Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalar

Tramp və Netanyahu siyasi böhrandan necə çıxmağa çalışırlar? İran amili və yeni siyasi hesablamalarABŞ-da keçirilən aralıq seçkilərində səslər hesablandıqdan sonra Demokratlar Nümayəndələr Palatasında 162, Respublikaçılar isə 102 mandat qazanıblar. Senatda isə demokratlar 51, respublikaçılar 39 mandat əldə ediblər. Beləliklə, ilkin nəticələrə əsasən, Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında üstünlük qazanıb.
ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə müsahibəsində Konqresə keçirilən aralıq seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.
"Bu nəticələri tamamilə qəbul etməyə hazıram. Demokratlarla əməkdaşlıq edəcəyik və onlarla işləməyi səbirsizliklə gözləyirik. Yəqin ki, ortaq məxrəcə gələ biləcəyik", - deyə Tramp bildirib.
Maraqlıdır ki, oktyabrın 27-də İsraildə keçirilən parlament seçkilərinin nəticələrinə görə, Benyamin Netanyahunun bloku 53, Qadi Eyzenkotun bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib. Bu isə hər iki ölkənin siyasi liderlərinin müxalifətlə müəyyən məsələlərdə əməkdaşlıq etmək zərurəti ilə üzləşə biləcəyini göstərir.
Bundan başqa, Macarıstanda Viktor Orbanın uzunmüddətli hakimiyyətinin sona çatması, Braziliyada keçirilən prezident seçkilərində Lula da Silvanın Flavio Bolsonaroya qalib gəlməsi, Serbiyada isə tələbə hərəkatının siyasi qüvvəyə çevrilərək Prezident Aleksandr Vuçiçin hakim partiyasını parlament seçkilərində məğlub etməsi Tramp və Netanyahunun beynəlxalq siyasi müttəfiqlərinin də mövqelərinin zəiflədiyi barədə müzakirələri aktuallaşdırır.
Hər iki ölkədəki seçkilərin nəticələrinə ilk baxışdan nəzər saldıqda Donald Tramp və Benyamin Netanyahunun siyasi mövqelərini itirdikləri qənaətinə gəlmək mümkündür. Lakin mən məsələyə yalnız bu prizmadan yanaşmağın tərəfdarı deyiləm. Hesab edirəm ki, hazırkı proseslərin arxasında daha mürəkkəb siyasi hesablamalar dayanır.
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, son günlər ABŞ-ın İrana qarşı nüvə silahından istifadə edə biləcəyi ilə bağlı ciddi iddialar səsləndirilir. Düzdür, Vaşinqtonun birbaşa nüvə silahından istifadə edəcəyini düşünmürəm. Bununla belə, hazırkı mərhələdə ABŞ-ın İrana qarşı adi silahlarla genişmiqyaslı hərbi əməliyyatlara başlaması ehtimalını da istisna etmək olmaz. Onsuz da Trampın əsas məqsədi İranı müharibə yolu ilə tamamilə məhv etməkdən daha çox, onu danışıqlar masasında Vaşinqtonun şərtlərini qəbul etməyə məcbur etməkdir.
Məhz bu kontekstdə Trampın demokratlarla əməkdaşlığa hazır olduğunu açıqlaması və Netanyahunun parlamentdə formalaşan yeni siyasi reallıqla üzləşməsi xüsusi diqqət çəkir. Hər iki liderin siyasi mövqelərinin zəifləməsi müzakirə mövzusu olsa da, onların mövcud böhranı siyasi fürsətə çevirməyə çalışdıqlarını düşünürəm.
İranla mümkün müharibə ABŞ və İsrail üçün sadəcə hərbi əməliyyat deyil. Bu, həm də uzunmüddətli siyasi, iqtisadi və diplomatik nəticələr doğura biləcək strateji qərardır. Belə bir qarşıdurmanın nəticələri yalnız Vaşinqton və Təl-Əvivlə məhdudlaşmaya, bütövlükdə Qərb dünyasında siyasi böhran yarada bilər. Xüsusilə müharibənin uzanması, enerji bazarlarında ciddi sarsıntıların baş verməsi, Hörmüz boğazı ətrafında təhlükəsizlik problemlərinin dərinləşməsi və regionda yeni hərbi cəbhələrin açılması ABŞ administrasiyasına qarşı daxili və beynəlxalq təzyiqləri artıra bilər.
Bu baxımdan, Trampın mümkün müharibənin bütün siyasi və iqtisadi məsuliyyətini şəxsən üzərinə götürmək istəməməsi başadüşüləndir. Demokratların Konqresdə mövqelərinin güclənməsi fonunda onların İranla bağlı qərarların müzakirəsinə və mümkün siyasi proseslərə cəlb edilməsi gələcəkdə mühüm əhəmiyyət daşıya bilər. Əgər hərbi əməliyyatların genişləndirilməsi və ya yeni strateji qərarların qəbulu məsələsində demokratlarla müəyyən razılaşma əldə olunarsa, sonradan yarana biləcək siyasi böhranın məsuliyyətini yalnız Tramp administrasiyasının üzərinə qoymaq çətinləşər.
İsraildə də vəziyyətin fərqli olduğunu düşünmürəm. Hətta Netanyahu üçün İranla mümkün müharibənin nəticələri daha həssas məsələdir. Çünki İsrail cəmiyyətində təhlükəsizlik məsələləri hökumətin siyasi legitimliyini müəyyənləşdirən əsas amillərdən biridir. İranla qarşıdurmanın uğursuzluqla nəticələnməsi, İsrailin təhlükəsizlik sistemindəki zəifliklərin üzə çıxması və müharibənin gözləniləndən daha ağır nəticələr doğurması Netanyahunun siyasi karyerasına ciddi zərbə vura bilər.
Belə bir vəziyyətdə parlamentdəki digər siyasi qüvvələrin mühüm qərarların qəbuluna cəlb edilməsi Netanyahu üçün də əlavə siyasi sığorta mexanizmi rolunu oynaya bilər. Əgər İranla bağlı strateji qərarlar daha geniş siyasi razılaşma çərçivəsində qəbul edilərsə, müharibənin nəticələrinə görə məsuliyyətin yalnız baş nazirin üzərinə qoyulması çətinləşə bilər.
Məncə, hazırda diqqət yetirilməli əsas məsələ Trampın və Netanyahunun siyasi güclərini itirib-itirməməsi deyil. Əsas məsələ onların yaranmış siyasi vəziyyəti necə idarə edəcəkləri və İranla mümkün böyük qarşıdurmanın siyasi yükünü kiminlə bölüşəcəkləridir. Çünki müharibəyə başlamaq bir qərardır, onun nəticələrinə görə məsuliyyət daşımaq isə tamamilə başqa məsələdir. Görünən odur ki, Vaşinqton və Təl-Əvivdə məhz ikinci məsələnin hesablamaları aparılır.

