Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın "həyat yoldaşı"nın ittihamı ağırlaşdırılıb
Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirmiş "həyat yoldaşı" Alim Sadiqovun ittihamı ağırlaşdırılıb.
BiG.AZ apa-ya istinadən xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Alim Sadiqova qarşı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə təcavüzü nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb.
Qurumun məlumatında bildirilib ki, Gürcüstan DİN-in apardığı araşdırmalar nəticəsində təqsirləndirilən şəxsin 2023-cü ilin yayında Aytac Şahmarovanı azadlıqdan qanunsuz məhrum edərək (qaçıraraq) yaşadığı kəndə gətirdiyini müəyyən edib. Qeyd olunub ki, Aytac Şahmarova qaça bilib, lakin ailə üzvləri onu geri göndəriblər. Qeyd olunub ki, qanunsuz evlilik zamanı Alim Sadiqov zərərçəkmişin köməksizliyindən istifadə edərək ona cinsi təcavüz edib.
Xatırladaq ki, qətl bu il oktyabrın 5-də baş verib. İşlə əlaqədar Alim Sadiqovla yanaşı Aytac Şahmarovanın anası və dayısı, həmçinin Alim Sadiqovun əmisi və əmisi oğlu həbs edilib, Aytac Şahmarovanın atası isə zərərçəşmişin varisi tanınıb. Alim Sadiqov cinayəti törətdiyini etiraf edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1070 Tarix: 27 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəftədə 60-70 saat iş: Uzun iş rejimi qanunvericiliyə uyğundurmu? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Dünyanın bir sıra ölkələrində iş saatlarının azaldılması, dörd günlük iş həftəsinin tətbiqi və işçi rifahının artırılması istiqamətində addımlar atıldığı bir vaxtda, Azərbaycanda bir çox əməkdaş hələ də gündə 10-12 saat, həftə ərzində isə 60-70 saata çatan iş rejimində çalışdığını bildirir. Xüsusil
16:42 233 Qızılın qiyməti yenidən yüksəldi
Dünya birjalarında qızıl və gümüş bahalaşıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,5% artaraq 4 150,5 ABŞ dollarına yüksəlib. Birjada gümüş də bahalaşıb. Belə ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti 1,17% artaraq 59,6 ABŞ dolları təşkil edib
19:00 173 Elektronika mağazalarının üzərinə rəsmi zəmanət tələbi niyə qoyulmur? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son illər elektronika mağazalarından alış-veriş edən vətəndaşların ən çox qarşılaşdığı problemlərdən biri zəmanətlə bağlı mübahisələrdir. Bəzi mağazalar məhsulları rəsmi istehsalçı və ya distribütor zəmanəti ilə deyil, yalnız öz daxili zəmanəti ilə təqdim edir. Bu isə məhsul nasaz olduqda təmir, dəyişdirilm
17:00 207 İlham Əliyevdən futbolla bağlı - Sərəncam
Prezident İlham Əliyev 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının Azərbaycanda layiqinc
14:59 240 Evlilik ildönümlərini bu paylaşımla qeyd etdi
Aparıcı Cavid Güllə ilə bağlı həyat yoldaşı Nərgiz sosial şəbəkədə paylaşım edib. Axşam.az xəbər verir ki, Nərgiz cütlüyün birgə fotosunu izləyiciləri ilə bölüşərək evlilik ildönümlərini qeyd edib. O, paylaşımına "06.07.2021" tarixini və "Nə yaxşı ki, sən varsan" sözlərini əlavə edib
15:42 315 Rusiya Ukraynanın üç vilayətini vurdu: Ölən və yaralananlar var
Rusiya ordusu gecə və səhər saatlarında Ukraynanın Zaporojye, Sumı və Dnepropetrovsk vilayətlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində 1 nəfər ölüb, azı 7 nəfər yaralanıb. BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Zaporojye vilayətində idarəolunan aviabombanın fərdi yaşayış evinə düşməsi nəticəsind
15:32 212 İsrail Müdafiə Qüvvələri İordaniya sərhədində iki şübhəli dronu ələ keçirdiyini bildirib
Hərbi mənbənin verdiyi məlumata görə, bir müddət əvvəl İordaniya ilə sərhəddə, Ölü dəniz yaxınlığında İsrail Müdafiə Qüvvələri tərəfindən iki şübhəli dron ələ keçirilib. BİG.AZ The Times of İsrael-ə istinadən xəbər verir ki, əlavə detallar İsrail Müdafiə Qüvvələri tərəfindən araşdırılır. Müəllif: İlki
12:00 181 Hindistan XİN Ukrayna səfirini çağırdı
Hindistan Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri Aleksandr Polişuku Qara dənizdə ticarət gəmisinə edilən hücum nəticəsində Hindistan vətəndaşının həlak olması ilə əlaqədar nazirliyə çağırıb. Hindistan XİN-in yaydığı bəyanatda bildirilir ki, səfir "MV OMORFI" ticarət gəmisinə hücu
21:30 123 İmperiyalar icmaları məhv etməzdən insanlar 12000-dən çox dildə danışıb
Bir neçə min il əvvəl Yer kürəsi linqvistik baxımdan "qızıl dövr"ünü yaşayırdı və dünyanın müxtəlif bölgələrində on minlərlə dil mövcud idi. Lakin sonradan imperiyaların yüksəlişi bir çox icmaları və onların dil ənənələrini aradan qaldırdı. Qaynarinfo xəbər verir ki, bu barədə "GB News"
23:15 17