Suyu tam doğru şəkildə necə içmək lazımdır?

Suyu tam doğru şəkildə necə içmək lazımdır?Sadəcə yay mövsümündə deyil, sağlam həyat tərzi üçün də su içmə vərdişinin bütün il boyunca mənimsənilməsi gərəklidir.

Suyun həyat üçün vazkeçilməz olduğunu söyləyən qidalanma və diyet mütəxəssisi Çağatay Dəmirin fikrincə, su insan üçün oksigendən sonra ikinci ən önəmli tələbatdır. Qida qəbul etmədən həftələr boyu yaşamaq mümkündür, ancaq su olmadan bədənimiz sadəcə bir neçə gün dözə bilər.

Çoxlarımız suyun əslində necə dəyərli olduğuna əhəmiyyət vermirik. Lakin su insan bədənində həzm sistemindən tutmuş toxumaların çalışmasına, zərərli maddələrin bədəndən xaric olunmasından tutmuş bədən temperaturunun balanslaşdırılmasına qədər bir çox yöndə həyati əhəmiyyət daşıyır. Bədənimizin 55-85 faizini təşkil edən su maddələr mübadiləsində də olduqca vacib rol oynayır. Sağlam şəkildə su içmə vərdişi günlük tələbatımıza uyğun, nizamlı və optimal pH nisbətində su içmək kimi xarakterizə olunur. Su içmək üçün susamağı gözləməyə ehtiyac yoxdur. Çay, qəhvə, meyvə suları da gün ərzində qəbul etdiyimiz mayelər sırasında daxildir, ancaq bir çoxunun sidikqovucu xususiyyətə malik olması səbəbilə suyu elə su şəklində içmək məsləhət görülür. Suyun ən yüksək səviyyədə faydalılığını təmin etmək üçün onu yeməklərdən 15 dəqiqə əvvəl içmək lazımdır. Əgər yemək əsnasında su içmək kimi bir vərdiş varsa, onu da davam etdirmək məqsədəuyğundur. Fiziki aktivlik göstəricilərindən asılı olaraq qəbul edilən suyun miqdarı fərqli ola bilər, ancaq gündə 1,5-2 litr su içməyi unutmayın.

Artıq çəkiniz varsa, daha çox su içməlisiniz

Su təbii olaraq iştahı azaldır və bədəndə toplanmış yağların metabolizminə yardımçı olur. Su müntəzəm şəkildə arıqlamaq üçün ən ideal formuldur. Araşdırmalar göstərib ki, qəbul edilən su miqdarı azaldıqda bədənə toplanan yağ miqdarı artmağa başlayır. Kilolu uşaqlar və böyüklərin metabolik yükləri çoxdur. Yağların istifadəsində suyun xüsusi yeri olduğu üçün artıq çəkiyə sahib olanlar suya daha çox ehtiyac duyurlar.

Yetərli miqdarda su içmək çox önəmlidir

Gün ərzində yetərli miqdarda su qəbul etmədikdə və bu bir vərdiş halını aldıqda başımıza nə gələ bilər? Diyetoloq Ç.Dəmirin fikrincə, susuzlaşdırma deyilən bədəndə maye həcminin azalması bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bu hal bədəndə yığılan toksik maddələrin dəri yolu ilə kənarlaşdırılması sistemini pozur və müxtəlif dəri problemlərinə (sədəf xəstəliyi, dermatit) qarşı bədənimizin müqavimətini azaldır. Toksik maddələrin yığılması bakteriyaların inkişafına səbəb olur ki, bu da böyrək və sidik kisəsində iltihabi proseslərin yaranması ilə nəticələnə bilər. Toksinlərin bədəndən kənarlaşdırılmaması və yağ altında qalması arıqlamaq prosesini çətinləşdirir, suyun tərkibində olan müxtəlif qələvi mineralların çatışmazlığı səbəbilə də mədədə narahatlıqlar yaranmağa başlayır. Bunlarla yanaşı qan təzyiqində yüksəlmə, qəbizlik və yaşlanma əlamətlərinin tez ortaya çıxması da suyu az içmənin verdiyi nəticələrdəndir.

