Yeni doğulanların ehtiyacları qarşılanacaq - AÇIQLAMA
Azərbaycanda ailələrə və uşaqlara göstərilən sosial dəstək artırılır. Yeni dəyişikliklərə əsasən, uşağın doğulmasına görə birdəfəlik müavinət 600 manatdan 1 500 manata, 3 yaşınadək uşağa qulluq üçün aylıq müavinət isə 37,58 manatdan 100 manata çatdırılacaq.
"Uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin artırılması mühüm sosial yenilikdir. Bu, 2,5 dəfə artım deməkdir. Yeni doğulmuş uşağın ilkin ehtiyaclarının qarşılanması, ailənin doğuşla əlaqədar yaranan xərclərinin bir hissəsinin kompensasiya edilməsi baxımından bu qərarın xüsusi əhəmiyyəti var". Bunu BiG.AZ-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib.
Azər Badamovun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində xərclərin 44,25 faizinin sosial yönümlü olması ölkəmizdə sosial siyasətin prioritet istiqamətlərdən biri olduğunu bir daha təsdiqləyir: "Bu baxımdan, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin də 9,35 faiz artırılmasının nəzərdə tutulması əhalinin sosial müdafiəsinin gücləndirilməsi, müxtəlif müavinət və sosial dəstək tədbirlərinin genişləndirilməsi üçün əlavə imkanlar yaradır".
A.Badamov bildirib ki, gələn ildən 3 yaşınadək uşağa qulluq edən analara verilən aylıq müavinətin 37,58 manatdan 100 manata çatdırılması bu istiqamətdə atılan mühüm addımlardan biridir: "Bu artım təxminən 2,7 dəfə deməkdir və xüsusilə azyaşlı uşağı olan ailələrin maddi yükünün müəyyən qədər azaldılmasına xidmət edəcək. Çünki uşağın həyatının ilk illəri ailələr üçün həm qayğı, həm də əlavə maliyyə xərclərinin yarandığı dövrdür. Belə bir şəraitdə dövlət dəstəyinin artırılması anaların sosial müdafiəsinin gücləndirilməsi və uşaqların sağlam, təhlükəsiz mühitdə böyüməsinə töhfə verilməsi baxımından əhəmiyyətlidir".
Ümumilikdə, sosial müavinətlərin artırılması dövlətin sosial siyasətinin ailə və uşaq rifahına yönəlmiş istiqamətini nümayiş etdirir. Əsas məsələ yalnız müavinətlərin məbləğinin artırılması deyil, eyni zamanda əhalinin həssas qruplarının sosial təminatının davamlı şəkildə gücləndirilməsidir. Bu addımlar ailələrin sosial rifahının yaxşılaşdırılmasına, uşaqların müdafiəsinin gücləndirilməsinə və demoqrafik inkişafın dəstəklənməsinə xidmət edir.
AYNURƏ MƏMMƏDOVA
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 782 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
09.11.2026 459 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
14:29 139 Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı
Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il
09.11.2026 398 Maykl Kerrik "Mançester Yunayted"dən gedir?
"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual
09.11.2026 307 Dekabrda neçə gün iş olmayacaq?
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü
14:10 182 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
15:15 112 Evlərdə qarışqa koloniyaları qurulur: Bu qeyri-adi marağın səbəbi nədir?
Son günlər sosial şəbəkələrdə qarışqa koloniyalarına maraq getdikcə artır. İnsanlar evlərində qarışqalar üçün xüsusi yaşayış yerləri qurur, koloniyaların böyüməsini izləyirlər. Hətta qarışqaların yetişdirilməsi və satışı ilə də məşğul olurlar. Bəs insanları bu kiçik canlıların dünyasına cəlb edən nədir
11:00 217 Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl
14:30 132 Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi
Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma
09.11.2026 391