Bədən tərbiyəsi üzrə xüsusi qabiliyyət imtahanı üçün qeydiyyat başlanır

Bədən tərbiyəsi üzrə xüsusi qabiliyyət imtahanı üçün qeydiyyat başlanırAli təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin elektron qeydiyyatı başlanır.

BiG.AZ-a Dövlət İmtahan Mərkəzindən bildirilib ki, 2023/24-cü tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı davam edir.

Bu gündən Bədən tərbiyəsi və idman istiqamətinin komissiyaları üzrə qeydiyyatın aparılmasına başlanılır. Abituriyentlər və subbakalavrlar mayın 22-dən iyunun 5-dək "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak haqqını əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/qabiliyyet/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.

DİQQƏT: Hazırda qeydiyyatı davam edən Teatr, kino və xoreoqrafiya sənəti, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə abituriyentlərin/subbakalavrların qeydiyyatı mayın 30-u saat 23:59-da bitir.
Abituriyentlər/subbakalavrlar ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız bir istiqaməti üzrə ən çox dörd komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə bir istiqamətə aid ən çoxu altı komissiya üzrə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 və daha yuxarı, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə 40 və daha yuxarı bal toplayan abituriyentlər Bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçə bilərlər.

Abituriyentlərin nəzərinə: Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2023-cü ildə nəşr edilən xüsusi qabiliyyət imtahanlarının Bədən tərbiyəsi və idman istiqaməti və digər istiqamətlər (Təsviri sənət, memarlıq, musiqi sənəti, jurnalistika və islamşünaslıq) üzrə abituriyent jurnalının xüsusi buraxılışlarında verilir. Burada ali təhsilin bakalavriat və magistratura, tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1005   Tarix: 22 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İki nəfərin öldüyü "Şəki Yaylası" istirahət mərkəzi bağlandı - Video

2 nəfərin ölümü ilə nəticələnən hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti tamamilə dayandırılıb. "Qafqazinfo" xəbər verir ki, mərkəzin nümayəndəsinin sözlərinə görə, hazırda istintaq prosesi getdiyi üçün istirahət mərkəzinin fəaliyyəti ilin sonunadək tamamil

11:08 264
.

Trampın İran planı: Nüvə hücumu, yoxsa genişmiqyaslı müharibə?

ABŞ-ın İrana nüvə zərbəsi endirəcəyi ilə bağlı iddialar son günlər ciddi narahatlıq yaradıb. Xüsusilə Prezident Donald Trampın gözlənilməz siyasi qərarları, Vaşinqtonun Tehrana qarşı sərt mövqeyi və İsrailin İrana münasibətdə irəli sürdüyü maksimalist tələblər belə bir ssenarinin müzakirə olunmasın

11:48 280
.

Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam

Kamran Sultan oğlu İmanov "Şərəf" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə və əqli mülkiyyət hüquqları sahəsinin inkişafında böyü

16:21 150
.

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi - 5 illik gizli sevgi hekayəsi

Avropanın kiçik dövlətlərindən biri olan Lixtenşteynin şahzadəsi Mariya İmmakulata Gürcüstanın keçmiş kral ailəsinə mənsub Zurab Dzidziguri ilə ailə həyatı qurub. Beş il davam edən münasibətlərini ictimaiyyətdən uzaq saxlayan cütlüyün toyu Avstriyanın paytaxtı Vyanada baş tutub. Qaynarinfo xəbər veri

03.11.2026 481
.

Temperatur 10 dərəcə enəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

14:53 244
.

Prezidentə təbriklər gəlir - Yenilənir

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımda

16:30 144
.

PİYADA ZOLAĞINDA SKUTER SÜRƏNLƏR 40 MANAT CƏRİMƏLƏNƏCƏK

Velosiped, skuter, moped və ya motosiklet idarə edənlər çox vaxt piyada zolağını bu nəqliyyat vasitələrini sürərək keçirlər. Bu isə piyadalara maneə yaradır və bədbəxt hadisə ilə nəticələnə bilər. "Piyada keçidindən velosiped və ya elektrik skuteri sürərək keçmək qaydalara uyğun deyil. Nəqliyya

11:41 275
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

17:07 118
.

Qarabağın dirçəlişi Azərbaycan iqtisadiyyatına hansı töhfələri verə bilər?

Qarabağın dirçəlişi Azərbaycanın müasir tarixində yalnız ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyulan quruculuq vəzifəsi deyil. Bu proses, eyni zamanda, ölkənin iqtisadi inkişafı, yeni investisiya imkanlarının yaranması və regionların iqtisadi potensialının genişlənməsi baxımından mühüm əhəmiyyə

14:03 252
.

Son Xəbərlər