Əminə Şirin: "Müğənnini söyürlər, sonra da 15 min verib övladının toyuna çağırırlar"
"Elçi hayında deyiləm. Elçi, gəlinlik paltarı və toyla ailə həyatı qurdum, quranlar da mənim kimi çox oldu. Amma sonu nə oldu... Əgər daxili xoşbəxtliyini qarşında duran insandan ala bilmirsənsə, davul, səs-küylü toy və gəlinlik paltarı geyinəndən sonra evə gedib, ağlayacaqsansa və ya 1-2 aydan sonra anlayacaqsan ki, bu, sənin axtardığın insan deyil, bunlara nə ehtiyac var?"
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Sənətçi sevgi münasibətində olduğu şəxsdən söz açıb:
"Həyatımda sevdiyim və münasibətdə olduğum kişi var. Tam ciddi münasibətlərimiz var. O insanla rəsmi nikahda olanlardan qat-qat xoşbəxt münasibətim var".
Əminə bir necə il əvvəl Əməkdar artist Elnarə Abdullayevanın söylədiyi "Övladıma müğənni qız almaram" fikirlərinə münasibət bildirib:
"Deyirlər ki, müğənni qız almaram və ya müğənni ilə qızımı evləndirmərəm. Müğənninin nəyi var nəyi yoxdur, savabı gizlində, günahı aşkarda. Hər bir insan arxaya baxıb öz keçmişini yada salıb, etdiyi səhvləri, nöqsanları nəzərdən keçirsə, oturub o müğənninin həyatını müzakirə etməz. Biz müğənnilərin o qədər problemi, borcları var ki... Amma yenə də tamaşaçıların qarşısına keçəndə içimizdə olan neqativləri boğub, pozitivi ötürməyə çalışırıq. Bizim sənət adamlarının qədrini bilmək lazımdır".
Ə.Şirin həmçinin vurğulayıb ki, bir sıra şəxslər söydüyü müğənniyə 15 min pul verib toylarına dəvət edirlər:
"Çoxları əvvəlcə müğənniləri söyür, sonra sevir. Söyürlər, 5-6 il keçəndən sonra 10-15 min manatından keçir ki, təki filan müğənni gəlib övladımın toyunda çıxış etsin. Bəs söyürdün? Kənarda müğənnini söyür, amma görəndə yaxınlaşıb şəkil çəkdirir. Həmin şəkli də "Instagram"da səhifəsində paylaşır".
Qeyd edək ki, Əminə Şirin illər əvvəl evli olduğu Kazım Canla qalmaqallı şəkildə ayrılıb.
Müğənni müsahibələrində "Evləndiyim insan cəzaçəkmə müəssisəsində məhbus idi. Toyum həbsxanada olub. Gəlinlik libası geyinmişdim. Qızım isə hələ də atasının soyadını daşıyır" sözlərini dilə gətirmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1328 Tarix: 01 noyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəli qatar qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. xəbər verir ki, Azərbaycan Prezidenti bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib. "İspaniyadakı faciəli qatar qəzasına görə dərindən kədərləndik. Baş nazi
28.10.2026 343 Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin və milli qürurunun təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan əlamətdar tarix deyil, bütöv bir xalqın taleyini, mübarizə əzmini, milli iradəsini və gələcəyə inamını özündə birləşdirir. 8 Noyabr - Zəfər Günü və 8 May - Şuşa Günü Azərbaycan tarixinin məhz belə mühüm səhifələrindəndir
12:39 203 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - Video
Sosial şəbəkələrdə "Kampus" özəl tələbə yataqxanasına daxil olan naməlum kişinin bir neçə qızın otağının qapısını döyərək onları narahat etdiyi iddia olunur. Hadisənin səhər saatlarında baş verdiyi, həmin vaxt mühafizəçinin postunda olmadığı bildirilir. Məsələ ilə bağlı yataqxana rəhbərin
16:57 139 8 Noyabr - Zəfər Günü: Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi və milli qürur tariximiz
Azərbaycan xalqının tarixində elə günlər var ki, həmin tarixlər təkcə təqvimdə əlamətdar gün kimi deyil, milli yaddaşın, dövlətçilik iradəsinin və xalqın sarsılmaz ruhunun təcəssümü kimi yaşayır. 8 Noyabr - Zəfər Günü məhz belə bir tarixdir. Bu gün Azərbaycan xalqının uzun illər ərzində qəlbində yaşatdığ
12:27 271 Azərbaycanın müstəqil siyasət yürütməsi və öz milli maraqlarını müdafiə etməsi bütün xarici aktorların maraqları ilə həmişə üst-üstə düşmür
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara əsaslanan öz dövlətçilik modelini formalaşdırıb və xarici siyasət prioritetlərini müəyyənləşdirib. Bu prosesdə milli ideologiya, milli kimlik, dövlətçilik, suverenlik, həmrəylik və milli-mənəvi dəyərlər mühüm rol oynayır. Ümummilli Lide
13:11 191 The Guardian: "Britaniyada ailələrə enerji xərcləri üçün 100 funt veriləcək"
Britaniya hökuməti müəyyən vergi kateqoriyalarına daxil olan 20 milyon ailəyə yanvar ayında birdəfəlik 100 funt sterlinq ödəməyi planlaşdırır. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökumət həmçinin qaz üzrə sabit ödənişləri ləğv etməyi və enerji xərclərini azaltmaq üçün güzəştli kreditlər təqdi
13:30 201 Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. Qardaş Türkiyə Respublikasının milli bayramı - 29 Oktyabr - Respublika Günü münasibətilə Siz
11:33 231 Turistlər aldadılır? - Saf Travel şirkəti və Nabran turu ilə bağlı ciddi iddialar araşdırılmalıdır
Bakı şəhər sakini İsgəndərova Mətanət İnqlab qızı redaksiyaya müraciət edərək Saf Travel turizm şirkətinin təşkil etdiyi Nabran turu zamanı qarşılaşdıqları hallarla bağlı ciddi narazılığını ifadə edib. Şikayətçinin sözlərinə görə, o, ailə üzvləri ilə birlikdə 25-26 iyul tarixlərində Nabran qəsəbəsind
14:14 223 Bakı dünya futbolunun gələcəyinə ev sahibliyi edir: U-15 finalında böyük idman mesajı
Paytaxtımızda keçirilən ilk FIFA U-15 Dünya Çempionatı və Festivalı təkcə futbol yarışması deyil, həm də gənc nəslin inkişafına, beynəlxalq idman əməkdaşlığına və Azərbaycanın idman nüfuzuna verilən önəmin göstəricisidir. Prezident İlham Əliyevin finalçıları mükafatlandırması isə bu tarixi tədbirin diqqətçəkə
17:03 115