Suyun tam doğru şəkildə içilməsi üçün:

- pH dəyəri 4,5-9,5 olan sulara üstünlük verin və səhər qalxdıqda mütləq 2 stəkan su için;

- artıq çəki probleminiz varsa, yemək yeyən zaman toxluq hissi yaratması üçün yeməkdən əvvəl mütləq su içməyə diqqət edin;

- Sidiyə getdikdən sonra itirilən suyun əvəzinə 1 stəkan su içməyi gözardı etməyin;

- Suyu hər zaman görə biləcəyiniz yerlərdə saxlayın. Xüsusilə əlinizin altında daim suyun olmasına diqqət edin.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2476   Tarix: 27 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir

Dişlərin daha yaxşı təmizlənməsi üçün onları sərt şəkildə fırçalamağın düzgün olduğu düşünülür. Lakin həddindən artıq təzyiq diş və diş ətinə zərər verə bilər. xəbər verir ki, sərt fırçalama diş minasının aşınmasına, diş ətinin qıcıqlanmasına və zamanla diş köklərinin açılmasına səbəb ola bilər. Bu is

06.09.2026 309
.

Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər

Gecə yuxusu zamanı işığa məruz qalmaq ürəyin quruluşuna və fəaliyyətinə mənfi təsir göstərə bilər. xəbər verir ki, "European Heart Journal" jurnalında dərc olunan yeni araşdırmada gecə işığı ilə ürək-damar sağlamlığı arasındakı əlaqə araşdırılıb. Tulane Universitetinin tədqiqatçıları ürək-dama

12.09.2026 279
.

Hicama haqqında nələri bilirik?

Son zamanlar çox eşitdiyimiz, "hicama", "hacamat" kimi tanınan küpə terapiya müalicə üsulu barədə nələri bilirik?. Apimed təbii üsullar mərkəzində yüksək ixtisaslı (Türkiyədə kurs keçmiş) xanım personal tərəfindən xanımlara və bəylərə Hicama (hacamat) proseduru tətbiq edilir. Prosedu

11.09.2026 2422
.

Alimlər orqanizmdə həll olan "yeməli batareya" hazırladı

ABŞ-da alimlər udula bilən tibbi cihazları enerji ilə təmin edə bilən, istifadə müddəti başa çatdıqdan sonra isə orqanizmdə parçalanan yeni tip batareya hazırlayıblar. Qaynarinfo xəbər verir ki, "Nature" jurnalının məlumatına görə, tədqiqatçılar düyü kağızını xatırladan materialla örtülmü

23.09.2026 236
.

Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur

Oksford Universiteti təxminən 1 milyon şəxsin məlumatlarını tədqiq edib. Çay və qəhvə istehlakının özündən əlavə, içkilərin içilmə tərzinə dair ortaya çıxan təəccüblü detal qida borusu xərçəngi riskinə birbaşa təsir edir. xəbər verir ki, tədqiqatçılar hədsiz isti çay və qəhvə istehlakı ilə qida borus

13.09.2026 518
.

Gənclərin də DİQQƏTİNƏ: "Səssiz qatil"in üç əlaməti

Üç simptom əsasında yüksək arterial təzyiqdən (qan təzyiqi) şübhələnmək olar. -ın xəbərinə görə, bu barədə həkim Xose Manuel Felises "Men's Health" nəşrinə müsahibəsində danışıb. Xose Manuel Felises ilk simptom olaraq pulsasiya xarakterli başağrısını göstərib. Yüksək arterial təzyiqi

06.09.2026 306
.

Demensiyadan qorunmağın YOLLARI

"Demensiyanın (beyindəki sinir hüceyrələrinin zədələnməsi nəticəsində yaranan və əqli qabiliyyətlərin tədricən zəifləməsi ilə müşayiət olunan simptomlar qrupu) qarşısının alınması üçün müntəzəm fiziki və zehni aktivlik, eləcə də ümumi sağlamlıq vəziyyətinə nəzarət xüsusi əhəmiyyət daşıyır"

06.09.2026 276
.

Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər

Bəzi qidalar qəbul edildikdən sonra insanda yorğunluq və yuxululuq yarada bilər. Bu, xüsusilə ağır və çox kalorili yeməklərdən sonra daha çox müşahidə olunur. xəbər verir ki, qida tərkibi və porsiyanın həcmi yeməkdən sonra yaranan yuxululuğa təsir edən əsas amillərdəndir. Karbohidratla zəngin qidala

14.09.2026 372
.

Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu

"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların

03.09.2026 415
.