Florensiyada Mikelancelonun naməlum rəsmlərindən ibarət gizli otaq ictimaiyyətə təqdim olunacaq - FOTO

Florensiyada Mikelancelonun naməlum rəsmlərindən ibarət gizli otaq ictimaiyyətə təqdim olunacaq - FOTOMikelancelo Buonarrotinin rəsmləri olan gizli otaq Florensiyada ictimaiyyətə təqdim olunacaq. Otaq San Lorenso Bazilikasında Mediçi Kapellasında yerləşir.

Qeyd edək ki, 1530-cu ildə Roma Papası VII Kliment Mikelancelonu güclü Mediçi ailəsi ilə mübahisə etdikdən sonra ölümə məhkum edib. Sənətçi xilas olmaq üçün iki aya yaxın kiçik otaqda gizlənib. Bu müddət ərzində o, divarlarda əvvəlki işlərini xatırladan onlarla rəsm çəkib. Rəsmlər divarlara kömür və təbaşirlə çəkilib.

1975-ci ilə qədər, Mediçi Kapellasının direktoru Paolo Dal Pojetto muzeydən yeni çıxış üçün uyğun otaqlar axtarmağa başlayana qədər bu otağın varlığından heç kimin xəbəri olmayıb. Axtarış zamanı o, şkafın altından onu 10 metr uzunluğunda və üç metr eni olan otağa aparan keçid aşkar edib.

Mütəxəssislər qeyd ediblər ki, təsvirlər Mikelancelonun əsərlərinin bir növ "kataloquna" bənzəyir. Rəssam bu otaqdan sağ çıxacağına əmin olmadan onu yaradıb. Bəzi təsvirlər Sikstin kapellasının və Mediçi ailəsinin məzarının fiqurlarını xatırladır. Bir fiqur isə David heykəlinə bənzəyir.

Onu da əlavə edək ki, Mikelancelo sonda əfv olunub və onun ölüm hökmü ləğv edilib. O, 1534-cü ildə Florensiyadan Romaya gedib.

Mikelancelo Buonarrotinin rəsmləri olan otaq əvvəllər yalnız sənət tarixçiləri üçün nəzərdə tutulsa da, noyabrın 15-dən geniş ictimaiyyətə açılacaq.

Florensiyada Mikelancelonun naməlum rəsmlərindən ibarət gizli otaq ictimaiyyətə təqdim olunacaq - FOTOFlorensiyada Mikelancelonun naməlum rəsmlərindən ibarət gizli otaq ictimaiyyətə təqdim olunacaq - FOTOFlorensiyada Mikelancelonun naməlum rəsmlərindən ibarət gizli otaq ictimaiyyətə təqdim olunacaq - FOTOOXU.AZ


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 746   Tarix: 02 noyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünya plastikdən imtina edir: Azərbaycanda da qadağa tətbiq oluna bilərmi? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir çox ölkəsində birdəfəlik plastik məhsulların istifadəsi mərhələli şəkildə qadağan edilir və ya ciddi məhdudlaşdırılır. Məqsəd ətraf mühitin çirklənməsini azaltmaq, plastik tullantıların həcmini minimuma endirmək və insanların daha ekoloji alternativlərdən istifadəsini təşviq etməkdir. Azərbaycand

12:05 210
.

"Qolum işləmir, stresdən yata bilmirəm" - Ölkəyə keyfiyyətsiz botoks gətirilir?

Azərbaycanda bir müddətdir botoks proseduru etdirən şəxslərin kütləvi şəkildə zəhərlənməsi, əzələlərinin iflic olması ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı bir neçə tanınmış bloqer öz sosial media hesabında paylaşımlar edib. İddia olunur ki, son iki ayda ölkəy

15:54 252
.

Duru yağ alarkən bunlara diqqət edin: Sağlam seçim üçün vacib məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Marketlərdə müxtəlif marka və qiymətlərdə təqdim olunan duru yağlar arasında seçim etmək bir çox alıcı üçün çətinlik yaradır. İlk baxışda məhsullar oxşar görünsə də, onların tərkibi, istehsal üsulu, istifadə məqsədi və saxlanma şəraiti fərqli ola bilər. Yanlış seçilən duru yağ həm yeməyin dadına, hə

15:48 184
.

Dini inancları təhqir edən Üzeyir Abas saxlanıldı

Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inanacları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir. Qeyd edək ki, Üzeyi

12:36 253
.

"Hörümçək adam"ın yeni filmi: İlk rəylər necə oldu?

Marvel Studios-un uzun müddətdir gözlənilən "Hörümçək adam: Tamamilə yeni gün" (Spider-Man: Brand New Day) filmi kinotənqidçilər üçün nümayiş etdirilib. İlk rəylərə əsasən, ekran əsəri həm süjeti, həm də Tom Hollandın ifası ilə müsbət qarşılanıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Variety"

16:35 127
.

Cananı görə bilmir?

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova onun qızı ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, o, "Qonaqcanlı" proqramında mərhum sənətçinin övladı Cananı görə bilmədiyini deyib. Z.Hümbətova bildirib ki, uşağın vəziyyəti ilə maraqlanır, lakin görüşməyə vaxt tapmır:

12:15 294
.

Sabun alarkən bu məqamlara diqqət edin - DERMATOLOQDAN AÇIQLAMA

Son illər mağaza rəflərində onlarla fərqli tərkibə və təyinatına malik sabun növü satılır. Antibakterial, nəmləndirici, ətirli, təbii və digər seçimlər qarşısında istehlakçılar çox vaxt hansı məhsulun dəri üçün daha uyğun olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Eyni zamanda, maye və bərk sabu

15:30 178
.

J&J, on illik məhkəmə proseslərinə son qoya biləcək genişmiqyaslı talk razılaşmasına çatdı

Johnson & Johnson bazar ertəsi günü bildirib ki, körpə pudrası və digər talk məhsullarının yumurtalıq xərçənginə səbəb olduğu iddia edilən on minlərlə məhkəmə iddiasını həll etmək üçün təxminən 5,5 milyard dollar ödəyəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, şirkəti on ildir narahat edə

11:07 195
.

Tacikistanda hicab və saqqal qadağan edildi

Tacikistan hakimiyyəti ölkədə hicab və ərəb libaslarının geyinilməsinə, eləcə də saqqal saxlanılmasına qanunvericilik səviyyəsində qadağa qoyub. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı yerli mənbələrə istinadən " portalı yayıb. Bildirilib ki, bu cür geyim növləri və xarici görünü

10:51 230
.

TOP MP3