Turan Rzayev-politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 123   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Agentlik kiberhücumla bağlı yenidən xəbərdarlıq etdi

Millik Kibertəhlükəsizlik Agentliyi (MKA) soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edir. Millik Kibertəhlükəsizlik Agentliyindən -a bildirilib ki, son həftələrdə Avropanın bir sıra ölkələrində soyuducu və dondurucu avadanlıqların idarəetmə sistemlərinə qarşı kiberhücumlar qeyd

04.11.2026 335
.

NATO kəşfiyyat təyyarəsi Kalininqrad ətrafında ikinci dəfə dövrə vurub

ABŞ-da qeydiyyatdan keçmiş NATO kəşfiyyat təyyarəsi bu həftə Kalininqrad vilayəti ətrafında ikinci dəfə dövrə vurub. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə TASS aviadispetçer xidmətinə istinadən məlumat yayıb. Bildirilib ki "Bombardier Artemis II" təyyarəsi Polşa, Litva hava məkanında

04.11.2026 367
.

Dövlət Bayrağı Günü - ölkəmiz üçün ən tarixi günlərdən biri

Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub. İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu mənada ölkəmizdə Dövlə

12:14 84
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

11:32 135
.

Polad Həşimovun anasının vəziyyəti açıqlandı

Səhhətində problemlər yarandığına görə xəstəxanaya yerləşdirilən Milli Qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, S.Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Mərkəzi

11:22 165
.

Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət

Prezident İlham Əliyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları,. Sizi "BMT İdarəetmə İnnovasiyalar

10:41 150
.

9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür

"Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bayrağımız bizim canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan bayrağı dalğalanır". Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözləri Azərbaycan xalqının hər bir üzvünün öz bayrağına olan sonsuz sevgisini

12:25 74
.

Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq

"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları

04.11.2026 372
.

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. BİG.AZ -a istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək

12:41 0
.