Yaşlı insanlarda oynaq ağrılarının səbəbi açıqlanıb
Orta və yaşlı insanlarda oynaq ağrılarının əsas səbəbi iltihab və yaşla əlaqədar yaranan oynaq xəstəlikləridir.
"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədov deyib.
O bildirib ki, oynaq qığırdaqlarının artrozu (aşınması) ən çox yayılan oynaq xəstəliyidir: "Oynaq səthlərini örtən qığırdaq toxumalar oynaq hərəkətlərini və oynaqda sürüşməni təmin edir. Artroz zamanı bu sürüşkənliyin pozulması, aşınmanın artması ilə sümüklərin bir-birinə sürtünməsi ağrı, sərtlik və hərəkət məhdudluğunu yaradır. Xəstəliyin başlanğıcında hərəkət və fiziki yüklənmələr zamanı yaranan ağrı xəstəlik irəlilədikcə istirahət zamanı da ağrıların olması, ətraflarda əyilmələrin meydana çıxması, hərəkətlərin azalmasına gətirib çıxarır. Hətta sonrakı dövrlərdə müalicənin aparılmasına baxmayaraq, oynaq qığırdaqlarının fiziki funksiyaların itirilməsi ilə nəticələnə bilər".
"Bununla belə, oynaq ağrıları oynaq ətrafı digər strukturların, məsələn vətər, əzələ, sinovial kisələrin zədələnməsi və ya oynağa digər nahiyyələrdən yayılan ağrılarla da əlaqəli ola bilər. Oynaq ətrafı ciblərin iltihablanması, yumşaq toxumalarda sıxılmaların yaranması, əzələ və oynaqların həddindən artıq gərginliyi, oynaq ətrafı bəzi yumşaq toxuma hissələrinin zədələnməsi, vətərlərin və ya vətər qişalarının iltihablanması, oynaq kisələrində həddindən artıq mayenin toplanması da tez-tez rast gəlinən oynaq ağrıları səbəblərindəndir", - şöbə müdiri əlavə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHicama haqqında nələri bilirik?
Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu
25.07.2026 2012 Azərbaycanda Daun sindromlu şəxslərin sayı 30 faiz artıb
Azərbaycanda son beş ildə tibb müəssisələrində qeydiyyatda olan Daun sindromlu şəxslərin sayı artıb. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin 2021-2025-ci illər üzrə açıqladığı statistik göstəricilər göstərir. Məlumata görə, Daun sindromu ilə qeydiyyatda olanların ümumi sayı 2021-ci ildə 85
16.07.2026 563 Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?
Bəzən yorğunluq gündəlik həyatın adi bir hissəsi kimi qəbul olunsa da, hər gün davam edən halsızlıq orqanizmdə gizli sağlamlıq probleminin əlaməti ola bilər. Mütəxəssislərin sözlərinə görə, davamlı yorğunluğun əsas səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərli diabet, B12 vitamin
01.08.2026 258 İti görmənin sirri açıldı: Hər şey ana bətnində başlayır
A vitamini insan orqanizmində təkcə immunitet və dəri sağlamlığı üçün deyil, həm də görmə qabiliyyətinin formalaşmasında mühüm rol oynayır. Alimlərin son araşdırması göstərib ki, bu vitaminin törəmələri insanın hələ ana bətnində olarkən iti mərkəzi görməsinin yaranmasına birbaşa təsir edir. -in məlumatın
10.07.2026 563 60 yaşdan sonra bu sadə vərdiş əzələ gücünü qorumağa kömək edir
Mütəxəssislərin sözlərinə görə, hər gün pilləkənlə qalxıb-enmək 60 yaşdan sonra əzələ kütləsini və fiziki gücü qorumağa kömək edən ən sadə vərdişlərdən biridir. Qaynarinfo verir ki, bu barədə "radiopogoda.pl" nəşri yazır. Yaş artdıqca orqanizmdə bir sıra təbii dəyişikliklər baş verir. Əvvəllə
28.07.2026 439 Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikaları şəbəkəsinin qastroenteroloqu, tibb elmləri namizədi Vladimir Loginov qaraciyər
25.07.2026 315 Diş əti xəstəliyi diabet riskini artıra bilər - ARAŞDIRMA
Diş həkiminə müraciət zamanı müəyyən edilən diş əti problemləri insanın gələcəkdə 2-ci tip diabetə tutulma riski barədə də məlumat verə bilər. xəbər verir ki, "The Lancet Public Health" jurnalında dərc olunan və 300 mindən çox insanı əhatə edən genişmiqyaslı araşdırmada periodontitlə 2-ci ti
08.08.2026 180 Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
"Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxt saat 13:00-15:00 aralığıdır". Ölkə.az "EatingWell" nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb. Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna gör
15.07.2026 546 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər - Mühüm xəbərdarlıq
"Boynu xarakterik xırtıltı səsi gələnə qədər kəskin şəkildə fırlatmaq vərdişi onurğa arteriyasının zədələnməsinə və nadir hallarda işemik insultun yaranmasına səbəb ola bilər". xəbər verir ki, bunu "İzvestiya"ya rusiyalı nevroloq Aleksandr Tkaçyov deyib. Mütəxəssisin sözlərinə görə
02.08.2026 235