Nazənin Təranəyə OD PÜSKÜRDÜ: "Həyat yoldaşımın köhnə məşuqəsi..." - VİDEO

Nazənin Təranəyə OD PÜSKÜRDÜ: "Həyat yoldaşımın köhnə məşuqəsi..." - VİDEO"İnsan var ki, yanıqlı qalıb. Onu başa düşmək lazımdır. Belə şeylər olur… Həyat yoldaşımın köhnə məşuqəsinin sözünü danışmaq istəmirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.

Sənətçi uzun zamandan bəri düşmən kəsildiyi həmkarı Təranə Qumralın "Ağzımı, gözümü dartdırıb yuxarı başa qoymuram. Get, çəp gözünlə yaxşı bax mənə. Gözlərin zəif görür" sözlərinə sərt şəkildə cavab verib:

"Həmin qadın çıxıb deyir ki, səni bir dəfə mıxlamışam. O məni… Tamaşaçıların yadına salmaq istəyirəm ki, həmin o qadın verilişlərin birində atmışdı özünü yerə, gözünə həcmli eynək taxıb, bütün qurumlara müraciət edib deyirdi ki, Nazənin məni həbs etdirmək istəyir, xilas edin məni. Özünə güclü deyən xanım verilişlərə çıxıb, özünü yerə çırpar?

Deyəsən onun o günlər yadından çıxıb. Bu tamaşaçıların yadındadır. "YouTube"dan, saytlardan sildirməklə deyil. Əgər onun yaddaşı zəifdirsə mən yadına sala bilərəm. Danışdıqca batacaqsan! O dərəcəyə çatdırmaq istəmirəm ki, özümə də ayıb bilirəm ki, bəzi məsələlərin üstünü açım. Özünü ağıllı göstərib, zeyni dərəcəsi aşağı olan insanlar ki var, Allah belə insanları heç kimlə qarşılaşdırmasın.

Bu gün reklam və efirlərə çıxmaq xətrinə nə gəldi uydururlar. Birini infarkt edirlər (Təranə Qumralın həyat yoldaşı Musa Musayevin infarkt keçirdiyini nəzərdə tutur – red.). And olsun Allaha ki, heç belə şeylər yoxdur. Bilin ki, bunlar hamısı reklama görədir. İnsanları bu yaşda, saç-qaş ağarıb, aldatmaq olmaz.

Jurnalistlərə yalvarırdı ki, bəs bu açıqlamaları yaymayın. Mənim öz həyat yoldaşımın açıqlamaları vardı. Çünki bir insan çıxa şər və böhtan ata, onun qarşılığında məhkəməyə verdim. Bu insan verilişlərin birində prodüserim Pərvizlə mübahisəsi düşdü. Sonra həyat yoldaşını göndərdi Pərvizin üstünə. O da onun cavabını verdi. Sonra bir dəstə insan toplayıb Pərvizin üzünə durdurdu".

Qeyd edək ki, Nazənin Salayeva ilə Təranə Qumral arasında qalmaqal 9 il bundan əvvəl keçmiş "ANS" telekanalının "Bazar səhəri" verilişində yaranmışdı. Müğənni Təranə Qumral həmkarı haqqında "Nazənin 7 dəfə ərdə olub" deməsinin ardınca qarşı tərəf "Təranəni ərimlə tutmuşam" kimi şok açıqlamalar vermişdi. Bundan sonra müğənni Nazənin özü və əri haqqında səslənən təhqir və ittihamlara görə qarşı tərəfi məhkəməyə vermişdi.

Məhkəmə Təranə Qumralın həmkarı haqqında dediyi sözlərin böhtan və yalan olduğunu sübuta yetirərək, onun şərəf və ləyaqətini alçaltdığına görə 10 min manat təzminat cəzası və efirdə qarşı tərəfdən üzr istəməsi barədə qərar qəbul etmişdi.

Bundan narazı qalan Təranə Qumral Apellyasiya Məhkəməsinə şikayət etmiş, məhkəmə təzminat cəzasını 3 min manata endirmişdi. Bundan da narazı qalan müğənni Ali Məhkəməyə şikayət ərizəsi vermişdi. Müğənnilər uzun illərdir ki, düşmən mövqeyindədirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1851   Tarix: 21 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman

"Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemini

16:55 254
.

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu - UIMF 2026-da təmsil olunub. Oktyabrın 27-28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altında keçirilən forum Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiy

17:46 230
.

Alış-verişi süni intellektə həvalə edərdiniz? - Araşdırmadan maraqlı nəticə

Süni intellekt məhsul seçmək, qiymətləri müqayisə etmək və endirimləri tapmaqla yanaşı, gələcəkdə insanlar əvəzinə alış-veriş də edə bilər. Ancaq istehlakçılar bu yeniliyə nə dərəcədə hazırdır? Araşdırma göstərir ki, insanlar süni intellektdən kömək almağa açıq olsalar da, alış-veriş zamanı son qərar

13:22 240
.

Azərbaycan ikili standartlarla mübarizədə nümunə göstərdi

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı dünyadakı ikili standartlar siyasətinin yolverilməzliyini vurğuladı. Dövlətimizin başçısının mövcud xüsusda üzərində dayandığı başlıca məqam isə budur: ikili standartlar siyasətindən imtina müxtəlif müharibə və münaqişələri

11:57 364
.

Xuraman Əlizadəyə ağır itki

Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-ın əldə etdiyi məlumata görə, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

17:07 356
.

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası - 1969-cu il təvəllüdlü Səadət Dadaşova 2023-cü ilin avqust ayında qatar vurması nəticəsində həyatını itirib

22:00 1
.

Bakıda 5 milyonluq DƏLƏDUZLUQ İŞİ: Qohumlar HAKİM QARŞISINDA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə vətəndaşlara qarşı 5 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yeznəsi Sahil Nəhmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə zərərçəkənlərin ifadələr

18:15 236
.

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

Yəmənin qərbinə nəzarət edən husilər çərşənbə günü Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinin hava limanının dərhal boşaldılmasına çağırıblar. Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, husilərin sözçüsü Yəhya Səri "X" sosia

21:30 138
.

Yeni işi bəlli oldu

Türkiyəli aktyor Olqun Şimşek yeni seriala çəkilir. Axşam.az xəbər verir ki, aktyor "Yörük kızı" serialında rol alacaq. O, izləyicilərin qarşısına "Yaşar" obrazı ilə çıxacaq. Qeyd edək ki, Olqun son olaraq "Kara ağaç destanı" adlı ekran işində çəkilib

22:00 104
.