Cavanşir efirdə aparıcılarla DALAŞDI: "Bilin, kimlə danışırsınız, hoqqa çıxartmayın" - VİDEO

Cavanşir efirdə aparıcılarla DALAŞDI: "Bilin, kimlə danışırsınız, hoqqa çıxartmayın" - VİDEOƏməkdar artist Cavanşir Məmmədovla aparıcı Zaur Nəbioğlu və Aysel Novruzova arasında efirdə qalmaqal yaşanıb.

Bizim.Media xəbər verir ki, münaqişəyə səbəb aparıcıların sənətkarın söylədiyi kimi, sözünü kəsməsi olub.

Cavanşir qonaq olduğu "Rəngarəng səhər" verilişində onun sözünü kəsən proqramın aparıcıları Zaur və Ayselə irad bildirib:

"Siz qoymursunuz, icazə vermisiniz ki, mən danışım. Qonağın sözünü kəsmək olmaz. Aparıcı qonağın sözünü kəsməməlidir. Qoyun sözümü deyim. İki nəfər düşmüsünüz üstümə. Qəribə danışırsınız... Mən bu 53 il sənət yolunda görün nə qədər aparıcı görmüşəm? İndi aparıcı mənəm!".

Onun bu sözlərinə Zaur və Aysel etiraz ediblər:

"Siz burada aparıcı ola bilməzsiniz. Siz aparıcı yox, qonaqsınız. Siz çox aparıcı görə bilərsiniz, amma siz bizim qədər müğənni görə bilməzsiniz. Söhbət səhnədən gedir. Sizin aparıcı sayını görməyiniz çox ola bilməz".

Daha sonra Məmmədov fikirlərini belə davam etdirib:

"Siz sözdən söz çıxartmayın. Siz durub burada hoqqa çıxartmayın və bizi digər müğənnilərlə qarşı-qarşıya qoymayın. Əgər siz bu verilişdən gələn maaşa razı olmasaydınız, qalıb işləməzdiniz. Siz bilin ki, burada kimlə danışırsınız. Mən sizdən yaşca iki dəfə böyüyəm (37 yaşlı aparıcı Aysel Novruzovanı nəzərdə tutur – red.) Mən yanımda çalışan heç bir musiqiçinin pulunu kəsməmişəm. Kəssəydim, həmin şəxs ikinci dəfə mənimlə məclisə getməzdi. Siz burada şou göstərmək istəyirsiniz, bilmirsiniz nə edəsiniz... Ayıbdır, belə şeylər etməyin. Sənətdən danışaq vəssalam".

Proqramın gedişatında hər iki aparıcı müğənni ilə aranı sakitləşdirməyə çalışıb.

Verilişdə yayımlanan gərgin dolu anları sizə təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1524   Tarix: 21 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini

16:55 254
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

17:46 230
.

Alış-verişi süni intellektə həvalə edərdiniz? - Araşdırmadan maraqlı nəticə

Süni intellekt məhsul seçmək, qiymətləri müqayisə etmək və endirimləri tapmaqla yanaşı, gələcəkdə insanlar əvəzinə alış-veriş də edə bilər. Ancaq istehlakçılar bu yeniliyə nə dərəcədə hazırdır? Araşdırma göstərir ki, insanlar süni intellektdən kömək almağa açıq olsalar da, alış-veriş zamanı son qərar

13:22 240
.

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri

11:57 364
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

17:07 356
.

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib

22:00 1
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

18:15 236
.

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia

21:30 138
.

Yeni işi bəlli oldu

Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib

22:00 104
.