Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanı

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yazılan Şuşa dastanıMüzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən Şuşanın azad edilməsini əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdi. Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar da bu məqsədə çatmaq üçün mühüm zəmin yaradırdı.
Dövlət başçımız oktyabrın 16-da Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində jurnalistin sualını cavablandırarkən demişdi: "İstiqamət hər tərəfdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar".
44 gün davam edən Vətən müharibəsi ərzində rəşadətli Azərbaycan Ordusu Şuşaya doğru inamla irəlilədi. Vaxtilə əlçatmaz arzu kimi görünən bu hədəf 2020-ci il noyabrın 8-də reallığa çevrildi. Ağır silahlarla və zirehli texnika ilə təchiz olunmuş, əlverişli mövqelərdə yerləşən düşmən qüvvələrinə qarşı mürəkkəb relyef şəraitində döyüşmək hərbçilərimizdən yüksək peşəkarlıq, cəsarət və böyük fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz sıldırım qayaları aşaraq, çətin dağ yollarını keçərək qarşılarına qoyulan mürəkkəb döyüş tapşırığını şərəflə yerinə yetirdilər.
Birmənalı şəkildə demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm qələbənin əldə olunmasında Prezident İlham Əliyevin siyasi iradəsi və Ali Baş Komandan kimi rəhbərliyi mühüm rol oynadı. Dövlət başçısı ata vəsiyyətini yerinə yetirərək, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının əsas məqsədlərindən birini reallaşdırdı və adını Azərbaycan tarixinə Müzəffər Ali Baş Komandan kimi yazdırdı.
Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərək demişdi:
"Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik".
Prezidentin bu tarixi müraciəti Şuşanın azad edilməsinin və 8 Noyabr tarixinin Azərbaycan xalqı üçün daşıdığı əhəmiyyəti aydın şəkildə ifadə etdi. Məhz bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, hər il noyabrın 8-i Şuşa Şəhəri Günü kimi qeyd olunur.
Qeyd etmək lazımdır ki, 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərinin uğurlu nəticəsi də Azərbaycanın 2020-ci ildə əldə etdiyi Zəfərin davamı oldu. Cəmi 23 saat 48 dəqiqə davam edən əməliyyat Azərbaycan Ordusunun döyüş qabiliyyətini və dövlətin təhlükəsizlik məsələlərində nümayiş etdirdiyi qətiyyəti bir daha gündəmə gətirdi.
Bu qələbələr yalnız Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütövlükdə xalqımızın birliyinin və həmrəyliyinin təntənəsi idi. 44 gün davam edən müharibə zamanı xalqımız Ordumuza, dövlət başçısının həyata keçirdiyi siyasətə və ölkəmizin haqq mübarizəsinə fəal dəstək göstərdi. İkinci Qarabağ müharibəsində üç minə yaxın hərbçimiz Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı.
Biz bir ailədən iki şəhid verərək "Ana Vətən sağ olsun!" deyən insanların yaşadığı xalqıq. Vətən sevgisi, milli birlik və torpağa bağlılıq xalqımızın ən böyük mənəvi gücüdür. Məhz bu birlik, Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi tarixi Zəfərimizin əsas dayaqlarından oldu.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 122   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada tanınmış siyasətçinin ölümü ilə bağlı araşdırma başladılıb

Almaniyanın Azad Seçicilər Partiyasının lideri və Bavariyanın iqtisadiyyat naziri Hubert Ayvangerin ölümünün səhhətindəki problemlərlə əlaqəli olduğu ehtimal edilir. xəbər verir ki, bu barədə "Der Tagesspiegel" qəzeti məlumat yayıb. "Berlin hakimiyyəti ölümün təbii səbəblərdən baş verdiyində

10:35 193
.

Sabahdan bu yollarda hərəkət məhdudlaşdırılır

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb. Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq

04.11.2026 379
.

ABŞ-da demokratların planı: Ukraynaya yardım və Rusiyaya yeni sanksiyalar

ABŞ-da keçirilən ara seçkilərdə qələbə qazanan Demokratlar Partiyası Ukraynaya hərbi yardımların bərpasını və Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasını planlaşdırır. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Konqresin hər iki palatasınd

10:45 217
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

12:31 193
.

8 Noyabr - Zəfər Günü milli birliyimiz, sarsılmaz iradəmiz

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

10:45 199
.

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq olunacaq

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq edilməsi nəzərdə tutulur. Axşam.az xəbər verir ki, bu, Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, saatlıq əmək haqqı siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfində

13:55 167
.

Polisin barmağını dişləyən şəxs saxlanıldı

İzmirdə 18 il 5 ay müddətinə həbs cəzası almış və 33 gündür ki, axtarışda olan oğurluq cinayətində təqsirləndirilən şəxs saxlanılarkən polisin barmağını dişləyərək yaralayıb. Bunu Türkiyə mediasına istinadən bildirib. Şəxs zərərsizləşdirilərək əlləri arxadan qandallanıb və məhkəməyə göndərilib. Onu

11:47 200
.

Müştərilər süni intellektli güzgü ilə geyim seçəcək

Çində Moda Mərkəzində süni intellektlə işləyən 11 güzgülü platforma sınaq məqsədilə istifadəyə verilib. Bunu Türkiyə mediasına istinadən bildirib. Puyuan şəhərində yerləşən Moda Mərkəzində rəqəmsal ticarət xidmətləri platforması sınaq məqsədilə istifadəyə verilib. Platformada yerləşən süni intellektl

12:04 187
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 176
.