyyətlərarası dialoq platformasının əhəmiyyətini qoruyub saxlaması, eləcə çdə beynəlxalq dialoq və sülh təşəbbüslərinə verdiyi töhfələri dünyanın aparıcı gücləri tərəfindən də qəbul olunur. Daha sonra çıxışında bu gün Azərbaycanın qeyri-sabit bir regionda sabitlik adası kimi göründüyünü nəzərə çatdıran İlham Əliyev bu uğurun əldə edilməsində xalqımızın əsrlər boyu daşıdığı multikulturalizm, dini və etnik tolerantlıq ənənələrinin bir irs olaraq qoruduğunu və yaşatdığını Forum iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan xalqının bunu daim yüksək dəyərləndirdiyini bildirən Prezident İlham Əliyev çıxışında onu da xüsusi vurğu ilə diqqətə çatdırdı ki, uğurlu inkişafın, Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətdə mövcud olan ahəngdarlıqdır: "Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailə kimi yaşayır".
Milli mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı özünü bu qədim torpağın bir parçası kimi hiss edir. Bu Vətənin övladı olmaqdan qürur duymaq etnik və dini amillərdən daha yüksəkdə dayanır. Tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın həm hərb meydanında, həm də dinc quruculuq sahəsində əldə etdiyi uğurların zəminində məhz milli məfkurəyə söykənən birliyin yaratdığı ahəngdarlıq dayanır. Bu sarsılmaz milli-ideoloji təməl əsrlərlə formalaşıb və indi dünyanın qəbul etdiyi müstəqil siyasətimiz öz bəhrəsini verməkdədir. Azərbaycan liderinin Bakı Forumundakı çıxışında bu postulatı dilə gətirməsi heç də təsadüfi deyildi: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb. Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub".
Azərbaycan Prezidentinin "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər. Bu da bizim qələbəmizin rəmzidir. Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyası - azərbaycançılıq ətrafında birləşirik" - sözləri həm də etnik, irqi qarşıdurmaların tüğyan etdiyi çağdaş dünyada dərinləşməkdə olan ideoloji qarşıdurmaların mahiyyətinə işıq saldı.
Torpaqlarının 30 illik işğalına dözən Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalmasının fəsadlarını yaşamış ölkədir. Çəkdiyi bütün ağrı-acılara baxmayaraq, hətta öz gücü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra da xalqımız bədnam qonşusuna qarşı intiqam, qana-qan kimi hissləri özünə yaxın buraxmadı, humanizm kimi bəşəri dəyərə tapındı, qloballaşan, qütbləşən dünyamızda müharibələrin dayandırılması, sülh quruculuğu prosesinə verdiyi töhfələrlə özünün uğur hekayəsini yazmış oldu. İlham Əliyevin Bakı Forumunda beynəlxalq ictimaiyyətin diqqətinə bu mesajı da ünvanladı.
Bakıda öz işini davam etdirən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında İlham Əliyevin dünyaya verdiyi ən önəmli mesajlardan biri də bu oldu: "Biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik".
Artıq dünya bizi yaxşı tanıyır. Onu da ərklə yaza bilərik ki, dünyanın hər sahədə və hər müstəvidə nümunə kimi qəbul etməyə ehtiyac duyduğu bir ölkə və bir xalq var. O ölkə Azərbaycan, o xalqın adı azərbaycanlıdır!

Günel Aslanlı - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 129   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bir ailənin üç üzvü bıçaqlandı, ana öldü - Oğul saxlanıldı

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb. Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib

27.10.2026 425
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüş iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciəti Baş prokuror Kamran Əliyev səsləndirib. Müraciətd

10:58 0
.

Ekspert İrana səsləndi: "Dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməməlidir"

İran rəsmilərinin Azərbaycanda vahid məktəbli formasının tətbiqini hicaba qarşı addım kimi təqdim etməsi dini həssaslıqlar üzərindən ictimai rəyə təsir göstərmək və Azərbaycanın daxili siyasətini müzakirə predmetinə çevirmək cəhdi kimi qiymətləndirilir. Bu fikirləri "Səs" qəzetinin baş redaktoru

27.10.2026 295
.

İkili standartlar beynəlxalq ədalətə əsas təhdiddir

Müasir beynəlxalq münasibətlər sisteminin dərin ziddiyyətlər, artan geosiyasi rəqabət və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi ilə səciyyələnən mürəkkəb mərhələdən keçdiyini deyə bilərik. Beynəlxalq hüququn aliliyinin təmin edilməsi, dövlətlərin suverenliyinə hörmət və münaqişələrin sülh yol

10:31 75
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27.10.2026 509
.

Fransalı futbolçu: "Ağlıma gəlməzdi ki, Azərbaycan çempionatında oynayacağam"

"Heç vaxt Azərbaycan klubunda oynayacağımı düşünməzdim". Bizim.Media xəbər verir ki, bu sözləri "Səbail"in fransız futbolçusu Sofian Budraa Əlcəzairin "Maghreb-Foot" nəşrinə müsahibəsində deyib. 23 yaşlı yarımmüdafiəçi Azərbaycana keçidi barədə danışaraq klubun ona maraql

27.10.2026 417
.

Ölkə başçısı beynəlxalq Forumdakı çıxışında mühüm mesajlar verdi

200-dən çox nümayəndənin qeydiyyatdan keçdiyi, 100 ölkədən 300 xarici qonağın iştirak etdiyi Bakı Forumunun təkcə elə siyasi statistikası Azərbaycanın bu platformada qazandığı nüfuzun coğrafiyasının və çəkisininin göstəricisidir. Budəfəki devizi "Ortaq gələcək naminə dialoq" olan Ümumdüny

10:21 90
.

"Napoli"nin oyunçusu cinayətin qurbanı oldu

"Napoli"nin braziliyalı qanad oyunçusu Alisson Santos gecə evində soyğunçuluğun qurbanı olub. -ın xarici mediaya istinadən məlumatına görə, oğruların futbolçu yatarkən evinə girib saatını, zinət əşyalarını və avtomobilini oğurladıqları bildirilir. Oyunçunun özü zərər çəkməyib və cinayətdə

27.10.2026 351
.

Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər

Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir. Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin əvvəldə

27.10.2026 332
.