Ötən il Naxçıvanda 2 524 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib
Ötən il Naxçıvanda 2 524, bu ilin 4 ayı ərzində isə 1 320 nəfərin sağlamlıq imkanlarının məhdudluğu təyin edilib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fərid Bağırzadə deyib.
O bildirib ki, əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir. Göndərişin tərtib edilməsi üçün vətəndaş ilk növbədə qeydiyyatda olduğu yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsinin həkim komissiyası 7 iş günü ərzində həmin şəxslə bağlı göndərişi tərtib edir. Əgər diaqnozun dəqiqləşdirilməsi üçün şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərilərsə, bu müddət əlavə olaraq 10 iş gününə uzadıla bilər. Göndəriş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminə göndərilir. Göndəriş müvafiq alt sistemə qəbul edildikdən sonra göndərişi verən həkim komissiyasına göndərişi təsdiq edən vəzifəli şəxsləri və əlilliyi qiymətləndirəcək şəxsləri birbaşa və ya dolayı yolla müəyyən etməyə imkan verən məlumatlar sistem üzərində avtomatik olaraq şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndəriş əlilliyin qiymətləndirilməsi məqsədilə sistem üzərindən tibbi-sosial ekspert komissiyasına göndərilir. Tibbi-sosial ekspert komissiyası 10 iş günü ərzində sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlilliyin təyin olunub-olunmaması qərar verir. Həmçinin həmin şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacın olub-olmamasına dair tibbi göstəriş verir. Əlilliyin müəyyən edilib-edilməməsinə, həmçinin bunun səbəbi ilə bağlı sms bildirişi vətəndaşın mobil telefonuna göndərilir.
Qeyd edək ki, muxtar respublikada sağlamlıq imkanlarının məhdudluğunun təyin olunması Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi üzərindən həyata keçirilir. Müvafiq komissiyanın qərarından narazı qalan vətəndaşlar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və ya nazirliyin 255 qısa nömrəsi, eləcə də 545 -64 -58 nömrəli qaynar xətti ilə əlaqə saxlaya bilərlər. Qeydiyyatdan keçdikdən sonra əyani müayinəyə dəvət olunmaqla qiymətləndirilmə aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 283 Tarix: 29 aprel 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBayraq hər birimizin milli qürur mənbəyidir
Bayraq dövlətin və millətin mövcudluğunun göstəricidir. Bayraq zəfər simvoludur. Harda qələbə və uğura imza atılırsa orda dövlətin bayrağı ucaldılır. Bayraq milli qürur mənbəyidir. Vətənini sevən hər kəs öz dövlətinin bayrağını gəzdirməklə qurur duyur və fəxr edir. Azərbaycan Dövlətinin üçrəngli bayrağ
12:20 200 Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar
10:41 207 Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı. Dövlət başçımız oktyabrın 16-d
14:50 155 Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar
ABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələ
12:03 214 Paşinyanın arvadı və qızlarının bahalı zövqləri: Gündəlik xərclənən 1.7 milyon
Ermənistanın baş naziri Nikol Paşinyan və onun ailəsinin saxlanılması üçün dövlət xərcləri artmaqdadır. -ın "Hraparak" nəşrinə istinadən verdiyi məlumata görə, 2026-cı il dövlət büdcəsində "Hökumət bağ evləri" adlı Dövlət Qeyri-Kommersiya Təşkilatına (DQKT) 621.3 milyon dram (təxminə
04.11.2026 586 8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz
8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın
10:45 223 Nigar Fərhadın həyat yoldaşı yenidən həbs olundu
Vətəndaşlara qarşı külli miqdarda dələduzluq, saxta sənədlər hazırlamaqda ittiham olunan "AİD Group" xaricdə təhsil şirkərinin həbsdə olan rəhbəri Samir Yəhyazadə barəsində qərar verilib. APA-ya istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb. Bununla bağlı Binəqədi rayon Məhkəməsi qəra
15:02 211 Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək
Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl
12:04 216 Məzuniyyətə çıxmaq məcburi olacaq
Əmək məzuniyyətinin minimum müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, əmək məzuniyyətinin minimum müddətinin (21 təqvim günü) kompensasiya ilə əvəz olunması qadağan edilir
15:22 166