Zoğal - Təbii immunitet
Yabanı zoğal yəni təbii immunitet.
"Bu xalq böyük xalqdır: dərdini də bilir, dərmanını da."
Qədim yunan salnaməçisi və coğrafiyaçısı Strabonun yazdığına görə, məşhur bir loğman soyuq payız günü Qanıx (Alazan) çayının sahilində oturub çayda çimən uşaqlara tamaşa edirmiş. Suya baş vurub çimən uşaqların soyuqlayıb xəstələnəcəyindən narahat olan loğman görür ki, uşaqlar çaydan çıxıb kənardakı zoğal ağacına dırmaşaraq, meyvələri dərib yeməyə başladılar.
Loğman öz-özünə fikirləşir ki, bu xalq böyük xalqdır: dərdini də bilir, dərmanını da.
Soyuqdəyməni aradan götürən vasitə kimi zoğal xalq təbabətində indiyə kimi istifadə olunur.
Zoğal iltihab, bakteriya və virus əleyhinə təsirə malikdir. Zoğal dəmləməsi və mürəbbəsi soyuqdəymə və kəskin respirator infeksiyaları zamanı çox yaxşı müalicəvi təsir edir, hərarəti salır, immun sistemini möhkəmləndirir.
Qədim bir Qafqaz məsəlinə görə, zoğal bitən yerlərə həkim lazım deyil
Zoğal meyvələri çox gec - 2-3 aya yetişən bitkidir. 300 ilə qədər yaşayaraq meyvə verə bildiyi üçün uzunömürlü ağaclardan sayılır. Onu da qeyd edim ki, Neolit dövründən bəri mövcuddur.
Zoğal sinqa xəstəliyi (vitamin C çatışmazlığı zamanı yaranan ciddi xəstəlik) əleyhinə təsirinə görə uzaq məsafələrə üzən dənizçilərin, kosmonavtların qidasına daxil edilmişdir.
Zoğal meyvələrinin tərkibi fitonsid və pektinlərlə zəngindir.
Xalq təbabətində zoğal yarpaqlarından da geniş istifadə olunur. Damaq xəstəlikləri və iltihabları zamanı, ağız boşluğu iltihabları zamanı zoğal yarpaqlarının dəmləməsi çox yaxşı kömək edir.
Zoğal orqanizmdə gedən mübadilə prosesləri yaxşılaşdırır, piylərin daha tez parçalanmasını təmin edir.
Zoğal bədəndə infeksiyanın aradan qalxmasına yardım edər. Zoğal ishalı yaxşılaşdırar. Bir xörək qaşığı zoğalı bir stəkan suda qarışdırıb, 15 dəqiqə qaynadın. 15 dəqiqə dəm almaq üçün buraxın. İki gün ondan için və ishala yardım edər.
Qəbizliyi və babasili olanlar çox istifadə etməsin!
Fitoterapevt Dr Elnur Eldaroğlu zoğal haqqında məlumatda deyir.
Ətraflı BURADAN dinləyin.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2573 Tarix: 03 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHansı bel ağrısı xərçəngə işarə edə bilər?
Bel ağrısı çox vaxt yaşla bağlı adi problem kimi qəbul edilir. Lakin 50 yaşdan sonra yaranan yeni, uzunmüddətli və qeyri-adi ağrılar daha diqqətli yanaşma tələb edir. xəbər verir ki, bel ağrısı insanların həyatları boyunca ən azı bir dəfə qarşılaşdığı ən geniş yayılmış problemlərdən biridir. Adətən bel
20.09.2026 213 Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15.09.2026 303 Üzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
08.09.2026 417 Peyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
05.09.2026 275 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
14.09.2026 246 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 403 Hər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12.09.2026 254 C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
Məşhur fikrin əksinə olaraq, C vitamini insanların əksəriyyətini soyuqdəymədən qorumur, ilk simptomlar zamanı onun yüksək dozada qəbulu isə ümumiyyətlə faydasızdır. BİG.AZ xəbər verir ki, bu barədə "The Conversation" portalı məlumat yayıb. C vitamininin populyarlığı böyük ölçüdə Nobel mükafat
01.09.2026 364 Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər". Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib. Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr. Ekspert iza
03.09.2026 319